“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

3200 hindu uşağını Kanada kilsəsi necə məhv edib? - Ağılasığmaz cinayət

Tarix 11.06.21, 16:38

Font ölçüsü : - / +
bitmap-img6


May ayının sonunda Kanadanın qərbində kütləvi uşaq məzarlığı aşkar edilib.

215 uşağın qalıqları Kamlups Yaşayış Məktəbinin ərazisində tapılıb.

Bu məktəb 1890-1978-ci illərdə mövcud olub və yerli xalqlar üçün "tərbiyə düşərgəsi” adlandırılıb. 

1960-cı illərin sonlarına qədər rezident məktəb Katolik Kilsəsi tərəfindən idarə olunub, daha sonra isə Kanada hökumətinin nəzarəti altına keçib.  Öldürülən uşaqlardan bəzilərinin cəmi 3 yaşı olub. Qazıntılar yerli hindu icmalarından birinin təşəbbüsü ilə həyata keçirilib.

Yerli hinduların bildirdiyinə görə, Kamlups internat məktəbi Kanadadakı ən böyük məktəb olub. O zamanlar yerli əhalinin uşaqları, Kanada cəmiyyətinə inteqrasiya etmək üçün zorla, internat məktəblərinə göndərildi.

BMT-nin insan hüquqları komitəsi Kanadadakı aborigen uşaqları üçün nəzərdə tutulan Kamlupsdakı xristian internatında baş verən hadisəni "dəhşətli cinayət" adlandırıblar.
Onlar Kanada və Vatikandan, hindu uşaqlarının qətli barədə təcili istintaq aparılmasını tələb edirlər.

Kanada Baş naziri Castin Trüdo isə çıxışında Katolik kilsəsinə qarşı ittihamlar səsləndirib. O, bu hadisədən "çox məyus olduğunu” və qurbanların ailələrinə təzminat ödəməsini tələb edib.

Statistikaya görə, 130 xristian məktəbinin 150 min şagirdindən ən az 3.2 mini döyülmə və xəstəlikdən ölüb. Kanadadakı bu məktəblərdən sonuncusu yalnız 1996-cı ildə bağlanıb.//Bizim.Media 





Xəbərin oxunma sayı : 589




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap