| |
|
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
YAP-dan maraqlı dəyərləndirmələr; “Onlarla amansız mübarizə aparılacaq”
Tarix 05.05.20, 10:41 |
|
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin baş prokuror vəzifəsinə gətirilməsindən sonra prezident İlham Əliyev onu videoformatda qəbul edərkən ciddi tapşırıq və tövsiyələr verdi. Həm buna qədərki proseslər, həbslər, həm də dövlət başçısının son açıqlamaları ölkədə rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizənin daha sərt mərhələsinin başlanması kimi dəyərləndirilir.
YAP icra katibinin müavini Siyavuş Novruzov da müsahibəsində bildirib ki, prezident İlham Əliyevin rəhbərliyi altında aparılan islahatlar, o cümlədən son dövrlər korrupsiya ilə mübarizə istiqamətində atılan addımlar ümumən cəmiyyətdə yüksək qiymətləndirilir: "Hələ Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldiyi dövrdə və ondan sonrakı dövrlərdə həmişə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparıb. Prezident İlham Əliyev də prezident seçildiyi dövrdən korrupsiya və rüşvətxorluğa qarşı qətiyyətlə mübarizə aparır. Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının, Baş Prokurorluqda bu sahədə fəaliyyət göstərən qurumun Baş İdarə statusuna yüksəldilməsi, hətta Baş İdarəyə istintaq işlərinin aparılmasının həvalə olunması, cinayət-axtarış tədbirlərinin həyata keçirilməsi qeyd edilməlidir. Dövlət başçısı hər zaman qeyd edir ki, ictimai nəzarətin özü də vacib şərtlərdən biridir, insanlar harada belə halların olduğunu görərsə, dərhal məlumat versin, aidiyyəti strukturlar da bununla məşğul olsunlar. Nəticə də göz önündədir.
Siyavuş Novruzov: Uşaqpulu ilə bağlı qanunvericilik hazırlanır ...

Müəyyən faktlar araşdırılıb, müəyyən insanlar məsuliyyətə cəlb olunub. Bəzi yerlərdə isə araşdırmalar gedir, siqnallar daxil olur. Prezident icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini vəzifəyə təyin edəndə, o cümlədən müşavirə və iclaslarda bu məsələyə xüsusi toxunur. Dövlət başçısı vurğulayır ki, vəzifəyə təyin edilən insanlar xalqa xidmət etməli, insanların problemlərinin həlli ilə məşğul olmalı, onlara problem yaratmamalıdırlar. O cümlədən yerlərə investisiyaların cəlb olunması istiqamətində fəaliyyət göstərməlidirlər.
Prezident Baş prokuroru videoformatda qəbul edərkən verdiyi tövsiyələr sırasında bəzi nazirliklərdə vəzifəyə təyin olunmaq üçün bəzi hallarda rüşvət tələb edildiyi məsələsinə və bu cür rüşvət hallarına qarşı kəskin mübarizə aparılmasının vacibliyini dedi. Prezident belə halların olması barədə müvafiq siqnalların olduğunu və araşdırmaların getdiyini qeyd etdi. Dövlət başçısı tapşırdı ki, belə bir hal baş verirsə, kimliyindən, kimin himayəsində olmasından asılı olmayaraq, bununla barışmaq olmaz. Bu, dövlət qulluğunda çalışan, işləyən hər bir insan üçün bir mesajdır. Mesajı neçə dəfə göndərmək olar? Kim belə əməllərlə məşğul olursa, qurtarsın, belə əməllərə son qoysun! Əgər bu əməllərə son qoymayacaqlarsa, nəinki vəzifədən azad olunacaq, məsuliyyətə cəlb ediləcəklər".

YAP Siyasi Şurasının üzvü, deputat Aydın Hüseynov isə "Yeni Müsavat”a bildirdi ki, məhz Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisinin respublikanın baş prokuroru vəzifəsinə gətirilməsi və prezident İlham Əliyevin onu qəbul edərkən səsləndirdiyi fikirlər, verdiyi tapşırıqlar Azərbaycanda qarşıdakı dövrdə rüşvətxorluğa qarşı amansız mübarizə aparılacağına şübhə yeri qoymur: "Cənab Prezident hər bir icra başçısını, məmuru vəzifəyə təyin edəndə deyir ki, get, vətəndaşlara xidmət et, get, vətəndaşlarla bir yerdə ol, təmiz işlə, rüşvət alma, vətəndaşları incitmə, kömək göstər, eyni zamanda sahibkarlara kömək göstər, onların malını əlindən alma, onların fəaliyyətindən özünə pay istəmə. Bu məsələ ilə bağlı hörmətli Prezidentimizin mövqeyi birmənalıdır-ölkədə korrupsiyaya və rüşvətxorluğa qarşı amansız mübarizə aparılacaq. Dövlətimizin rəhbərinin yeni baş prokurora tövsiyələrində ana xətt məhz rüşvətxorlara, korrupsiya ilə məşğul olanlara, qanunu şəxsi maraqlarının ayağına verənlərə qarşı sərt mübarizə aparmaqdır. Hörmətli baş prokuror Kamran Əliyevin çox peşəkar, səriştəli, prinsipial olduğunu nəzərə alaraq hesab edirəm ki, o, cənab Prezidentin etimadını ən yüksək səviyyədə doğruldacaq və İlham Əliyevin korrupsiya və rüşvətxorluğa qarşı apardığı mübarizəyə öz əhəmiyyətli töhfəsini verəcək”.
A.Hüseynov məmurları prezident İlham Əliyevin xəbərdarlığından nəticə çıxarmağa çağırdı: "Prezidentin xəbərdarlıqlarından, həyata keçirilən məlum həbslərdən nəticə çıxarmayanlar unutmamalıdırlar ki, onlar bu hərəkətləri ilə özləri üçün qazdıqları qoyunu daha da dərinləşdirirlər. Ona görə də nə qədər ki, gec deyil düzgün yola gəlsinlər, çağırışlara, xəbərdarlıqlara diqqət etsinlər. Diqqət və əməl etməyənlərin acı sonluğu qaçılmazdır. Çünki ölkənin başçısı ortaya iradə qoyub. Rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə ölkəmizdə ardıcıl və sistemli xarakter daşıyır. Şübhə yoxdur ki, qanunsuz əməllərindən nəticə çıxarmayanlar rahat kreslolarını həbsxana ilə əvəz etməli olacaqlar”.

YAP-çı deputat Hikmət Babaoğlu da bildirdi ki, Kamran Əliyevin baş prokuror təyin edilməsi, hər şeydən öncə, Prezident İlham Əliyevin ölkəmizdə həyata keçirilən hüquqi islahatlar çərçivəsində korrupsiyaya qarşı mübarizəni ən ümdə istiqamətlərdən biri kimi müəyyənləşdirməsindən xəbər verir: "Azərbaycanda məhkəmə-hüquq sistemində xeyli vaxtdır ki, aparılan islahatlar Prezidentin son təyinatı ilə yeni bir mərhələyə qədəm qoymuş oldu. Bu mərhələ korrupsiyaya və rüşvətxorluğa qarşı daha sərt mübarizə mərhələsi olacaq. Məsələ ondadır ki, hüquqi islahatlar çərçivəsində cəza siyasətinin humanistləşdirilməsinin həyata keçirildiyi bir vaxtda bəzi məmurların və digər qərar qəbuletmə səlahiyyəti olan subyektlərin hüquqi islahatların məqsədini düzgün başa düşməməsi, yaxud düzgün başa düşmək istəməməsi ayrı-ayrı hallarda onların öz vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına gətirib çıxarıb. Hətta bu istiqamətdə Azərbaycan prezidenti cənab İlham Əliyevin ciddi xəbərdarlıqlarına, Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi operativ əməliyyat tədbirlərinə baxmayaraq, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən qanunazidd əməllərə yol verilməsi bir daha onu göstərdi ki, korrupsiyaya qarşı mübarizə məsələsində daha sərt cəza tədbirlərinin görülməsi zərurəti var. Ona görə də son təyinat da daxil olmaqla? görülən tədbirlər onu sübut edir ki, prezident İlham Əliyev Azərbaycanda korrupsiyanın, rüşvətxorluğun kökünü birdəfəlik kəsməkdə qərarlıdır. Yeni baş prokurorun təyinatı proseduru həm də Azərbaycanda ali icraedici və ali qanunverici hakimiyyət orqanları arasında yeni keyfiyyətdə koordinasiya mexanizminin qurulmasını göstərmiş oldu. Korrupsiyaya qarşı mübarizədə əsas silah əzm, iradə, ardıcıllıq və qətiyyətdir. Hazırda Azərbaycanda korrupsiyaya qarşı mübarizədə daha səmərəli nəticələr əldə etmək üçün ali siyasi iradə və qətiyyət mövcuddur. Azərbaycan prezidentinin əzmkarlığı, qətiyyəti və ardıcıl mübarizə tədbirləri ölkəmizdə korrupsiya və rüşvətin sonunu gətirməkdədir. Son bir neçə ayda DTX tərəfindən həyata keçirilən operativ əməliyyat tədbirləri sadəcə qanun pozuntusuna yol vermiş aşağı və orta ranqlı məmurların cəzalandırılması hadisəsi deyil, həm də başqalarının nəticə çıxarmalı olduğu yaxşı bir dərsdir. Hamı dərk etməlidir ki, istənilən qanun pozuntusu mütləq təsbit ediləcək və layiqli şəkildə cəzalandırılacaq”.
Deputatın sözlərinə görə, mübarizəni daha effektiv etmək üçün mütləq ictimai qınaq və ictimai dəstək kimi mühüm faktorlar da korrupsiyaya qarşı mübarizədə iştirakçıya çevrilməlidir. Ona görə də Azərbaycan prezidenti İlham Əliyev vaxtaşırı bu məsələyə toxunaraq ictimai nəzarət və ictimai qınaq faktorlarını xatırladır: "Burada məqsəd korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə kütləviliyi və ümumi ictimai mənafelər naminə mübarizliyi təmin etməkdir. Çünki ictimai nəzarət yol verilmiş qanun pozuntularının aşkar edilməsində əlavə informasiya mənbəyi kimi çıxış etməklə müvafiq orqanları faydalı məlumatlarla təmin edə bilər. İctimai qınaq isə ən səmərəli çəkindirici vasitələrdən biridir. Ona görə də korrupsiya və rüşvətxorluq kimi ümumi bəlaya qarşı kütləvi şəkildə mübarizə aparmaq üçün mütləq ictimai qınaq və ictimai dəstək kimi faktorlar da prosesin tərkib hissəsinə çevrilməlidir. Belə olarsa, daha tez və daha yaxşı nəticələri qısa müddətdə əldə edə bilərik”.
Mənbə: "Yeni Müsavat”
Xəbərin oxunma sayı : 1012
Siyasət
Xəbərlər
-
“Bugünkü uğurumun sirri əslində tənhalıqdır” - Acun
-
Azərbaycan klublarının yay transferləri - Kim gəlir, kim gedir?
-
Sabahdan iki küçədə yollar təmirə bağlanır - XƏBƏRDARLIQ
-
Motosikletlə toya gələn bəy və gəlin görənləri təəccübləndirdilər - VİDEO
-
Xanımı 2 nəfəri yaralayıb, kürəkəni 4 nəfəri öldürüb - “Şəki yaylası“nın rəhbəri haqqında ŞOK
-
Azad edilən ərazilərdə yeni idxal güzəştləri - VİDEO
-
Bakının bəzi ərazilərində yollar niyə tez sıradan çıxır? - VİDEO
-
İnfantinonun getməsi üçün 100 min imza toplandı - FIFA-da skandal
-
Sön günlər qızılca və məxmərəyə bənzəyən “altıncı xəstəlik“ adlı virus nədir? - VİDEO
-
Azərbaycanda 140-a yaxın qiymətləndirici şirkət var - SİYAHI
-
Leyla Əliyeva Madriddə ispanca çıxış etdi - VİDEO
-
Pirəkəşküldə zəhərli ilanlar evlərə doluşub - Sakinlər narahatdırlar
-
“Bir oyun idi oynadıq, bitdi getdi“ - Nigar Tofiqqızının nişanı qayıtdı
-
Xaricdən mal gətirənlərin nəzərinə! - Qaydalar dəyişir
-
“Saqqalları qısaldın, çadranı yığışdırın” - Kadırov çağırış etdi
-
“Bu kimi qurğulara nəzarət FHN-in səlahiyyətlərinə daxil deyil” - Açıqlama
-
Ağır məktəb çantası uşağın onurğasını necə zədələyir? - Xəbərdarlıq
-
Peşə Təhsili Agentliyində mükafat qalmaqalı - Direktor və müavinlər arasında ayrıseçkilik
-
Bakıda qolları olmayan körpə doğuldu: Anası imtina etdi
-
Putin Trampa sülhün şərtini açıqladı: “Kiyevə bütün yardımları dayandırın“
-
Məclisdən evə qayıdarkən qəzaya düşüblər - 5 nəfərin öldüyü hadisənin təfərrüatı
-
Gömrükçülər “Bitum” yükündə külli midarda metamfetamin tapdılar - Video
-
Vuçiç parlamenti buraxdı - Seçkilər bu tarixdə olacaq
-
Məşğulluq Agentliyi eyni şirkətdən bu dəfə anbar icarəyə götürdü - 2,7 miyon manata
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Şeyx Türkiyəyə köməyə özəl təyyarəsini göndərmək istəyib? - VİDEO
-
Məşhur rusiyalı milyarderin iddiası rədd edildi - Sanksiyalar qüvvədə qalır
-
“Əcəmi Mal” Ticarət Mərkəzi qanunsuz necə artırıldı? - İLGİNC
-
Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef oğurlandı - Saxlanılan var - Foto
-
“Smart“ televizorlar haqda şok iddia: Sönülü olduğu halda belə danışıqlarınızı qeydə alır
-
Futbol tarixində ilk: 22 yaşlı qız bu klubun baş məşqçisi təyin edildi
-
Prezidentdən Şarovskinin vəfatı ilə bağlı - Nekroloq
-
Şəkidə kanat faciəsinin təfərrüatı:Tros qırılıb, yoxsa?
-
Kollecdə korrupsiya faktları üzə çıxdı: 4 nəfərə cinayət işi açıldı
-
Prezident və xanımı Şarovskinin vida mərasiminə əklil göndərdi - FOTO
-
Azərbaycan iqtisadiyyatı nə qədər böyüyüb? - Nef-qaz sektoru geriləyib
-
Naxçıvanda dəmir yolu xətlərinin bərpasına başlanıb - Nazir
-
Leyla Əhmədova xaricdə deyil, 1 aydır həbsdə imiş... - DETALLAR
-
Maşın almaq istəyənlərin nəzərinə! - Üç VARİANT VAR
-
“Aysun“ gözəllik salonunun sahibi dələduzluqla üzləşib: “Yalan vədlər verdi“ -
-
İçkiyə pulu olmadı, qonşusunun evini soydu - 17 minlik əşyanı 200 manata satdı
-
Milli parkda nələr baş verir? - Polis 4 nəfəri saxladı, dəhşətli mənzərə üzə çıxdı
-
Bakıda yağış, bölgələrdə leysan yağacaq - Sabahın havası
-
İki nəfərin öldüyü “Şəki Yaylası”nın sahibinin qalmqallı işləri - TƏFƏRRÜAT
-
Azərbaycanın strateji valyuta ehtiyatları 90 milyard dolları keçdi - Statistika
-
“General Hospital“ın baş həkiminə cinayət işi açıldı - Əmlakına həbs qoyuldu
-
Yağış sahibkarın nə qədər pulunu “yuyub”? - ARAŞDIRMA
-
Samuxda 39 yaşlı qadın bıçaqlandı - Şübhəli qardaşıdır
-
Ada heç vaxt heç kimin müstəmləkəsi olmayacaq - Kuba prezidenti
-
“İçərişəhər“də ciddi dəyişikliklər: Altı qurum ləğv olundu
-
Moskvadan Kapitoliyə: Ruben Vardanyan ətrafında qurulan kampaniya şəbəkəsi
-
“Sabah“ klubu yeni hücumçu transfer edib - RƏSMİ
-
Azərbaycan nefti bahalaşdı - “Qara qızıl“ın qiyməti 108 dolları ötdü
-
Kolleclərə qəbul olanların NƏZƏRİNƏ - Qeydiyyat başlayır
-
Şəkidə iki nəfərin öldüyü obyektin sahibi bilindi - İş adamı Məhərrəm Novruzov
-
Alimlərdən dəhşətli xəbərdarlıq - Bu xəstələrin sayı 67% artacaq
-
Zərdabda yol qəzası nəticəsində 5 nəfər öldü - Adları açıqlandı
-
70 ildir məskunlaşdıqları ev əlindən alınır - VİDEO
-
Gələn ilin buraxılış imtahanlarının proqramlarında dəyişiklik olacaq? - VİDEO
-
Sakinlərin 10 min manata ərsəyə gətirdiyi uşaq meydançasını sökdülər - VİDEO
-
Trampla Putinin telefon danışığı oldu - Əsas məqamlar
-
Bakıda gecə “avtomobil ovu“ - 7 maşının şüşəsini sındırıb oğurluq etdi
-
“İçərişəhər”in yeni strukturu bəlli oldu - QƏRAR
-
Azərbaycanda kredit həcmi 33,9 milyard manata çatıb - Statistika
-
Qışda isinmək üçün 83 min manatlıq ziyan - 39 ağacı kəsib odun etdi
-
İnstaqramda bu gün nələr paylaşıldı? - FOTOLAR
-
Avtobuslarda sərnişinlərin telefonlarını oğurlayırdı - 5 il 3 ay həbs
-
Şəkidə istirahət mərkəzində kanat qırıldı - 2 nəfər öldü
-
Üç plastik cərrah cəzalandırıldı - 22 klinika cərimələndi
-
“Aqrarkredit”ə məxsus 44 obyekt satışa çıxarıldı - 10,4 milyon qiyməti var
-
Tanınmış modelyer Leyla Əhmədova ev dustaqlığına buraxıldı - Şok ittihamla
-
Xəbəriniz olmadan adınıza rəsmiləşdirilən onlayn kreditlərlə bağlı - Xəbərdarlıq
-
Sevinc Hüseynovanın Afət Fərmanqızı barəsində şikayəti icraata götürülmədi - TƏFƏRRÜAT
-
ABŞ və İsraili peşman olmağa məcbur edəcəyik - Pezeşkian
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Mətanət İsgəndərli 25 il “cavanlaşdı“ - Yeni görünüşü müzakirə yaratdı (VİDEO)
-
Elm və Təhsil Nazirliyində 300 min manatlıq qaranlıq müqavilə - Araşdırma
-
Türkiyə Rusiya ilə yeni razılaşma imzalayır - “Blumberq”
-
Abşeronda motoxuliqanlıq edən 30 nəfər saxlanıldı - VİDEO
-
Hansı ölkələrin şagirdləri daha savadlıdır? - “PISA 2025”in nəticələri açıqlandı
-
“Sabah Residenc”in uçan fasadını “Avant Grup” düzıldibmiş - VİDEO
-
Azərbaycanda bu şəxslərə milyonlarla manat ƏDV geri qaytarıldı - RƏSMİ
-
Koxalski “Qarabağ“dan bu kluba keçdi - RƏSMİ
-
600-dən çox bal topladılar: müəllimlik ixtisasını seçdilər (FOTO)
-
Media və Yayım Şurasına sədr və üzvlər təyin edildi - SİYAHI
-
Avtomobildə sıxılı vəziyyətdə qalan şəxs belə xilas edildi - VİDEO
-
Qəbul və buraxılış imtahanlarında nə dəyişir? - DİM sədri açıqladı
-
Hacıqabulda 85 min manatlıq abadlıq - Sevindik Hətəmov da “MM İnşaat Group“u seçdi
-
Azərbaycanda üç adamdan ikisi oxuduğunu anlamır - Emin Əmrullayev
-
Badamdarda sürüşməyə görə bağlanan yol nə vaxt istifadəyə veriləcək? - AÇIQLAMA
-
Xırdalan və Bakıda 79 min manatlıq dələduzluq: Qurbanlar necə aldadılıb?
-
“Azərbaycanlı şagirdlər belə məsələlərin şərhində çətinlik çəkirlər” - Nazir
-
“SOS” MMC-nin növbə rəisi həbs edildi - 20 min manatı qumarda uduzub
-
“Uşaqlar hamısı xəstəlik tutub, dərdimizə əlac edən yoxdur” - Video
-
ABŞ-ın Moskva və Kiyev diplomatiyası: Sülh planı niyə nəticəsiz qaldı?
-
Xəzərlə bağlı xəbərdarlıq: “Sahildən 12 kilometrədək uzaqlaşa bilər“
-
Bu şəxslər pensiya ala bilməyəcək - Nazirlikdən açıqlama
-
Polisdən əməliyyat: 156 axtarışda olan şəxs saxlanıldı
-
Xırdalanda daş sexinin fəaliyyətindən narazılıq - VİDEO
-
Azərbaycanda “buzov pulu” artırıldı - 50-250 manat veriləcək
-
Qazinin əlilliyi niyə dayandırılıb? - VİDEO
-
Yeni tikilən binalara yeni tələb - VİDEO
-
ABŞ Ukraynaya “qış yardım paketi” ayıra bilər - Zelenski
-
Bakıda məktəbdə qalmaqal: 9-cu sinif şagirdləri məktəbdən çıxarılır? (VİDEO)
-
“Hörmüz boğazı tam blokadaya alına bilər” - Möhsün Rezai
-
“Valentino“ restoranından şikayət - “Kababın tüstüsündən evdə oturmaq olmur“
-
Bu gün instaqramda diqqət çəkənlər - FOTOLAR
-
Məhsul bol olsa da qiymətdən şikayətçidirlər - VİDEO
-
“Neft qiymətləri hər kəsi çətinliyə salacaq“ - Ərdoğan
-
Zelenskidən mühüm mesaj - Danışıqlar olmadan nəticə olmayacaq
-
Avtobuslarda ödəniş sistemi dəyişdirilir: Nə qədər ödəyəcəyik?
-
“Qızıl top”u özümə verərdim, bu oğurluq olmazdı” - Mbappe
-
“Türkiyəyə düşmənçilik edənlər itirəcəklər” - Ərdoğan
-
Azərbaycan vətəndaşı Gürcüstanda itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
-
300 balı sayılmayıb sonra 627-yə yüksələn - Əhməd haradadır?
-
Sabah bu ərazilərdə qaz kəsiləcək - XƏBƏRDARLIQ
-
Binəqədi rayonunda yeni tikilən binada yanğın - VİDEO
-
Ən çox və ən az əməliyyat edən investisiya şirkətləri - SİYAHI
-
“Tramp möhkəm sülh üçün səy göstərir“ - Stiv Uitkoff
-
Nazir Abid Şərifovun qardaşı oğlunu təqaüdə göndərdi - FOTO
TOP 10
ARXİV






