“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“İstəyimizə nail olduq” – De Byazi

Tarix 12.09.23, 23:47

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Bakıda İordaniya yığmasına 2:1 hesabı ilə qalib gəldikləri beynəlxalq yoldaşlıq matçından sonra fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, 67 yaşlı mütəxəssis mətbuat konfransında qarşılaşmanın çətin keçdiyini bildirib: "Rəqibin yaxşı futbolçuları var. Belçika ilə görüşdə çoxlu enerji sərf etmişdik. Meydança da yaxşı vəziyyətdə deyil".

İtaliyalı baş məşqçi Emin Mahmudovun oyunda hər şeyi etdiyini söyləyib: "O, öz işinə ciddi yanaşır. Nəzərə alaq ki, meydanda gənc kollektiv var idi. Bizim üçün yaxşı sınaq oldu".

De Byazi səsi batdığı üçün görüşdə çox qışqıra bilmədiyini və bu səbəbdən fikirlərini jestlərdə oyunçulara çatdırdığını deyib: "Bugünkü oyundan daha yaxşı çıxış edə bilərik. Futbolçular ot örtüyünə görə topu daha yaxşı qəbul edə bilmirdilər. Belçika və İordaniya ilə görüşlərdə yaxşı oyun sərgilədik".

Baş məşqçi AÇ-2024-ün növbəti seçmə oyunlarda yaxşı nəticəyə ümid etdiklərini deyib: "Bizi ağır qarşılaşmalar gözləyir. Belçika ilə dueldəki kimi çıxış edə bilsək, rəqiblərə çətinlik yaşada bilərik".

İordaniya millisinin baş məşqçisi Hüsseyn Ammuta isə Azərbaycan yığmasına uduzduqları yoldaşlıq oyunundan sonra mətbuat konfransına qatılmayıb. 54 yaşlı mütəxəssis "Dalğa Arena"dakı görüşdən sonra jurnalistlərin qarşısına çıxmaqdan imtina edib.



Xəbərin oxunma sayı : 1165




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap