“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Yağış suyu “Azərsu“nun verdiyi sudan təmiz olacaq - YENİLİK

Tarix 21.02.21, 16:21

Font ölçüsü : - / +
bitmap-img6


"Layihə hansı tərəfdən baxılsa, faydalıdır. Həmin layihə kampaniya kimi yox, strateji proqram kimi həyata keçirilməlidir"

Azərbaycanda şirin su qıtlığının qarşısını almaq məqsədilə yağış sularından istifadə ilə bağlı dövlət tərəfindən qanun layihəsi hazırlanır. Layihəyə görə, yağış suyunun istifadəsi üçün bəzi binaların müvafiq yerlərində bu suyu toplaya bilən xüsusi aparatların quraşdırılması nəzərdə tutulub.

Mövzuya münasibət bildirən "Altay" Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib ki, yaxın gələcəkdə böyük bir su böhranının yaşanacağı gözlənilir: "Böhranın qarşısını almaq üçün çoxsaylı tədbirlər həyata keçirilməlidir. Onlardan ən effektiv olanı isə yağış sularından istifadə ilə bağlı dövlət tərəfindən qanun layihəsinin hazırlanmasıdır.

Bu su "Azərsu"nun əhaliyə verdiyi sudan daha keyfiyyətli və təmiz olacaq. Ona görə ki, yağış suyu təbiətdə ən təmiz su sayılır. Yağış suyunu böyük xətlər, kanallar çəkmədən, əlavə sistemlər yaratmadan əldə etmək mümkündür. Bəzi mənbələrdə su azalan zaman, yaxud qəza baş verəndə bu yığışmış ehtiyatdan istifadə etmək olacaq. Layihə hansı tərəfdən baxılsa, faydalıdır. Həmin layihə kampaniya kimi yox, strateji proqram kimi həyata keçirilməlidir. Onu elə formada tətbiq etmək lazımdır ki, effektiv və təhlükəsiz olsun. Böyük şəhərlərdə, məsələn, Bakıda bu barədə bir qədər problemlər yarana bilər. Çünki binaların damına müxtəlif avtomobillərin qazından tutmuş, zavodların tüstülərinə qədər hopur. Bütün bu amillər nəzərə alınmalıdır və alınacaq. Lakin rayonlarda yağış sularından daha təmiz şirin su əldə etmək mümkündür".

Elçin bəy deyir ki, həmin su nə qədər olmasa da, "Azərsu"nun bizə verdiyi sudan təmiz olacaq:

"Çünki bu yaxınlarda özüm evdəki suyu TDS (suyun sərtliyinin TDS-3 metr ölçüsü, duzölçən) cihazı ilə yoxladım. Nəticəyə əsasən, Bayıl zonasında verilən suyun TDS göstəricisi 750-dir. Bu, o qədər yüksək rəqəmdir ki, onu sözlə ifadə etmək mümkün deyil. Həmin suyun göstəriciləri Ümumdünya Səhiyyə Təşkilatının normalarına uyğun deyil. Onu şübhəli maye saymaq olar və həmin mayeni bitkilərə belə vermək olmaz". //"Şərq"



Xəbərin oxunma sayı : 478




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap