![]() |
|














“Əvvəl 500 min tələb etdi, sonra 300 minə düşdü...“ – Natiq Məmmədovun qardaşı da məhkəmə qarşına çıxarıldı
Tarix 15.09.21, 22:51 |
|

2015-ci ildə həbs edilən və 5 il cəza alan MTN polkovniki, nazirliyin İstintaq Baş İdarəsinin şöbə rəisi olmuş Vüsal Ələkbərov yenidən cinayət məsuliyyətinə cəlb olunub. O, yaxın günlərdə MTN generalı, İstintaq Baş İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyevlə birlikdə məhkəmə qarşısına çıxarılacaq.
Şıxəliyev və daha üç nəfər haqqında cinayət işinin istintaqı yekunlaşıb və baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Şıxəliyev və Ələkbərovla birlikdə İbtidai İstintaq İdarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin keçmiş müavini Sahib Ələkbərov da mühakimə olunacaq. Adları çəkilən dörd nəfər mütəşəkkil dəstə kimi birləşib müxtəlif adamlara hədə-qorxu gəlməklə onların milyonlarla pulunu, əmlakını ələ keçirməkdə suçlanır. Sabiq MTN-çilər haqqında cinayət işində ümumilikdə 14 milyon 292 min manat rüşvətdən və hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatlıq pulunu, əmlakını ələ keçirməkdən bəhs olunur.
Təqsirləndirilən şəxslərdən yalnız Şıxəliyev həbsdədir, digərləri haqqında istintaq dövründə alternativ qətimkan tədbirləri seçilib.
Hələ 2015-ci ilin oktyabrında MTN-də nazir Eldar Mahmudovun vəzifədən uzaqlaşdırılması, 20-dən artıq vəzifəli şəxsin, o cümlədən generalların həbsi ilə nəticələnən əməliyyatdan sonra aparılan istintaqda Şıxəliyev və digərlərinin adları hallanırdı. Onlardan Şıxəliyev və Məmmədov şahid qismində də dindirilmişdilər. Vüsal Ələkbərov isə hədə-qorxu ilə tələb etmə, rüşvət alma və başqa əməllərdə suçlanaraq Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilmişdi. Sonradan Apellyasiya Məhkəməsi onun cəzasını 5 ilə endirdi. O, bir müddət həbsdə saxlandıqdan sonra şərti azadlığa buraxılmışdı.

Mövlam Şıxəliyev
General Şıxəliyevin, Məmmədovun əleyhinə xeyli ifadələr vardı. Bir çox zərərçəkmiş və şahidlər onlar tərəfindən hədələndiklərini, adları çəkilən şəxslərə pul verdiklərini iddia edirdilər.
"Bunlar mənim evimi satdırdılar. Mövlam Şıxəliyevin otağında olmuşam. Mənə dedi ki, "şefin göstərişi var - ya həbs edilməlisən, ya da pul verməlisən". Əvvəl 1 milyon, sonra 700 min istədi. Axırda 500 min dollara düşdü. Bu pulun 200 min dollarını Mövlana, 300 min dollarını isə Vüsal Ələkbərova vermişəm", - zərərçəkmiş iş adamı Namil Rzayev məhkəmədə belə demişdi.
Şıxəliyev isə həmin iclasda zərərçəkmişin dediklərini təkzib edərək nə nazirdən göstəriş, nə də bu adamdan rüşvət aldığını bildirmişdi.
Dubaydan və Türkiyədən qızıl-zinət əşyaları gətirib Bakıda Mərkəzi Univermaqda onların satışıyla məşğul olan Rauf Həsənov iddia edirdi ki, onu MTN polkovniki Füzuli Əliyev nazirliyə çağırıb, qızıl qaçaqmalçılığında günahlandırıb. Həbs olunmaması üçün 100 min dollar pul istəyib. Ortada heç bir fakt, sübut olmasa da, qorxduğu üçün həmin pulu düzəldib verəcəyini vəd edib və buraxılıb. Onun sözlərinə görə, tələb olunan pulu düzəldə bilməyib. İki-üç həftə sonra hüzr mərasimindən qayıdanda onu saxlayıb MTN-nə gətiriblər: "Məni Yasin Məmmədovun yanına apardılar. O, sənəd göstərib həbs olunduğumu bildirdi. Buraxılmağım üçün 500 min dollar tələb elədi. Bir neçə saat davam edən təzyiq, hədə-qorxudan sonra Yasin Məmmədov dedi ki, rəisi 300 min dollara razılıq verib. Mən qorxudan Yasin Məmmədova 300 mini toplayıb çatdıracağıma söz verdim və MTN-dən çıxdım".
Həsənovun sözlərinə görə, həmin gecə dost-tanışdan pul toplayıb, 300 min dolları aparıb çatdırıb: "Evə qayıdandan yarım saat sonra Yasin Məmmədov zəng eləyib dedi ki, puldan 200 dollar çatmır. Yenə ora qayıdıb, Yasin Məmmədova 200 dolları verdim..."
Məmmədov isə deyilənləri təkzib edib. O, haqqında söylənilən fikirlərin yalan olduğunu vurğulayaraq kimsədən nə pul tələb etdiyini, nə də aldığını bildirib.
Natiq Məmmədov
Bir sıra zərərçəkmişlər Məmmədovun bir neçə il əvvəlki araşdırmalar zamanı cinayət məsuliyyətinə cəlb olunmamasını, onun haqqında çoxsaylı şikayətlərə baxmayaraq, qardaşının vəzifəsiylə əlaqələndirirdilər. Onlar dövlət orqanlarına şikayətlərində də bu haqda yazırdılar. Onun qardaşı Natiq Məmmədov 2000-2004-cü illərdə Xəzər Rayon Məhkəməsinin hakimi, ardınca Mərkəzi Seçki Komissiyasının (MSK) katibi, 2011-2018-ci illərdə isə bu qurumun sədr müavini olub. 2018-ci ildə Baş nazirin sərəncamı ilə Nazirlər Kabineti Aparatının rəhbərinin müavini təyin edilib. 2019-cu ildə hətta Aparat rəhbəri vəzifəsinin icrası da ona həvalə edilib.
Şıxəliyev 2021-ci ilin aprelində başqa bir MTN generalı, nazirliyin Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi Nizami Şirinovla birlikdə həbs olunub. Sentyabrın əvvəlində Şirinovun işi məhkəməyə göndəriləndə Şıxəliyev və daha üç nəfərin işi ayrılıb.

Nizami Şirinov
Şirinov da məhkəmə qarşısına tək çıxarılmır. Onun tabeliyində işləmiş idarə rəisləri Elcan Abdullayev və Elman Tahirov, keçmiş əməliyyat müvəkkili Nadir Nəzirov da təqsirləndirilir. Onların işində dörd nəfər zərərçəkmiş qismində tanınıb ki, biri də Heydər Əliyev adına Ali Hərbi Məktəbin keçmiş rəisi Mirzəli Yusifovdur.
Zərərçəkmişlərdən biri Şirinovun keçmiş işçisi, MTN-in Hərbi Əks-Kəşfiyyat Baş İdarəsində Daxili İşlər Nazirliyinin, Daxili Qoşunların və Ədliyyə Nazirliyinin hərbi qurumları üzrə şöbə rəisi olmuş polkovnik Emin Abbasovdur. O, iddia edir ki, bizneslə məşğul olan qardaşı Elxan Abbasovla onun şəriki Vüqar Ağayevin 250 min pulunu, torpaq sahəsini zorla əllərindən alıblar: "Məcbur olub 19 noyabr 2009-cu ildə Nizami Şirinovun göstərişi ilə Eldar Mahmudovun qohumu olan İmanova Billurə Məmməd qızının adına qardaşımın Vüqar Ağayevlə şərik olduğu 5 hektar torpaq sahəsinə dair baş etibarnamə verdik. Bundan bir müddət sonra Nizami Şirinov yenə təhdid elədi, əlavə 50 min istədi. İdarə rəisi işləyən polkovnik-leytenant Elman Tahirov vasitəsilə 2009-cu il noyabrın axırlarında 50 mini də Nizami Şirinova verdim..."
Vüqar Ağayev də zərərçəkmiş qismində tanınıb.
Şirinov və üç keçmiş işçisinin məhkəməsi sentyabrın 23-də başlayacaq. (azadliq.org)
Xəbərin oxunma sayı : 1306
Kriminal
Xəbərlər
-
Qeydiyyatdan keçmədən də Qarabağa gedə bilərsiz - Bu dəfə 5 gün
-
Abşeronda şok hadisə:Oğul anasını yandıraraq öldürdü - VİDEO
-
“İplik“ fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı
-
Sabah bu ərazilərdə 4 saat işıq olmayacaq - Xəbərdarlıq
-
“Bu müharibədə diplomatiya tükənib” - Merts məyusdur
-
Azərbaycanda neçə nikah müqaviləsi bağlanıb?
-
Usta Natiq birdən-birə necə “vəzifəli şəxs” olub? - TƏFƏRRÜAT
-
Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq
-
“Türkiyədə prezident seçkiləri 2028-ci ildə keçiriləcək“ - Ərdoğan
-
Bakıda ŞOK cinayət - 13 yaşlı qızın intim videolarını yaydı, həbs edildi
-
Prezident İlham Əliyev BƏƏ lideri ilə görüşdü - Fotolar
-
Avropada on gündə 2300 nəfər dünyasını dəyişib - İstilərə görə
-
Bu kəndlərdəki evlər təmir olunacaq - 30 milyona yaxın vəsait ayrıldı
-
Ərdoğandan İmamoğlu ilə bağlı təklifə reaksiya - “Xeyirli olar...”
-
Xətai MKTB-nin rəisi Fəxrəddin Məmmədov xidmətçilərin maaşını kəsir? - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Bu şəhərin bir hissəsi qazsız qalacaq - XƏBƏRDARLIQ
-
Həmin mikroavtobus qeyri-qanuni sərnişindaşıma ilə məşğul olub - AYNA
-
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir - FOTOLAR
-
Bakıda kuryerlər qiymətlərdən narazıdır - VİDEO
-
“Saxlanılan Rusiya vətəndaşları ilə bağlı Bakı ilə təmasdayıq“ - Zaxarova
-
“Pakistan Hindistan Hərbi Hava Qüvvələrinin imicini məhv edib“ - HHQ komandanı
-
“Mado”da uşağıma yemək aldım, içindən çıxana baxın” - FOTO
-
Sabah dəhşətli isti olacaq - XƏBƏRDARLIQ
-
İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başladı - FOTO
-
Beyləqanda müasir ət kəsim məntəqəsinin açılışı oldu - Fotolar
-
“Öz tantuni”də hadisə - Xadimə aşpazın qızılını oğurladı
-
AzTV-nin tender ləğv olundu - 440 min manatlıq...
-
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə sərt CAVAB
-
Qazax İcra Hakimiyyətində yoxlama: Pozuntular aşkarlandı
-
Tramp Moskva və Pekini bomalaqla hədələyib - Səs yazısı yayılıb + VİDEO
-
Azərbaycanda ən çox boşanma halları bu rayondadır - STATİSTİKA
-
İstehlak kreditləri bazarı - böyük məbləğlər, yüksək faizlər
-
Öcalandan 26 il sonra ilk videomüraciət: “Silahı yerə qoyun“
-
Azərbaycanda yeni SES-lər tikiləcək - 55,2 milyon xərclənəcək
-
“Bu, qiymət artımı deyil, xərcləri əhali arasında düzgün bölməkdir” - VİDEO
-
Sabah İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək - Əbu-Dabidə
-
Yol polisi bu sürücülərə xəbərdarlıq etdi - VİDEO
-
Pensiyalar ayın neçəsi veriləcək? - DSMF-dən açıqlama
-
Azərbaycanla Qazaxıstan birgə PUA təlimi keçir - VİDEO
-
Əczaçılıq məhsulları üzrə xərclərimizdə kəskin artım nə ilə bağlıdır? - Açıqlama
-
Mərkəzdən kənarda 1400 manata kirayə mənzillər... - Qiymətlər niyə bahadır?
-
Azərbaycanda onkoloji xəstələrinin sayı kəskin artıb - RƏSMİ
-
Torpaq üzərindəki hüquqların qeydiyyat qaydaları DƏYİŞİR
-
Skuter, moped və velosiped sürücülərinə xəbərdarlıq
-
Milli Məclisin növbəti iclasının gündəliyi: 13 məsələ müzakirə olunacaq
-
Daha 28 azərbaycanlı Almaniyadan geri qaytarıldı - Açıqlama
-
Paraşütlə qayaya çırpılaraq həlak olan Nuranə ilə bağlı daha bir fakt - VİDEO
-
Ağdam-Füzuli yolunda mikroavtobus aşdı - 20 yaralı var
-
Qarpızlar sahələrdə qaldı - Yerində 5- 10 qəpiyə təklif olunur (VİDEO)
-
ABŞ Ukraynaya dəstəyini davam etdirəcək - Dövlət Departamenti
-
Çempionlar Liqasında yeni mövsüm başladı - NƏTİCƏLƏR
-
Nizami rayonunda uşaqların oyun meydançasını parkinqə çeviriblər - VİDEO
-
Monika Belluççi məşhur jurnalın üz qabığında - Fotolar
-
Azərbaycan klublarının yay transferləri: Kim gəlir, kim gedir?
-
Ceyhun Bayramovla Pakistanlı həmkarı arasında telefonla danışığı olub - Müzakirə
-
“Demişdi ki, şah damarıma bıçaq soxaraq məni öldürəcək” - Namus, yoxsa mülk davası?
-
Həbsxanada atalığının zorladığı azyaşlı sığınacağa yerləşdirilib - Dövlət Komitəsi
-
Avropa 1940-cı illərdən bəri ən böyük təhdidlərlə üz-üzədir - Danimarka Baş naziri
-
Sabiq deputat Fəzail Ağamalı dələduzluqda ittiham olunur - Özü isə deyir ki...
-
Boşananlar niyə sistemdə evli kimi görünür? - AÇIQLAMA
-
Azərbaycan və Rusiya Fövqəladə Hallar nazirlikləri arasında fəaliyyət planı imzalanıb - FOTO
-
Zərərçəkənlər danışdı - Vardanyanın məhkəməsi
-
Pərvin barmağındakı üzükdən danışdı: “Bitən bitdi, gedən getdi”
-
Əli Əsədov Pakistan Milli Assambleyasının sədri ilə görüşdü - FOTO
-
Bakıda qadının evindən 10 kq narkotik aşkarlandı - VİDEO
-
“Xəbər bizi son dərəcə sarsıtdı“ - İlham Əliyev Trampa başsağlığı verdi
-
Nəsimi rayonu “Köhnə Təzə Bazar” da qanunsuz tikinti aparılır? - VİDEO
-
Müharibə vaxtı qonşu ölkələrin İsraillə hərbi əməkdaşlığı təsdiqlənməyib - Pezeşkian
-
Prezident İldırım Vəliyevə ali xüsusi rütbə verdi - Sərəncam
-
Ərdoğan Nəriman Cəlal və ailəsi ilə görüşdü - Fotolar
-
Bu şəxslərə diplomatik rütbələr verildi - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Əməliyyat zamanı canlı yayım açan həkim barəsində araşdırma başlanılacaq - RƏSMİ
-
Bu rayonda 20 mindən artıq abonent qazsız qalacaq - Xəbərdarlıq
-
“Qapalı Mədəniyyət Evi, açıq bazar: Fəridə Babayeva işəgötürmə adıyla kimləri aldadıb?
-
Azərbaycanda suçiçəyinə yoluxma sayı artıb - RƏSMİ
-
14 il “iş“ almış şəxsi “azad etdirmək“ istədi, özü 2 il “iş“ aldı - Dələduzluq
-
Borclunun qazı nə vaxt dayandırıla bilər? - Yeni qanun hazırlanır
-
“Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı konfrans keçirilib - FOTOLAR
-
Yuyucu toz yerinə duz satılır? - Azad İstehlakçılar Birliyi araşdırma tələb edir
-
Trampdan Almaniyaya təklif: “Ukraynaya “Patriot” göndərin“
-
Bu şagirdlərə pulsuz məktəbli formaları veriləcək - Müqavilə
-
“Eurohome”da yerləşən “Keşlə” bazarında yararsız balıq məhsulları satılırmış - FOTOLAR
-
“Rusiya hazırdır, Ukraynanın cavabını gözləyirik” - Hakan Fidan
-
Vaxtından əvvəl pensiyaya çıxmaq istəyən rəisin başına iş gəldi - 14 300 manat vermişdi
-
Qarabağa səfərlərlə bağlı icazə prosedurları sadələşdirilir - Müddət 5 gün oldu
-
Texasda ştatında daşqın - Ölənlərin sayı 100-ü ötüb
-
Yeni şəxsiyyət vəsiqəsini almaq məcburidir? - Deputatlar açıqladı
-
Sabah yağış yağacaq - Çimərliklərdə temperatur necə olacaq?
-
Evimiz və ofislərimiz xaricdən izlənirmiş - DTX mühüm əməliyyat keçirdi
-
“Mən ləyaqətli ölümdən və ya şəhidlikdən qorxmuram“ - Məsud Pezeşkian
-
Azərbaycanda qaz və işıqla bağlı aylıq sabit tariflər - 1 manatı aşmayacaq
-
Bakıda magistral kəmər yenilənir - Su kəsiləcək
-
Parlament Naxçıvan Konstitusiyasına dəyişiklikləri QƏBUL EDİB
-
Tanınmış azərbaycanlı bəstəkar Türkiyədə buna görə ölübmüş - TƏFƏRRÜAT
-
Erməni kilsəsinin “azad edilməsinə“ şəxsən rəhbərlik edəcəm - Paşinyan
-
“Kiyevə silah tədarükünün dayandırılmasına görə məsuliyyət daşımıram“ - Tramp
-
Milli Məclisin iclası keçirilir - Gündəlikdə 15 məsələ var
-
“Bəzən diplomatik şəkildə və zarafatla deyirik ki...“ - Hikmət Hacıyev
-
Tanınmış iş adamının oğlu binadan yıxılaraq öldü - FOTO
-
Kredit faizləri bahalaşıb - Səbəb nədir? VİDEO
-
Hamilə qadınlar bu xidmətlərdən pulsuz yararlana bilərlər - TƏBİB
-
Albalı və gilas paytaxtda bahalaşıb - Qiymətlər
-
Bakıda avtobusla yük maşını toqquşub - VİDEO
-
Kəlbəcərdə hərbçilər qəzaya düşdü - Yaralılar var
-
“İranla bağlı sanksiyaları ləğv etmək istəyərdim” - Tramp
-
Bakının kirayə mənzil bazarında vəziyyət necədir? - VİDEO
-
Ebrunun mahnısının Nuridən oğurlandığı iddia edildi - VİDEO
-
Bakıda qadını öldürüb gölün sahilinə atdılar - Əri saxlanıldı
-
Hakan Fidan Lavrovla görüşdü - BRİCS sammitində
-
“İşğaldan əvvəl zəng vurub bizi təhqir edirdilər” - Məhkəmə+Fotolar
-
“MedEra Hospital”da falçı otağı: Elnur Əli həkimdirmi?
-
Abşeronda yaşayış binasında partlayış, xəsarət alanlar var - VİDEO
-
Rektor təyin olunan Nazim Pənahov kmdir? - DOSYE
-
Sabah bu ərazidə qaz təchizatı müvəqqəti dayandırılacaq - Xəbərdarlıq
-
`“Aztelekom“un sabiq sədrinin oğlu Alışanovun səsini gizli yazıbmış - Məhkəmədə üzə çıxdı
-
Ərdoğan DEM Partiyasının nümayəndələri ilə görüşdü - FOTO
-
“Xamenei inanır ki, amerikalı investorlar İrana gələ bilər“ - Pezeşkian
-
Deputata məxsus olduğu deyilən şirkətə 124 minlik sifariş - TENDER
TOP 10
ARXİV