| |
|
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Türkmənistan qazı uğrunda amansız mübarizə - ŞƏRH
Tarix 19.11.22, 22:00 |
|
Türkiyə zəngin karbohidrogen resurslarına malik olan Türkmənistan hesabına yeni qaz mərkəzinin yaradılmasını qarşıya məqsəd qoyur.
Qlobal bazarlarda risklər artdıqca və inflyasiya təzyiqləri gücləndikcə iqtisadiyyatın enerji sektorunda habların “dünyaya gətirilməsi” də prioritet olaraq qalacaq.
Məsələ ilə bağlı “Kaspi” qəzetində şərh yazısı yayımlanıb.
Türkiyə bu cür mürəkkəb situasiyalarda enerji layihələri ilə həm geosiyasi və strateji əhəmiyyətini çoxaldır, həm də daxili tələbatını ödəyir. Ona görə də, rəsmi Ankara bu qabiliyyətin mövcud və perspektiv potensialından məharətlə yararlanaraq qlobal tərəzidə çəkisini ağırlaşdırır.
Türkiyənin addımları təbii ehtiyatlarla zəngin olan postsovet ölkələri ilə iqtisadi əlaqələri gücləndirmək məqsədi daşıyır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, dekabrın əvvəli üçün planlaşdırılan Aşqabad səfəri zamanı Azərbaycan və Türkmənistan liderləri ilə ölkəsində qaz mərkəzinin yaradılması müzakirə olunacaq.
Bu, Ankaranın alternativ marşrutlar üzrə axtarışlarının və tranzit imkanlarının araşdırılmasının göstəricisi olmaqla yanaşı Türkiyənin Mərkəzi Asiyadakı artan rolu üçün də strateji qazanclar təqdim edir.
Türkiyə Türkmənistan qazının Azərbaycan üzərindən idxalına nail olmaq istəyir, bu, prinsipcə Transxəzər layihəsinin formasını özündə ehtiva edir.
Lakin işin bir tərəfi qaranlıq olaraq qalır. Sirr deyil ki, uzun illərdir Rusiya Transxəzərə qarşı çıxır. Türkiyə bunu nəzərə alaraq Rusiya ilə güclənən əməkdaşlıq formatı çərçivəsində həmin layihədən Moskvanın da pay almaq istədiyinə eyhamlar vurur.
Ərdoğandan sitat: “Rusiya Prezidenti Vladimir Putin və ölkə rəsmiləri Türkiyədə enerji qovşağının yaradılması ilə bağlı artıq bəyanatlar veriblər. Atılması planlaşdırılan addımlar sayəsində Türkiyə təbii qazın paylanması mərkəzinə çevriləcək”.
Açıq demək lazımdırsa, Türkmənistanın infrastrukturunda və ixrac şkalasında Rusiya əhəmiyyətli yer tutur. Moskva Qərbin Türkiyə vasitəsilə bu ölkədə güclənib şişmək arzularının qarşısında əngəllər törədir.
Türkiyə Rusiyanın rolunu nəzərə alaraq Türkmənistanla bağlı Moskva ilə kəskin qarşıdurma müstəvisinə getməkdən yayınır və bu duruş Kremli də birgə layihələrin icrasına təşviq edir.
Azərbaycan istənilən halda qazanclı çıxacaq
Enerji layihələrindəki böyük əllərin kim olmasından asılı olmayaraq, Azərbaycan yerləşdiyi coğrafi məkan səbəbindən Türkiyəyə, oradan da Avropaya yeni qaz xətlərinin çəkilməsində mühüm rolunu qoruyub-saxlayacaq.
Nəzərə almaq lazımdır ki, Azərbaycan Avropaya ixracını Qərbin axtardığı səviyyəyə çatdırmaq üçün əlavə resurslara ehtiyac duya bilər ki, Türkmənistan qazı da bu işdə ən münbit mənbələrdən biridir.
Türkmənistan qazı uğrunda başlamış iqtisadi müharibə TAPI layihəsi ilə (Türkmənistan, Əfqanıstan, Pakistan və Hindistan) daha da vüsət alır. Rusiya həmin layihəni Transxəzərin reallaşmaması imkanları səviyyəsində inkişafını dəstəkləyə bilən tərəf kimi görünür. Moskva çalışır ki, Aşqabad Avropaya qaz tədarükündənsə, Asiya regionuna diqqət yönəltsin.
Türkiyə ilə Azərbaycan isə elə mexanizm qurmaq istəyir ki, həm Türkmənistan qazı əldən çıxmasın, həm Rusiya buradan pay alsın, həm də Qərb öz nəsibinə qovuşsun.
Çünki Bakı ilə Ankara iqtisadi resurslara hakimlik etmək üçün aparılan savaşın regionun təhlükəsizliyinə təhdid formalaşdırdığını anlayır və indi maksimal balansla qütbləşmə tərəflərinin maraqlarını uzlaşdıran formul axtarır.
Türkmənistanın neft və təbii qaz ehtiyatlarının ixrac variantlarını diversifikasiya etmək planı Azərbaycan və Türkiyənin strateji müttəfiqlik maraqlarına cavab verir.
Ona görə Azərbaycan-Türkiyə-Türkmənistan enerji layihələrinə dair razılıq əldə edilməsi enerji təhlükəsizliyi və regionda müsbət hadisələr üçün mühüm töhfələr verə bilər.
Hələ ortada konkret bir üçtərəfli saziş olmasa da, Azərbaycanla Türkmənistanın enerji sahəsindəki əməkdaşlığı və bura Türkiyənin də qoşulması hər üç dövlətin beynəlxalq profilini və strateji əhəmiyyətini artıracaq.
Qərb Transxəzər layihəsinin başladılması və canlandırılması üçün əzmkarlıq, təşəbbüskarlıq göstərir, lakin ortaya tarazlığı öz xeyrinə dəyişdirə biləcək digər bir oyunçu – Çin çıxır.
Çinin Mərkəzi Asiyada böyüyən əzələləri və onun Türkmənistan qazının böyük əksəriyyətini idxal etməsi Rusiya-Qərb çəkişməsini başqa siyasi oyunlar sərhədinə doğru çəkir. Qərb də, Rusiya da indi çalışmalıdır ki, Çinlə bu sahədə maksimal tərəfdaşlıq əlaqələrini inkişaf etdirsinlər, çünki onların hər ikisi rəqib olsa da, bu nöqtədə həmrəydirlər ki, Pekin əlindəki iqtisadi alətləri kiməsə pay vermək niyyətində deyil.
Çində yarana biləcək qəzəbin kökü təkcə geosiyasi məsələlərdən doğan narahatlıqlar deyil. Pekin eyni zamanda başa düşür ki, Türkmənistanın Transxəzər layihəsində iştirakı Çindən bu ölkəyə axan investisiya mühitini korlayan presedent yarada bilər.
Çinin əlində təzyiq elementləri də var, böyük ehtimal ki, o, Türkmənistana verdiyi çoxmilyardlıq dollar kreditlərini geri qaytarmaq tələblərini amansızlaşdıra bilər.
Çinin Türkmənistandan aldığı qaz və yaranan mənzərə Aşqabad üçün enerji təhlükəsizliyində zəiflik durumu yaradır. Buna görə də Azərbaycanla Türkiyə mütləq şəkildə Pekinin geosiyasi oyun qaydalarındakı gücünü də nəzərə almalıdır.
Xəbərin oxunma sayı : 751
Analiz
Xəbərlər
-
Azərbaycanda temperatur 7 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
İsrail qoşunlarını Livandan çıxarmayacaq - Netanyahu açıqladı
-
Məktəbdə əlaçı oldular, imtahanda 0-200 bal topladılar - DİM-dən maraqlı statistika
-
Fermerlər dələduzluğun qurbanı oldu: Onların tonlarla taxılını kim satıb?
-
Növbəti 3 gündə Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
“Sözün açığı mən dəhşətə gəlmişəm“ - Melonidən Trampa sərt cavab
-
Nəsimi və Nərimanovda bəzi ərazilərində bu gecə işıq olmayacaq - Səbəb
-
İmişlidə sevgi münasibəti oğurluğa səbəb oldu: Qız cəza aldı, oğlan isə...
-
Mahir Emreli Almaniyanı tərk edir? - Hücumçu üçün rəsmi təklif
-
46 min vergi borcu, 20 min cərimə - “Brand Lux Trade And Distribution“un bu filialları bağlandı
-
“Pilgrim Education” şirkətindən şikayətlər artır - Aisa Aslanova isə vətəndaşdan gizlənir
-
DOST Əşrəf Səfərovdan yenə ofis icarəyə götürdü - Bu dəfə 1,3 milyon manata
-
Məktəbəqədər təhsildə dövlət-valideyn-özəl əməkdaşlığı modeli tətbiq ediləcək - FƏRMAN
-
Aşura günü qanvermə aksiyası bu ünvanlarda olacaq - SİYAHI
-
Prezident İlham Əliyev bu qurumlara əlavə səlahiyyət verdi - FƏRMAN
-
Ukrayna və ABŞ cəbhədə atəşkəs və sonrakı sazişi nəzərdən keçirir - “The Economist”
-
Türkiyədə hər gün bir nəfər ən varlılar sırasına qoşulur - Necə?
-
Sənədsiz evlər üçün amnistiya - Milli Məclisdə təklif
-
Zaqatalada 58 yaşlı kişi öldürüldü - Həmkəndlisi tutuldu
-
Prezidentin iş kabinetində təkcə bu heykəl var - FOTO
-
DÇ-da xoşagəlməz hadisə - Oyunçunun ayağı sındı + VİDEO
-
Vilayət Eyvazov Bakıda sıra baxışı keçirdi - VİDEO/FOTO
-
Prezident dağıstanlı siyasətçi Qurban Qurbanova “Dostluq“ ordenini təqdim etdi - FOTO
-
Sumqayıt Şəhər İcra Hakimiyyəti ağac və gül alır - 960 min manatlıq
-
Gömrüyə əlavə səlahiyyət verilir - Yeni qanunda nələr var?
-
Azərbaycanda yumurta 1 qəpiyədək - Ucuzlaşdı
-
Nazirlikdən çimərliklərlə bağlı - Müraciət
-
Qalibafdan ABŞ-a sərt xəbərdarlıq - Nə baş verir?
-
Milli Məclisin iclası başladı: 14 məsələyə baxılır
-
Borc müqavilələri necə təsdiq edilməlidir? - Konstitusiya Məhkəməsi
-
ABŞ-İran danışıqları ləğv edildi - “Reuters”
-
Xankəndi şəhərinə növbəti köç: 18 ailə yola salındı (FOTO)
-
Bakıda sakinlərlə “Lido” restoranı arasında narazılıq - VİDEO
-
Azərbaycan nefti ucuzlaşdı: 80 dollara düşdü
-
Kanada və İsveçrədən darmadağın, Meksikadan minimal hesablı qələbə - VİDEO
-
Pentaqon Konqresdən 80 milyard dollar tələb edir: ABŞ yenidən əməliyyata başlayır?
-
“Agah” şirkətlər qrupunun işçiləri aylardır maaşlarını ala bilmirlər - ŞİKAYƏT
-
Müğənnilərin fantastik toy qiyməti - Yarım saatı…
-
Taksi sürücülərinin qeydiyyatında YENİLİK
-
“Dostlarımızın sayı ilbəil artır” - İlham Əliyev
-
“Mançester Siti” onlar üçün kisənin ağzını açdı - 311 milyon ödməyə hazırdır
-
Bibiheybət qəbiristanlığında qəbirlər nə vaxt bərpa ediləcək? - VİDEO
-
Ali məktəblərin ixtisas seçimində hansı qrupların ballarında artım ola bilər? - VİDEO
-
265 saylı uşaq bağçasında hər uşaq üçün aylıq 25 manat tələb olunur? - VİDEO
-
Tramp Netanyahudan bezdi - “İsrail tam nəzarətə sahib olduğu yeganə prezidenti itirdi“
-
“Yalnız bir cavab alırdıq: “Gedin razılaşın” - İlham Əliyev
-
Anomal istilər gəlir - Sabaha olan hava proqnozu
-
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
-
Ceyhun Bayramov Pakistan XİN başçısı ilə telefonda danışdı - XİN-dən açıqlama
-
Azərbaycanda avtomobil yanacağı satışından əldə olunan gəlir artıb - Statistika
-
Ləğv olunan 17 bankın 17,3 milyon manat vergi borcu var - SİYAHI
-
"NATO Ermənistan hərbçilərinə Rusiyaya qarşı döyüşməyi öyrədəcək" - Zaxarovaa
-
Paytaxtda vətəndaşların şikayəti: Təhlükəli ağaclar kəsilmək əvəzinə, budanıb - VİDEO
-
Taksi sifariş edənlərin nəzərinə - Bu profillər bloklanacaq
-
Hansı qidaları bişirməzdən əvvəl yumaq olmaz? - Mütəxəssis məsləhəti
-
Əvvəl xalası oğlunu bıçaqladı, sonra arvadını öldürdü - Goranboydakı qətlin TƏFƏRRÜATI
-
Azərbaycanda qeyri-adi yeyinti: Çoban yüzminlərlə manat “qazandı“
-
İranla ABŞ arasında anlaşma memorandumu - TAM MƏTN
-
Sabiq icra başçısını oğluna aldığı “Range Rover“ satıldı - MƏBLƏĞ
-
Abşeronda 19 min manatlıq oğurluq edənlər tutuldular - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Tanınmış xəstəxana vergilərini vaxtında ödəmir - Borcu 3,5 milyon manatı keçib
-
“ABŞ qoşunlarının Avropadan çıxarılması dərhal başlayacaq“ - Rütte
-
Vətəndaşlar həyətdəki su quyularına görə pul ödəyəcəklər? - Rəsmi açıqlama
-
Ölkədə doğulanların sayı azalıb, ölənlər isə artıb - Rəsmi rəqəmlər
-
Azərbaycanda ən yüksək maaş alanlar kimlərdir? - 5189 manat
-
“TAİS İKF” məktəblərə 3,6 milyon manatlıq hazır yemək satacaq - 3 il əvvəl zəhərlənmə olmuşdu
-
Qızı şikayət etdi, anası cəzalandırıldı - Ailə münaqişəsinə səbəb nə olub?
-
Agentliyin departament müdiri işdən çıxdı - Yeni təyinat
-
MAQATE-dən İranla bağlı mühüm bəyanat - “Həlledici mərhələnin astanasındayıq“
-
“Fənərbağça“nın yeni baş məşqçisi açıqlandı - RƏSMİ
-
Belçika Ukrayna ilə bağlı qərarı dəyişdi: Kiyevə daha çox “F-16“ göndəriləcək
-
Azərbaycanda az işləyib yüksək maaş alan sahələr - SİYAHI
-
Yağış, dolu, 38 dərəcə isti… - Sabahın havası
-
Prezident Süleyman Əl-Casirə “Dostluq” ordenini təqdim etdi - Fotolar
-
Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu...
-
Moskvada azərbaycanlı iş adamlarının bazarı vuruldu - Video
-
TƏBİB sədrinə yeni müşavir təyin edildi - FOTO
-
Banklar avtokredit üçün nə qədər ilkin ödəniş tələb edir? - CƏDVƏL
-
Moskvada müəmmalı təyyarə qəzası - Məşhur şəxs öldü, digərinin kimliyi açıqlanmır
-
Şahbaz Şərifdən ABŞ-İran anlaşmasına reaksiya: “Blokada ləğv edilir, boğaz açılır“
-
Almaniyada tutuldu, Azərbaycana gətirildi - 33 il əvvəlki cinayət...
-
Tarixin ən ölümcül epidemiyası başlaya bilər - Xəbərdarlıq
-
“Ermənistanın işğalçı qüvvələrinin xalqımıza qarşı etdiklərini yaddan çıxarmayacağıq“ - Prezident
-
Moskvaya son 2 ilin ən böyük dron hücumu - FOTOLAR
-
Beyləqanda tibb işçilərinin peşə bayramı qeyd olundu - Fotolar
-
İngiltərə Xorvatiyanı uddu, Özbəkistan məğlub oldu - VİDEO
-
Zelenskinin Trampla danışığından bir neçə saat sonra Kiyev raket hücumuna məruz qalıb - “Reuters“
-
Azərbaycan bu gün qaz təchizatının coğrafiyası baxımından birinci yerdədir - Prezident
-
“Monolit” MTK binanın üstündə əlavə evlər tikib satır - VİDEO
-
Tramp İranla əldə olunan razılaşma sənədini imzaladı - Video
-
Prezident Bakıda açılış mərasimində - FOTOLAR
-
“3 ay bir ayağım tamamilə işləmədi, yatağa düşdüm“ - Nigar Şabanova
-
“Qarabağ“ “Almeriya“dan futbolçu aldı - RƏSMİ
-
Hansı ölkədə ailələrin daha çox borcu var? - SİYAHI
-
BDU-nun müəlliminin evindən 1.6 milyon manat oğurlanıb - Bacısı oğlanları həbs olundu
-
Sürücüsüz idarə olunan avtomobillər üçün yeni qaydalar hazırlanır - VİDEO
-
Ağır xəstəyə orqan köçürülməsinə niyə icazə verilmir? - VİDEO
-
Ukrayna dronları Krımı adaya çevirəcək - Müdafiə naziri
-
Paytaxtın bu ərazilərində qaz kəsiləcək - XƏBƏRDARLIQ
-
Türkiyədə bu dağ 2000 ildən çoxdur yanır: Alimlər səbəbi açıqladı
-
“Qarabağ“ dayanmayacaq - Azı 3 transfer gözlənilir
-
Ailə büdcəsinin yarıdan çoxu gündəlik istehlak məhsullarına xərclənir - VİDEO
-
II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi - Açıqlandı
-
Farmaniya.com işi: “Zevs“in qardaşına 10 il həbs cəzası istənildi
-
Atasından miras qalan ev sakinin əlindən necə alınıb? - VİDEO
-
“907-ci düzəliş Azərbaycan-ABŞ tərəfdaşlığının səviyyəsi ilə uzlaşmır“ - XİN rəhbəri
-
Köçəryanın toxunulmazlığı ləğv edildi - Cinayət işi açılacaq
-
Azərbaycanda həkim çatışmazlığı: 65 yaş həddi ləğv olunmalıdırmı?
-
Polisdən əməliyyat - 51 kq narkotik dövriyyədən çıxarıldı (Video)
-
Yeyib-içdikdən sonra tanışının maşını qaçırdı, qəza törətdi - 40 minlik ziyan
-
Bir vəkil Kollegiyadan xaric edildi - 5-i cərimələndi
-
Mehdiyevlər ailəsində gözlənilməz gəlişmə - Azərbaycanda ikinci dəfədir yaşanır
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“İnsani keyfiyyətlərinizə, həssas münasibətinizə və...“ - Flora Kərimova Mehriban Əliyevaya belə təşəkkür etdi
-
Sertifikatlaşdırma imtahanı: 606 nəfər müəllim iştirak edib
-
Prezident bir qrup səhiyyə işçisini təltif etdi - SİYAHI
-
ABŞ və İran arasında yeni iqtisadi mexanizm: 300 milyard dollarlıq sərmayə
-
İlqar Bayramlı bütün səlahiyyətləri sektor müdirinə verib? - Murad Məmmədov kimdir?
TOP 10
ARXİV






