Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Test vermədən özünü evdə müalicə etmək olmaz - Baş infeksionist

Tarix 02.07.20, 16:45

Font ölçüsü : - / +
bitmap-img6


İnsanların COVİD-19-un əlamətlərini müşahidə edən kimi test analizi vermədən, həkim nəzarəti olmadan özlərini müalicə etməsi yolverilməzdir.

AzFakt.com xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev deyib.

Onun sözlərinə görə, müalicənin aparılması üçün həkim xəstəyə baxış keçirməlidir. Bundan sonra xəstəyə müalicəni həkim təyin etməlidir: "İnsanların hansı dərmanların istifadə etməsini həkim müəyyən etməlidir. Ola bilər ki, kimsə xəstəliyin bir əlamətini özündə müşahidə edən kimi özbaşına dərman qəbul edərək "mən artıq yaxşıyam, həkimə getmirəm" deyə bilər. Amma bu hal, ümumiyyətlə, xəstənin özünün evdə özbaşına müalicəsi yolverilməzdir".

C.İsayev bir çox insanların özlərini COVİD-19-la mübarizəyə hazırlamaq üçün arbidol dərmanından istifadə etməsini də yolverilməz sayıb: "Arbidol COVİD-19 virusuna çox zəif təsir göstərir. İnsanlar bütün hallarda orqanizmlərini virusa hazırlamaq istəyirlərsə, bunu dərmanla deyil, düzgün qidalanma ilə etməlidirlər. Özünü virusdan qorumağa hazırlayan insan yaxşı, vitaminli qidalar qəbul etməli, yaxşı yatmalı, stressdən uzaq olmalı, zərərli vərdişlərini tərgitməlidir. Bütün bunlar immunitetin güclənməsinə səbəb olan faktorlardır. Sağlam qidalanma, sağlam yuxu, zərərli vərdişlərin tərgidilməsi orqanizmin təbii şəkildə güclənməsinə səbəb olur".



Xəbərin oxunma sayı : 1807




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap