“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

“Bu gün üç milyard insan sağlam qidalana bilmir“ - BMT-nin Baş katibi

Tarix 15.10.21, 12:23

Font ölçüsü : - / +
bitmap-img6


BMT-nin Baş katibi Antonio Quterreş Ümumdünya Qida Günü ilə bağlı müraciət ünvanlayıb.

"Report" xəbər verir ki, müraciətdə deylir:

"Dünya Qida Günü, planetdəki hər bir insan üçün qidanın əhəmiyyətini xatırlatmaqla yanaşı, dünyada ərzaq təhlükəsizliyinə nail olmaq üçün hərəkətə çağırışdır. Bu gün bəşəriyyətin təxminən 40 faizi – üç milyard insan sağlam qidalana bilmir. Aclıq artmaqdadır. Yetərsiz qidalanma və çəki artımı də eynilə çoxalıb. COVID-19-un iqtisadi təsirləri vəziyyəti daha da pisləşdirib. Pandemiyaya görə daha 140 milyon insan ehtiyac duyduğu qidanı əldə edə bilmir. Eyni zamanda, qidanı istehsal, istehlak və israf etmə tərzimiz planetimizə ağır zərbə vurur. Bunun təbii sərvətlərimiz, iqlimimiz və təbii mühitimizə göstərdiyi tarixi təzyiq bizə hər il trilyonlarla dollara başa gəlir. Bu ilin mövzusundan da aydın olduğu kimi, bunları dəyişmək öz əlimizdədir.

"Hərəkətlərimiz gələcəyimizdir"

Ötən ay dünya BMT-nin Qida Sistemləri Zirvəsində bir araya gəldi. Ölkələr qida sistemlərini dəyişdirmək üçün cəsarətli öhdəliklər götürdülər. Sağlam qidalanmanı daha əlverişli və əlçatan etmək üçün. Qida sistemlərini istehsal və emaldan marketinqə, daşınmaya və çatdırılmaya kimi hər addımda daha səmərəli, davamlı və dayanıqlı etmək üçün.

Hamımız qidanı necə istehlak edəcəyimizi dəyişə və daha sağlam seçimlər edə bilərik - özümüz və planetimiz üçün.

Qida sistemlərimiz üçün hələ də ümid var.

Builki Dünya Qida Günündə hər bir insan üçün daha yaxşı bəslənmə, mühit və həyatı təmin edən qida sistemləri vasitəsi ilə Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün dəyişikliyə aparan addımlar atmaq öhdəliyini götürək".



Xəbərin oxunma sayı : 370




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap