Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

Şərurlu İsfəndiyarın şirkətindən daha bir şikayət - Məhkəməyə verildi

Tarix 16.10.24, 16:48

Font ölçüsü : - / +
bitmap-img6


I dərəcəli ədliyyə qulluqçusu, Ədliyyə Akademiyasının baş məsləhətçisi Nuridə Əlizadə "Şaiq" Mənzil-Tikinti Kooperativini (MTK) məhkəməyə verib. 

Qaynarinfo-nun məlumatına görə, məhkəmə çəkişməsi podrat müqaviləsi üzrə mübahisələrlə bağlıdır. İşin təfərrüatları barədə açıq mənbələrdə heç bir məlumat yoxdur. 

Nuridə Əlizadənin iddiasına Yasamal Rayon Məhkəməsində baxılacaq. İş hakim Gülnar Babazadənin icraatındadır. 

"Şaiq" MTK 8 sentyabr 2003-cü ildə qeydiyyata alınıb. Şirkətin qanuni təmsilçisi Dadaşzadə Nicar Sura oğludur. "Şaiq" MTK-nın tikinti maqnatı, Şərurlu İsfəndiyar kimi tanınan İsfəndiyar Axundova məxsus olduğu bildirilir. 

İsfəndiyar Axundovun qardaşı oğlu Məhəmməd Axundovun 2011-2022-ci illərdə şirkətə rəhbərlik etməsi bu iddiaların əsassız olmadığna şübhələri artırır. 

"Şaiq" MTK ötən il  Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən partlayışla gündəmə gəlmişdi. Həmin vaxt sakinlər binanın "Şaiq" MTK-ya məxsus olduğunu bildirmişdilər. Həmçinin sakinlər şirkətin sahibi kimi İsfəndiyar Axundovun adını çəkmişdilər. 

Məlumat üçün deyək ki, bu hadisə nəticəsində 1 nəfərin öldüyü, 3 nəfərin isə xəsarət aldıığı barədə məlumatlar yayılmışdı. 




Xəbərin oxunma sayı : 982




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap