“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Avropa çempionatına qatılmaq əla olardı“ - Canni De Byazi

Tarix 23.06.21, 20:07

Font ölçüsü : - / +
bitmap-img6


"Yenidən Avropa çempionatına qatılmaq əla olardı. Amma bu dəfə belə alındı".

AzFakt.com xəbər verir ki, bu fikirləri futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Albaniyanın "News24" telekanalına müsahibəsində Avropa çempionatı ilə bağlı fikirlərini bölüşərkən deyib.

İtaliyalı mütəxəssis bildirib ki, qeydə alınan sürpriz nəticələr əsasında proqnoz vermək çətindir. İtaliya yığmasının finala çıxacağına ümidvar olduğunu vurğulayan De Byazinin fikrincə, bu barədə danışmaq üçün tezdir: "İtaliya qrup oyunlarında yaxşı nəticələr qazandı. Demək olar ki, start ideal oldu. Doğma komandamla yanaşı, Belçika, Fransa və İngiltərənin də finala yüksələ biləcəyini düşünürəm".

65 yaşlı baş məşqçi yığmanın heyətində Lorentso İnsinye və Çiro İmmobileni fərqləndirib: "Roberto Mançini əla kollektiv formalaşdırıb. Amma fərqlilikdən danışanda ilk növbədə, hücumameylli futbolçular ön plana keçir. İnsinye və İmmobile öz oyun dəst-xətti ilə seçilsələr də, digərlərini də unutmaq olmaz".

De Byazi İngiltərə millisini favorit hesab etsə də, britaniyalıların böyük turnirlərdə öz potensialını tam aça bilmədiyini söyləyib: "İngiltərə çox yaxşı komandadır, lakin bu cür turnirlərdə sonadək gedə bilmirlər. Heyətdə ulduz futbolçular çox olsa da, meydanda heç də hər zaman baxımlı oyun göstərə bilmirlər".

Fransa millisindən də söz açan təcrübəli mütəxəssis bu yığmanın finala vəsiqə şanslarının daha çox olduğunu istisna etməyib: "Fransızlar Portuqaliya, Almaniya və Macarıstanın da yer aldığı "ölüm qrupu"ndan çıxa bilsə, finaladək irəliləyəcək".

De Byazi Danimarka millisinin futbolçusu Kristian Eriksenin Finlandiyaya qarşı B qrupunun ilk görüşündə ölümlə üz-üzə qalmasına da münasibət bildirib: "Həmin an mən də hamının keçirdiyi hissləri yaşadım. Xoşbəxtlikdən, həkimlərin operativ müdaxiləsi sayəsində futbolçunun həyatını xilas etmək mümkün oldu. Hamı kimi mən də onun ən qısa zamanda geri qayıtmasını və normal həyatına davam etməsini arzulayıram".

Qeyd edək ki, Avropa çempionatına iyulun 11-də yekun vurulacaq. (Report.az)



Xəbərin oxunma sayı : 733




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap