Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

Minatəmizləmə zamanı həlak olan şəxslərə şəhid statusunun verilməsi təklif edilir - VİDEO

Tarix 17.10.24, 8:46

Font ölçüsü : - / +
bitmap-img6


Azad olunmuş ərazilərdə 1 milyon 167 min hektara yaxın təhlükəli sahə var.

Xezerxeber.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında "Minatəmizləmə fəaliyyəti haqqında" qanun layihəsinin müzakirəsində Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov deyib. O bildirib ki, 4 il ərzində azad edilmiş ərazilərin 14,2 faizində təmizləmə aparılıb.

Sədr müavini minatəmizləmə prosesi zamanı həlak olan şəxslərə şəhid statusunun verilməsi təklifi ilə də çıxış edib. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev isə ANAMA rəsmisinin təklifi ilə bağlı bildirib ki, məsələ layihənin plenar iclasda müzakirəsi zamanı qaldırıla bilər.

Deputat Elman Məmmədov isə qeyd edib ki, Ermənistanın Azərbaycanın ərazilərinə minaları basdıran ölkə olmasına baxmayaraq, ona bununla bağlı beynəlxalq dəstək göstərilib, maliyyə ayrılıb.

Deputat Səbinə Salmanova isə iş şəraitini və risk dərəcəsini nəzərə alaraq, minatəmizləyənlərin də güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq, eyni zamanda güzəştli mənzil əldə etmək hüququ olan şəxslərin siyahısına salınmasını təklif edib. Qanun layihəsi plenar iclasa tövsiyə olunub.





Xəbərin oxunma sayı : 427




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap