Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

Maşını məscidə çırpan sürücü həbs edildi - 2 nəfər ölmüşdü

Tarix 18.10.24, 13:24

Font ölçüsü : - / +
bitmap-img6


Ötən il dekabrın 29-na keçən gecə saat 02 radələrində “Kia” markalı avtomobilin idarəetməsini itirərək “Heydər” məscidinin divarına çırpan sürücüyə hökm oxunub.

“Qafqazinfo” xəbər verir ki, 1999-cu il təvəllüdü Müslim Saidov Cinayət Məcəlləsinin 263.3-cü (2 və ya daha çox şəxsin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi) maddəsi ilə təqsirli bilinib.

Məlum olub ki, Müslim avtomobili təyin edilmiş həddən sürətli idarə edib. Nəticədə maşın sürüşkən yolda idarəetmədən çıxaraq məscidin divarına çırpılıb. Avtomobildə olan sərnişinlərdən Ədalət Hətəmov hadisə yerində ölüb. Digər sərnişin Nihat Mehdizadə isə 1 ay sonra xəstəxanada vəfat edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr tarixli hökmü ilə Müslim Saidova 5 il 6 ay həbs cəzası verilib. İbtidai və məhkəmə istintaqı dövründə polisin nəzarəti altında olan sürücü məhkəmə zalındaca həbs edilib. Onun sürücülük hüququ əlavə olaraq 2 il müddətə məhdudlaşdırılıb.



Xəbərin oxunma sayı : 355




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap