|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
“Ən böyük problemimiz sülhməramlılardır” - “Mən arxayınam ki, Türkiyə dövləti bölgədədir...”
Tarix 31.12.21, 11:40 |
|
“Paşinyan Sarqsyandan və Koçaryandan dəfələrlə ağıllı adamdır”
Başa çatan 2021-ci ildə Azərbaycan sosial, siyasi və iqtisadi sahədə bir sıra addımlar atdı. Ələlxüsus işğaldan azad olunan Qarabağda görülən işlər böyük əhəmiyyət kəsb edir. Bununla yanaşı, 2022-ci ildə bu işlərin daha da genişləndirilməsi və hələ ki, nəzarətimizdən kənarda qalan ərazilərimizdə suverenliyimizin bərpası istiqamətində atılacaq addımlarla bağlı müəyyən gözləntilər var.
Bu mövzuyla bağlı “AzPolitika.info”-nun suallarını millət vəkili Vahid Əhmədov cavablandırıb:
- Vahid müəllim, 2021-ci il başa çatır. Sizcə, bu il Azərbaycan üçün iqtisadi, siyasi və sosial baxımdan nələrlə yadda qalacaq?
- Məncə, 2021-ci ili Azərbaycan üçün ən uğurlu illərdən biri kimi qiymətləndirmək mümkündür. Ən böyük uğurumuz ondan ibarətdir ki, son bir ildə işğaldan azad edilən ərazilərimizdə böyük işlər görmüşük. Məsələn, qısa müddət ərzində Füzuli Beynəlxalq Hava Limanının açılışı oldu. Eyni zamanda Zəfər yolu çəkildi. İşğaldan azad edilən rayonlarımızın baş planı işlənib hazırlanıb. İnfrastruktur layihələri həyata keçirilməyə başlanıldı, yollar çəkildi, böyük tikinti-bərpa işləri həyata keçirildi. Bu proseslər indi də davam edir. Nəhayət, biz artıq işğaldan azad olunan ərazilərdə yaşayış binalarının, evlərin tikildiyini görürük. Bir sözlə, böyük iş görülüb. Ola bilsin ki, digər ölkələrdə bu işi ən yaxşı halda beş ilə görərdilər, amma bizdə bir ilə görüldü. Bunun da əsas səbəbi odur ki, Azərbaycan Prezidenti son bir ildə şəxsən özü görülən işlərə nəzarət edib.
Səhv etmirəmsə, dövlət başçısı son bir ildə təxminən 10 və ya 11 dəfə işğaldan azad edilən ərazilərdə olub, görülən işlərlə bilavasitə tanış olub, göstərişlərini verib və prosesə şəxsən özü nəzarət etməkdədir. Diqqət etdinizsə, sonuncu dəfə Prezident Hadrut qəsəbəsində xüsusi hərbi hissənin açılışında iştirak etdi, buradan da Şuşaya səfər etdi. Bir sözlə, bu məsələ daim diqqət mərkəzində olub. Hesab edirəm ki, bu istiqamətdə uğurlarımız var və bunu xüsusi qeyd etmək vacibdir.
Bununla yanaşı, siyasi sahədə uğurlarımız daha çoxdur. Əvvəla, Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsi apardı, tarixi torpaqlarını işğaldan azad etdi. 2021-ci ildə isə keçirilən bir sıra beynəlxalq tədbirlərdə və ikitərəfli görüşlərdə bütün ölkələr Azərbaycanı işğal altında qalan torpaqları azad etdiyinə görə təbrik etdilər və ərazi bütövlüyümüzü tanıdılar. Həmçinin, müharibə ilə əlaqədar bizə təpkilər olmadı. İstər Avropa, istər Amerika, istərsə də qonşu dövlətlər olsun. Onlar vəziyyəti qəbul etməli oldular və regionda yaranan yeni reallığın dəyişməyəcəyi ilə hesablaşdılar. Bu da bizim üçün böyük əhəmiyyət kəsb edir.
Fərqli fikirlər olsa da, mən hesab edirəm ki, 2021-ci ildə informasiya sahəsində də müəyyən uğurlarımız oldu. Fikir verirsinizsə, Ermənistanda Baş nazir başda olmaqla, artıq çoxları Qarabağ məsələsində Azərbaycanın haqlı tərəf olduğunu etiraf edir. Həmçinin, artıq Zəngəzur dəhlizinin açılması da zaman məsələsidir. Mən hesab edirəm ki, 2022-ci ildə dəhlizin açılmasının şahidi olacağıq. Odur ki, bu məsələdə də üstünlüklərimiz oldu. Sosial sahədə, əlbəttə, müəyyən problemlərimiz var. Eyni zamanda, son vaxtlar dövlət başçısı bir sıra fərmanlar və sənədlər imzalayıb. Hesab edirəm ki, bu da sosial sahəyə öz təsirini göstərəcək. Mən demirəm ki, problemlər yoxdur, əlbəttə var. Problemlərin müəyyən hissəsinin həlli 2022-ci ilə keçir. 2022-ci ildə bu işlərlə daha ciddi məşğul olmalıyıq, əhalimiz yaxşı yaşamalıdır.
Bütün hallarda 2021-ci il Azərbaycan üçün uğurlu illərdən biri oldu.
- 2022-ci ildə Qarabağla bağlı gözləntiləriniz nədən ibarətdir?
- Mən hər zaman demişəm, bu məsələdə bizi narahat edən bir məsələ var. Bu da hələlik orada Rusiya sülhməramlılarının olmasıdır. Bu bizə problemlər yarada bilər. İmzalanmış üçtərəfli sazişin müəyyən bəndləri yerinə yetirilmir. Məsələn, Xankəndi və ətrafındakı erməni terrorçuları təmizlənib ərazidən çıxarılmadı, 2021-ci ildə müəyyən toqquşmalar müşahidə edildi, postumuza hansısa separatçı qumbara atdı və s. Eyni zamanda şəhid olan əsgərlərimiz var. Yəni problemlər oldu. Bəli, onlar üçtərəfli sazişdə öz üzərlərinə götürdükləri öhdəliklərin müəyyən hissəsini yerinə yetirmədilər. Bu da bizim üçün problemdir. Mənə görə, Qarabağ məsələsində ən ciddi problem rus sülhməramlılarının orada olmasıdır. Bizim üçün ikinci vacib məsələ 2022-ci ildə Zəngəzur dəhlizinin açılmasıdır. Hesab edirəm ki, bu layihə həm baş tutacaq, həm də müəyyən qədər özü ilə sabitlik gətirəcək.
Üçüncü vacib məsələ Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınmasıdır. Bu, bizim üçün böyük əhəmiyyət daşıyır. Əgər sülh müqaviləsi imzalanacaqsa, həmin sənəddə Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınması olduqca vacibdir. Mənim qənaətimcə, buna 2022-ci ildə nail olmalıyıq ki, məsələ növbəti illərə qalmasın. Yəni bu vacibdir. Bundan başqa, delimitasiya, demarkasiya, habelə bəzi xırda məsələlər var ki, bunların da hamısı öz həllini tapacaq. Düşünürəm ki, bu məsələlərdə problem olmayacaq. Əlbəttə, bir daha təkrarlayım ki, bizim üçün “başağrısı” Rusiya sülhməramlılarının orada olmasıdır. Bunun da yəqin ki, vaxtı var, müəyyən məsələlər var ki, onlar həll olunduqdan sonra bu problem də yoluna qoyulacaq.
Mən arxayınam ki, Türkiyə dövləti bölgədədir və bütün məsələlərdə, proseslərdə iştirak edir. Mən hiss edirəm ki, faktiki olaraq bölgədə Türkiyəsiz heç bir məsələ həll edilən deyil. Türkiyənin qardaş ölkə kimi burada olması, sözsüz ki, strateji əhəmiyyət kəsb edir. Nəhayət, biz çalışmalıyıq ki, 2022-ci ildə əhalimizi işğaldan azad edilən ərazilərə - doğma yurd-yuvalarına qaytaraq. Qarabağa nə qədər çox əhali köçərsə və orada həyat nə qədər tez canlanarsa, bu, bizim üçün bir o qədər müsbət hal olar. Ümid edirəm ki, 2022-ci ildə sadaladığım bu işləri həyata keçirə biləcəyik.
- Ermənistanın Baş naziri Nikol Paşinyanın “Facebook” üzərindən verdiyi Qarabağ açıqlaması ciddi müzakirə edildi, hətta öz ölkəsində müxalifətin fəallaşmasına, Xankəndindəki separatçıların Paşinyana qarşı çıxışlarına səbəb oldu. Paşinyanın son açıqlamaları Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsinə dair hansı ümidlər verir?
- Nikol Paşinyan Serj Sarqsyandan və Robert Koçaryandan dəfələrlə ağıllı adamdır. Paşinyan anlayır ki, artıq bu məsələ həll edilib. Ona nə qədər kənardan desələr də ki, sizə kömək edəcəyik, yardım olunacaq və s, adam bilir ki, reallıq nədən ibarətdir. Faktiki status məsələsi yoxdur və məsələ yalnız sülh müqaviləsi imzalanması ilə həll olunacaq. Paşinyan həm də başa düşür ki, əgər Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmasa, gələcəkdə erməni dövlətçiliyinin mövcudluğu şübhə altına düşəcək. Çünki Azərbaycan və Türkiyə güclənir, bölgədə söz sahibinə çevrilir. Fakt odur ki, Azərbaycanın qələbəsini bütün ölkələr “həzm etdi”. Hətta, daim Ermənistanın yanında olan, bizə qarşı çıxan Fransa kimi dövlət sonradan çalışdı ki, Azərbaycanla əlaqələri düzəltsin. Brüsseldə Prezident Makron Azərbaycan dövlət başçısı ilə görüşdü. Mən hesab edirəm ki, artıq ermənilər anlayır ki, başqa çıxış yolu yoxdur. Ola bilsin ki, müəyyən təxribatlar yaratsınlar, nələrsə etsinlər və s. Amma Azərbaycanın da bu təxribatların qarşısını almaq üçün kifayət qədər imkanı var. Son variantda “dəmir yumruq” hazırdır və cavablarını alacaqlar. Silahımız da, sursatlmız da, gücümüz də var.
- Separatçıların lideri Araik Arutunyanın fəallaşması, Paşinyana qarşı çıxması müşahidə olunur. Sanki “Qarabağ klanı” Paşinyana qarşı vahid mövqe formalaşdırır...
- Açığını deyim ki, Paşinyanın devrilməsi bizə sərf etmir. Bu posesi sona çatdırmaq lazımdır. Əlbəttə, Paşinyan erməni cəmiyyəti və müxalifət qarşısında müəyyən şüarlar söyləyə bilər. Amma onun tutduğu yol düz yoldur. O mənada ki, Azərbaycan və Türkiyə ilə münasibətləri bəlli səviyyəyə çatdırmaq, əlaqələr qurmaq istəyir. İkincisi, onun devrilməsində Qərbin marağı yoxdur. Rusiya dövləti və digər qüvvələr ola bilsin ki, Paşinyana müəyyən təzyiqlər etsin. Ən ağır vaxtda Paşinyan seçkilərə getdi və qələbə qazandı. Yəni etimad əldə etdi. Aydındır ki, Koçaryana və ya Sarqsyana bağlı qüvvələr müəyyən təxribatlar törədə bilərlər. Eləcə də sərhəddə bəlli təxribatların olması mümkündür. Lakin “dəmir yumruq” hazırdır və lazım olanda bunun dadını görəcəklər.
Araik Arutunyanın fəallaşmasına gəldikdə, onlar başa düşürlər ki, məsələ bitib. Xankəndi daxil olmaqla məlum ərazilər Azərbaycanın suveren torpaqlarıdır və Qarabağ iqtisadi zonasına daxildir. Sabah həmin ərazilərdə Azərbaycanın dövlət atributları olanda, bayrağımız dalğalananda Araik orada qala bilməz. Araikin yerinə Azərbycan vətəndaşı olan bir başqası işləyəcək. Belə məsələlər var və onlar bunu anlayırlar.
- Bu fəallaşmada Rusiyanın marağı, yaxud rolu ola bilərmi?
- Qeyd etdim, harda Rusiya varsa, orada həm də problem var. Bu, gizli məsələ də deyil. Biz bunu Ukraynada, Gürcüstanda, Moldovada və nəhayətdə Qarabağda görmüşük. Əlbəttə, Rusiyanın marağı odur ki, daim orada münaqişə olsun və o da bundan istifadə edərək hər iki tərəfə təzyiq etsin. Amma regionda vəziyyət, tarixi düzən dəyişib. Azərbaycan dövlət başçısı faktiki olaraq müstəqil və açıq siyasət aparır. Əlbəttə, biz ehtiyatlı olmalıyıq. Eləcə də daxildə ehtiyatlı olmalıyıq, problemimiz olmamalıdır. Ona görə də sosial problemləri həll etməliyik ki, əhali normal yaşaya bilsin.
Xəbərin oxunma sayı : 2056
Müsahibə
Xəbərlər
-
Polisin “saxla“ əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO
-
Hansı ölkə uşaq böyütmək üçün daha əlverişlidir? – Azərbaycan son onluqdadır
-
Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə öldü - Araşdırma aparılır
-
“Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var” - Prezident
-
Əhalinin nəzərinə! Tibbi arayışlarla bağlı yenilik, mayın 1-dən...
-
Bakıda 21 yaşlı model faciəli şəkildə öldü - FOTO
-
“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir” - İlham Əliyev
-
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlandı - FOTO/VİDEO
-
Baydenin siyasətinə etiraz etdi – İstefa verdi
-
Tikilməkdə olan Laçın aeroportundan son görüntülər - VİDEO
-
NİİM əhaliyə müraciət etdi - VİDEO
-
“Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək“ - “Cümü“yə 18 il həbs verildi
-
Hərbi gəmilər, kater və vertolyotlar Xəzərdə hərəkətə gətirildi: Möhtəşəm təlimlərdən FOTO/VİDEO
-
Xocavənddə partlayıcı vasitələr aşkar edilib: Saxlanılan var - FOTO
-
Qubada illərdir hökm sürən kanalizasiya problemi nə zaman həllini tapacaq? - VİDEO
-
Amerikalılar kütləvi şəkildə “iPhone” almaqdan imtina edirlər - SƏBƏB
-
Şəxs hansı halda orqanını başqasına verə bilər? - ARAŞDIRMA
-
Binəqədinin keçilməz yolları - VİDEO
-
Könül Kərimova estetik əməliyyat etdirib - FOTO
-
Xavi qərarını niyə dəyişdiyinin səbəbini dedi: “Üç dəqiqə söhbətləşdik və...“
-
Çörək və un məmulatlarına tələbatın azalması qiymətlərə təsir edəcək? - VİDEO
-
Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
-
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir - FOTO/VİDEO
-
NATO baş katibi qırıcı təyyarədə ikinci pilot oldu - FOTO
-
Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO
-
Lukaşenko nüvə başlığını qucaqladığını bildirib - VİDEO
-
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 23 bəfər saxlanıldı
-
İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş
-
Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı
-
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib - VİDEO
-
Keçmiş nazir müvininə 7 il iş kəsildi - 125 milyon mənimsəyib
-
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
-
Ətin qiyməti 25 manat olacaq? - AÇIQLAMA
-
Prezidentlər Ağdamda orta məktəbin təməlqoyma mərasimində - FOTOLAR
-
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
-
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO
-
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
-
Mənimsəmədə təqsirləndirilən vəkilin cinayət işinin bəzi detalları məlum olub - İTTİHAM AKTI
-
COP29 Azərbaycanın malik olduğu imkanlarıntəqdimatı olacaq
-
Xaricdən gətirilən kartof ölkə daxilində 2 dəfə baha satılır – Rəqəmlər
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
-
İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?
-
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır - Zaxarova
-
“TikTok“la bağlı sorğu keçirilib - 74,9% məhdudiyyət tətbiqini istəyib
-
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
-
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - FOTOLAR
-
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
-
“Füzuli tam şəkildə yenidən qurulur” - Hikmət Hacıyev
-
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - FOTOLAR
-
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
-
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
-
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - FOTO
-
Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia
-
Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər
-
Avtomobili yay rejiminə necə keçirək? - AÇIQLAMA + VİDEO
-
Naxçıvanın yeni baş naziri vəzifəsindən azad olundu - Yerinə Cəlilov təyin edildi
-
“Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər...“ - “Bu, çox qəribədir“
-
Azərbaycandan dünyaya Yaşıl Baxış
-
Bakıda 6 istiqamət üzrə istirahət zonaları yaradılacaq - TƏFƏRRÜAT + VİDEO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - FOTOLAR
-
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
-
“Dövlət sərhədimizin 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir” - Prezident İlham Əliyev
-
Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi
-
Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradır: İşsizlərin siyahısı hazırlanır
-
Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdə
-
“NATO Polşada nüvə obyektləri yerləşdirərsə, hədəfimiz olacaq“ - Rusiya XİN
-
Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - ARAŞDIRMA + VİDEO
-
Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA
-
Bayden qanun imzaladı - Üç ölkəyə hərbi yardım haqqında
-
ADA Universitetində keçirilən forumdan mühüm məqamlar
-
İqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
-
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər (VİDEO)
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - FOTO
-
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı xəbərdarlıq: Komissiya yaradılması təklif edildi
-
“NATO-nun Finlandiyadakı təlimləri təxribat xarakterlidir” - Zaxarova
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başladı
TOP 10
ARXİV