“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

6 nəfəri öldürüb evlərini ələ keçirən Mahir və bandası... - Günahını etiraf etdi

Tarix 25.06.21, 14:36

Font ölçüsü : - / +
bitmap-img6


Rusiyanın Novqorod vilayətinin Boroviçi rayon məhkəməsi 43 yaşlı Azərbaycan vətəndaşı Mahir Firuz oğlu Paşayevin işi üzrə hökm çıxarıb. O, mütəşəkkil cinayətkar qrupun tərkibində fəaliyyət göstərərək köməksiz vəziyyətdə olan  2 və daha çox şəxsi öldürməkdə təqsirli bilinib.

Novqorod vilayətinin prokurorunun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Yelena Qriqoryeva bildirib ki, 2007-ci ilin yanvar ayından iyun ayına qədər Paşayev əlbir olduğu 6 nəfərlə birlikdə mütəşəkkil qruplaşma yaradaraq vətəndaşların mənzilləri üzərində mülkiyyət hüququnu qanunsuz yollarla ələ keçirmək, onların sahiblərini öldürmək üçün cinayət əməlləri törədiblər. Mütəşəkkil qruplaşmanın lideri Paşayevin qohumu olub, Mahir onun adından digər dəstə üzvlərinə göstərişlər verib və cinayət əməliyyatlarının həyata keçirilməsinə nəzarət edib.
Tel: 050 202 88 87
Keçid
Optimal Sərfəlidir!

İttihama əsasən 2007-ci ildə M.Paşayev Moskva şəhəri, Zelenoqrad inzibati dairəsində yaşayan  mənzil sahibinin etibarını qazanıb və onu Novqorod vilayətinə aparıb. Paşayev mənzil sahibini inandırıb ki, onu təbiət qoynunda xoş istirahət gözləyir. Lakin Novqorod vilayətində mənzil sahibini dəstə iştirakçılarından biri qaşılayıb və onu Boroviçi rayonunun Kaçalovo kəndi yaxınlığında öldürüb. Öldürülən şəxsin mənzili daha sonra dəstə üzvləri tərəfindən satılıb.

"2007-ci ilin yanvarından 2008-ci ilin avqustuna qədər dəstə üzvləri daha beş Moskva sakinini Novqorod vilayətində öldürüblər”,-prokuror köməkçisi bildirib.

 Təqsirləndirilən şəxs günahını tam boynuna alıb, ona 24.5 il həbs cəzası verilib. Cəzasını ciddi rejimli həbsxanada çəkməlidir. Qalan dəstə üzvlərinin məhkəməsi Moskvada aparılır.//Virtualaz.org



Xəbərin oxunma sayı : 766




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap