“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Avropa pulu dəyər itirməkdə davam edir” - Vüqar Bayramov

Tarix 16.05.22, 20:56

Font ölçüsü : - / +
bitmap-img6


“Avropa pulu dollara və digər əksər səbət valyutalara nisbətən dəyər itirməkdə davam edir. Rusiya-Ukrayna müharibəsi başlanan gün dollara nisbətən 1,13 məzənnəsi ilə dəyişdirilən avro artıq 1,04 kursunadək ucuzlaşıb. Bu, avronun müharibə başladıqdan sonra 14 faiz dəyərsizləşməsi deməkdir”.

Bu sözləri deputat, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin üzvü Vüqar Bayramov bildirib:

“Avronun ucuzlaşması daha çox sanksiyaların qarşılıqlı olaraq Avropa iqtisadiyyatına təsirləri ilə bağlı olsa da dolların qlobal valyuta bazarında möhkəmlənməsi də əsas faktorlarındadır. Bir tərəfdən enerji məhsullarının qiymətlərindəki artım real sektora təsirsiz ötüşmür. Digər tərəfdən, Avropa qitəsində davam edən müharibə ittifaq ölkələrinin iqtisadi artım faizlərini azaldıb.

Bu ilin ilk 4 ayında Avropa İttifaqında enerji məhsullarının qiymətində 38 faiz artım qeydə alınıb.

Ötən ay isə Avropa İttifaqında son 30 ilin ən yüksək inflyasiyası qeydə alınıb. İstehlak bazarında ümumi qiymət artımı 7,5 faizə yüksəlib. 2022-сi il üçün 3,7 faiz artım proqnozlaşdırılan avrozonada ÜDM bu ilin birinci rübündə cüzi artıb. Bütövlükdə, müharibə uzanarsa, 2022-ci ildə iqtisadi artımın hətta 2 faizdən az olacağı gözlənilir.

Müharibə uzandıqca avronun ucuzlaşması davam edəcək. Hələlik Avropa Mərkəzi Bankı avronun məzənnəsinə təsir edəcək addımlar atmaqda israrlı görünmür. Bu isə o deməkdir ki, hələlik avronun əvvəlki mövqelərinə qayıtması mövcud şərtlər daxilində real görünmür. Müharibənin ən çox neqativ iqtisadi təsir etdiyi qitə isə sözsüz avronun işləndiyi Avropa olaraq qalmaqdadır”.



Xəbərin oxunma sayı : 994




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap