“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Bu avtobus dayanacağı sərnişinlər üçün təhlükəlidir - VİDEO

Tarix 04.12.25, 8:57

Font ölçüsü : - / +
bitmap-img6


Yasamal rayonu, Akim Abbasov küçəsi, 119 ünvanında yerləşən avtobus dayanacağında təhlükəli vəziyyət yaranır.

Xezerxeber.az-ın məlumatına görə, ərazidə hər gün yüzlərlə sakin 17 nömrəli marşrutdan istifadə edir.

Ancaq sərnişinlər eni təxmini bir metr olan səkinin üzərində toplaşaraq avtobus gözləməyə məcbur olur.

Bu isə həm yolun hərəkət hissəsinə yaxınlıq, həm də piyada sıxlığı nəzərə alınanda təhlükə yaradır.

Sakinlər bildirir ki, xüsusən yağıntılı havalarda burada dayanıb avtobus gözləmək çətin olur.

Sakinlərin sözlərinə görə, sözgedən dayanacağın arxa hissəsində kiçik göl var. Buna görə də ərazi hasarlanıb və dayanacaq illərdir qurulmayıb. Bu səbəbdən həm yaşlılar, həm də məktəblilər üçün burada gözləmək çətindir.  

Hazırda yüzlərlə sakin bu dayanacaqdan istifadə edir və hamının ortaq tələbi təhlükəsiz, qapalı və standartlara uyğun dayanacağın quraşdırılmasıdır.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, avtobus dayanacaq pavilyonları dövlət standartına əsasən, dayanacaq məntəqəsində səkinin eni minimum 3 metrdən az olmayan və gün ərzində 20 sərnişindən çox minib-düşmə həyata keçirilərsə, həmin məntəqədə pavilyonun qoyulmasına yol verilir. Sözügedən ərazidə səki infrastrukturu avtobus dayanacağı üçün pavilyon quraşdırmağa uyğun deyil.







Xəbərin oxunma sayı : 43




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap