“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“Azərişıq” Tovuzda yenidənqurma işlərini davam etdirir - VİDEO

Tarix 08.08.24, 13:14

Font ölçüsü : - / +
bitmap-img6


Regionların elektrik təsərrüfatının yenilənməsi istiqamətində "Azərişıq” ASC-nin həyata keçirdiyi əsaslı təmir və quruculuq işləri Tovuz rayonunu da əhatə edib. Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən rayonun ən ucqar dağ kəndlərinin belə elektrik şəbəkəsi yenidən qurulur. 110/35/10 kV-luq "Qovlar” və 110/35/6 kV-luq "Tovuz” yarımstansiyalarında yenidənqurma işləri davam edir. Rayonun Papaqçılar, Ağdam, Qaradaş, Ağbaşlılar, Mürkülü, Səfərli, Qandallar, Əyyublu olmaqla 8 kəndində işlər başa çatdırılıb.

AzFakt.com xəbər verir ki, kəndlərdə istismar müddətini başa vurmuş 0.4, 6 və 10 kV-luq dayaqlar və elektrik veriliş xətləri, eləcə də transformator məntəqələri tam yenidən qurulur. Hazırda Aşağı Quşçu, Ağbulaq və Göyəbaxan olmaqla 3 kənddə yenidənqurma işləri davam etdirilir. Yaxın gələcəkdə daha 7 kəndin elektrik şəbəkəsinin yenilənməsi işlərinə başlanılacaq.

Yenidənqurma işləri çərçivəsində 3 minə yaxın abonentin yaşadığı Əyyublu kəndinin də elektrik şəbəkəsi yenidən qurulub. Kəndin ərazisində 29 yeni transformator məntəqəsi, eləcə də müasir sayğaclar quraşdırılıb. 0.4 və 10 kV-luq dayaqlar basdırılıb, Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) çəkilib.

"Azərişıq” ASC-nin əsas hədəfi vətəndaşların fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi, elektrik enerjisi itkilərinin minimuma endirilməsidir. Bu hədəfə nail olmaq üçün Şərqi Zəngəzur və Qarabağ da daxil olmaqla ölkənin bütün regionlarında yenidənqurma və əsaslı təmir-bərpa işləri davam etdirilir.






Xəbərin oxunma sayı : 640




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap