“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Şimali Koreya ilə düşmən deyilik, gəlin danışaq” – ABŞ rəsmisi

Tarix 24.10.21, 22:50

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ-ın yüksək səviyyəli diplomatı Seulda Cənubi Koreya rəsmiləri ilə görüşdən sonra Şimali Koreyanı son silsilə raket sınaqlarına son qoymağa və danışıqları bərpa etməyə çağırıb.

ABŞ-ın Şimali Koreya məsələləri üzrə yüksək səviyyəli rəsmisi Sung Kim Şimali Koreyanı “bu təxribatları və digər sabitliyi pozan fəaliyyətləri dayandırmağa və bunun əvəzinə dialoqa girməyə” dəvət edib. 

O, ABŞ-ın ilkin şərt olmadan Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə görüşməyə hazır olduğunu təkrar edərək, KXDR-ə qarşı heç bir düşmən niyyətinin olmadığını açıq şəkildə ifadə edib. Kim, Seulda Cənubi Koreyalı həmkarı ilə görüşdən sonra jurnalistlərlə danışıb. Bu görüş, Şimali Koreyanın sualtı qayıqla ballistik raket sınağı keçirməsindən bir neçə gün sonra baş tutub.

Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyinin oktyabrın 19-da yayımladığı bu tarixsiz fotoşəkildə sınaq zamanı yeni sualtı qayıqdan buraxılan ballistik raket görünür.

Kim bildirib ki, raket BMT Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrini pozur və KXDR-in qonşuları və beynəlxalq ictimaiyyət üçün təhlükə yaradır.

Bayden administrasiyası dəfələrlə ilkin şərt olmadan Şimali Koreya ilə istənilən yerdə və istənilən vaxt görüşməyə hazır olduğunu bildirib.

Şimali Koreya isə danışıqlara qayıtmaq məsələsində ABŞ -ın Pxenyanla bağlı düşmənçilik siyasətindən əl çəkməsini şərt kimi irəli sürür. (azadliq.org)



Xəbərin oxunma sayı : 853




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap