Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

Bu gün Füzulinin işğaldan azad olunmasından dörd il ötür

Tarix 17.10.24, 0:12

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Füzuli Şəhəri Günüdür, şəhərin işğaldan azad olunmasından dörd il ötür. “Report”un xəbərinə görə, həmin gün Füzuli şəhəri ilə yanaşı, rayonun daha 7 yaşayış məntəqəsi - Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri işğalçılardan təmizlənib.

Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş verən ən əhəmiyyətli döyüşlərdən biri olub.

Düşmən xeyli canlı qüvvə və texnika itkisi verərək ərazidən qaçıb.

Üstəlik Füzulinin keçmiş təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycan Ordusunun cənub cəbhəsi boyunca irəliləməsi üçün geniş imkanlar yaradıb.

Qeyd edək ki, Azərbaycanın iri yaşayış məskənlərindən biri olan Füzulinin əsası 1827-ci ildə qoyulub. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə Füzuli rayonu təşkil olunub və Qaryagin adlandırılıb. Rayon mərkəzi Qaryagin qəsəbəsi olmaqla, Qozluçay, Köndələnçay, Araz boyu və Füzuli-Ağdam magistral yolunun hər iki ətrafında olan kəndləri əhatə edib. 1959-cu ildə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 400 illik yubileyi münasibətilə rayonun adı dəyişdirilərək Füzuli rayonu adlandırılıb. Rayonun ərazisi 1 386 kvadratkilometrdir. Tərkibinə bir şəhər və 78 kənd daxildir.



Xəbərin oxunma sayı : 583




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap