Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

Təbiətə 413 min ziyan vuran iş adamı məhkəmə qarşısında - Zərəri ödəyib

Tarix 17.10.24, 17:36

Font ölçüsü : - / +
bitmap-img6


"İnvest.M Construction" şirkətinin direktoru Cavid Musayevin cinayət işi üzrə üzrə məhkəmə istintaqı başlayır. 

Qaynarinfo xəbər verir ki, sentyabrın 30-na iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclas Nəsmi Rayon Məhkəməsində hakim Anar İbdazadənin sədrliyi ilə keçiriləcək. 

Ötən il yayılan mediada yayılan məlumatlarda bildirilirdi ki, "İnvest.M Consctruction" şirkəti Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsi 4 ünvanında yeni tikinti işləri ilə əlaqədar ərazidəki ağacları kəsib. Bu məsələ icitimailəşəndən sonra məlum olub ki, Cavid Musayevin adından Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova ünvanlanan məktubda ərazidə yaşıllığın olmadığı bildirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisi Qafar Ağayev də həmin vaxt verdiyi açıqlamada yaşıllıqların məhv edilməsi faktının aşkar olunmadığı bildirib.

Bununla belə, məsələ araşdırılıb və Cavid Musayev cinayət məsuliyyətinə cəlb edilib. Baş Prokurorluğun həmin vaxt yaydığı məlumatda bildirilir ki, iş adamı vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Bakı şəhəri Nəsimi rayonu ərazisində rəhbərlik etdiyi müəssisənin istifadəsində olan ərazidə inşaat işlərinin aparılması zamanı meşə fonduna daxil olmayan ağac və kolların təkrarən qanunsuz olaraq kəsilməsinə nail olmaqla təbiətə ümumilikdə 413 min manatdan artıq məbləğdə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış mötəbər sübutlar əsasında Cavid Musayevə Cinayət Məcəlləsinin 259.2.1, 259.2.3, 259.2.4 (şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə təkrarən külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə yekun ittiham elan edilməklə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

İbtidai istintaq zamanı təqsirləndirilən şəxs tərəfindən təbiətə vurulmuş maddi ziyanın tam şəkildə ödənilməsi təmin edilib.s



Xəbərin oxunma sayı : 499




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap