“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Ən mənfi nəticələrə gətirib çıxaracaq” – Rusiya Ermənistanı hədələdi

Tarix 28.09.23, 21:26

Font ölçüsü : - / +
bitmap-img6


“Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunun Ermənistan tərəfindən ratifikasiyası ikitərəfli münasibətlər üçün ən mənfi nəticələrə səbəb olacaq. Çünki İrəvan nizamnamə ilə bağlı Moskvanın qarşılıqlı təkliflərini nəzərə almayıb”.

TASS xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.
 “Erməni tərəfdaşlara ilkin olaraq belə bir mövqe bildirildi ki, Ermənistanın BCM-nin Roma Statutunu ratifikasiyası bu strukturun Rusiyanın ali rəhbərliyinə “həbs orderləri” verdiyi şəraitdə qəbuledilməzdir. İrəvanın ikitərəfli saziş bağlamaq təşəbbüsü nəzərdən keçirildi, Moskva hər iki tərəfə uyğun ola biləcək kompromis variantı təklif etdi. Təəssüf ki, bu nəzərə alınmadı və əvəzində Ermənistanda Roma Statutunun ratifikasiyası lehinə siyasi qərar verildi. Bu, ikitərəfli münasibətlər üçün ən mənfi nəticələrə gətirib çıxaracaq”, - nazirlikdən bildirilib.
Qeyd edilib ki, beləliklə erməni nümayəndələrinin BCM-yə qoşulmanın guya Rusiya-Ermənistan əlaqələrinə heç bir təsir göstərməyəcəyi ilə bağlı irəli sürdükləri tezis reallığa uyğun gəlmir.
Nazirlik həmçinin qeyd edib ki, Ermənistan tərəfindən Roma Statutunun ratifikasiya ediləcəyi təqdirdə Rusiya rəhbərliyinin respublikaya səfərlərini təsəvvür etmək çətin olacaq.
Moskva ümid edir ki, Ermənistan Parlamentində sağlam düşüncəli qüvvələr tapılacaq və onlar Ermənistan-Rusiya münasibətləri üçün açıq-aşkar zəhərli olan bu qərara “möhür” vurmayacaqlar”, - nazirlik vurğulayıb.
Qeyd edək ki, bu gün Ermənistanin Dövlət və Hüquq Məsələləri Daimi Komissiyası öz iclasında Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunun ratifikasiyası haqqında qanun layihəsini qəbul edərək parlamentə göndərib. İrəvan bu addımın Rusiya Federasiyasına qarşı olmadığını bəyan edib.



Xəbərin oxunma sayı : 976




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap