Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

“Azərbaycanla bu məsələlərdə bir dövlət kimi çıxış edirik” - Hakan Fidan

Tarix 18.10.24, 8:44

Font ölçüsü : - / +
bitmap-img6


“İstanbulda Azərbaycan, Rusiya, İran və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək”.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Haber Global”a müsahibəsində deyib.

O, qeyd edib ki, toplantıda bir sıra regional məsələlər müzakirə olunacaq. Fidanın sözlərinə görə, toplantıya Gürcüstan da dəvət olunub:

“Amma düşünürəm ki, onlar iştirak edə bilməyəcəklər”, - nazir qeyd edib.

H. Fidan xatırladıb ki, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. 

O, iki ölkənin bir sıra məsələlərdə hətta bir dövlət kimi çıxış etdiyini vurğulayıb: “İki dövlət bəzi məsələlərdə bir dövlət kimi çıxış edir”.

XİN başçısı deyib ki, iqtisadiyyat, xarici siyasət, strateji məsələlərdə və digər sahələrdə əməkdaşlıq çox sıxdır.

Nazir qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sülh regiona böyük fayda gətirəcək.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bununla bağlı mövqeyi məlumdur”, - H. Fidan deyib.





Xəbərin oxunma sayı : 127




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap