Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

“BakıKart” tətbiqindəki vəsaitlər geri qaytarılacaq - Rəsmi

Tarix 18.10.24, 14:47

Font ölçüsü : - / +
bitmap-img6


"BakıKart"ın mobil tətbiqi yaxın vaxtlarda yenidən fəaliyyətə başlayacaq.   

AzFakt.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı regional idarəsinin müdiri Tərlan Səfərov yeni layihələrlə bağlı ictimai dinləmədə müzakirə zamanı deyib.

O bildirib ki, vətəndaşların "BakıKart" mobil tətbiqində hesabları və oradakı vəsaitləri silinməyib: "Vətəndaşların mobil tətbiqdə olan bütün vəsaitləri geri qaytarılacaq. Tətbiqin işi bərpa olunduqdan sonra sərnişinlər hesablarındakı vəsaitdən istifadə edə biləcəklər. Tətbiqin işi bərpa olunduqdan sonra sərnişinlər hesablarındakı vəsaitdən istifadə edə biləcəklər. Yaxın günlərdə, hətta, ola bilər, gələn həftə bu məsələ həll olunsun".

T. Səfərov qeyd edib ki, bu problem tez-tez təkrarlandığına görə onun köklü həllinə gedilib. Mobil tətbiqin yenilənmə prosesində texniki imkanlarının artırılması nəzərdə tutulub.

İctimai dinləmədə qeyd olunub ki, vətəndaşlar ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq "BakıKart" kartlarından və mövcud digər alternativlərdən (məsələn, "BirBank" və "M10" tətbiqlərində QR-kodlar yaratmaqla) istifadə edə bilərlər.

O da bildirilib ki, hazırda vətəndaşlar "BakıKart"ın balansını artırmaq üçün  daha çox imkanlara sahibdirlər. Bakı Metropoliteninin stansiyalarında "BakıKart" yükləmə aparatları sərnişinlərin ixtiyarındadır. Həmçinin hazırda Bakı şəhərinin bütün ərazisini əhatə edən xeyli sayda "MilliÖn" ödəmə terminalı "BakıKart" ödənişini qəbul edir.



Xəbərin oxunma sayı : 211




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap