Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

“Azərbaycan bütün dünyanı “COP atəşkəsinə” dəvət edir” - Hikmət Hacıyev

Tarix 16.10.24, 23:18

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Prezidentinin köməkçisi, Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-nin “Newsweek” nəşrində dərc olunmuş məqaləsində COP29 öncəsi Azərbaycanın iqlim böhranı ilə yanaşı, regional sülhə nail olmaq istiqamətindəki səyləri və Ermənistanla ikitərəfli razılaşmaların əhəmiyyətinə diqqət çəkib.

AzFakt.com xəbər verir ki, Prezidentin köməkçisinin yeni məqaləsi, Azərbaycanın COP29 sammiti öncəsi beynəlxalq ictimaiyyətə mühüm çağırışlarla çıxışını əhatə edir.
Hikmət Hacıyev bu sammitin təkcə iqlim məsələləri ilə məhdudlaşmadığını, eyni zamanda sülh və təhlükəsizlik məsələlərinin də bu toplantıda əhəmiyyətli rol oynadığını vurğulayıb.
O, yazısında Azərbaycanın “COP atəşkəsi” təklifi ilə çıxış etdiyini qeyd edib. Bu təklif, qədim atəşkəs ənənəsinə – Olimpiya atəşkəsinə istinad edərək, iqlim böhranının həlli üçün aparılan danışıqlar zamanı silahlı münaqişələrin dayandırılmasına çağırıb. Hikmət Hacıyev bu ideyanın bəziləri tərəfindən çətin görülə biləcəyini qəbul etsə də, Azərbaycanın BMT çərçivəsində belə bir təşəbbüslə çıxış etməsinin önəmini vurğulayıb.
PA-nın şöbə müdiri Ermənistanla ikitərəfli sülh danışıqlarının COP29-a ev sahibliyi hüququnun əldə edilməsində əsas rol oynadığına diqqət çəkib. Ermənistanla Azərbaycan arasında tarixi razılaşmaların əldə olunması, o cümlədən əsirlərin mübadiləsi və sərhəd delimitasiyası komissiyalarının fəaliyyətini qeyd edən Hacıyev bu prosesin sülhə doğru irəliləməsi üçün vacib addım olduğunu bildirib.
Ancaq o, Ermənistan Konstitusiyasında olan Qarabağ iddiasının və Qərb dövlətlərinin Ermənistanı silahlandırmasının bu sülh prosesinə mane olduğunu da qeyd edib. Məqalədə Azərbaycanın COP29 zamanı təkcə iqlim problemlərinə deyil, eyni zamanda regiondakı sabitliyin təmin olunmasına da diqqət yetirəcəyi nəql edilib.
Hikmət Hacıyev Azərbaycanın bu sammitdə qlobal iqlim razılaşmasının əldə olunmasına töhfə verməkdə qətiyyətli olduğunu bildirərək beynəlxalq ictimaiyyəti bu mühüm müzakirələr zamanı həmrəylik göstərməyə çağırıb.



Xəbərin oxunma sayı : 811




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap