“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Şamaxıda qəzalı vəziyyətdə olan bina təhlükə yaradır - VİDEO

Tarix 04.12.25, 11:15

Font ölçüsü : - / +
bitmap-img6


Şamaxı rayonunun Şəhriyar qəsəbəsində yaşayan Mirxanım Qədirova gecələr evində rahat yata bilmir. Səbəb isə yaşadığı evin cəmi bir metrliyində yerləşən istifadəsiz binanın yararsız vəziyyətə düşməsidir.

Xezerxeber.az-ın məlumatına görə, baxımsız qalan bina ildən-ilə dağılır və bu, ətrafda yaşayan sakinlər üçün ciddi təhlükə yaradır.

Qadın da dörd ailə üzvü ilə birlikdə bu təhlükənin 2 addımlığında yaşayır.

Mirxanım Qədirova deyir ki, gecə binadan səslər gəlir. Kimlərin buraya nə məqsədlə yığışdığı bəlli deyil. Bu da onları qorxudur. Qonşular da təhlükədən narahatdırlar.

Şamaxı Rayon İcra Hakimiyyətindən, eləcə də bələdiyyədən "Xəzər Xəbər"ə bildirildi ki, həmin tikili şəxsi mülkiyyətdədir. Bu səbəbdən də sakinlərə mülkiyyət sahibinə müraciət etmələri tövsiyə olunur. Məsələyə aydınlıq gətirmək üçün mülkiyyətin sahibi olduğu deyilən Sabir Məmmədovla əlaqə saxlamağa çalışdıq. Təqdim edilən nömrəyə dəfələrlə zəng etsək də, cavab verilmədi.





Xəbərin oxunma sayı : 100




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap