Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

“Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün çox iş görülüb“ - Lukaşenko

Tarix 09.10.24, 20:46

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması məsələsi ilə bağlı çox iş görülüb.

“Report” BELTA-ya istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Kremldə Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.

“Siz Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması haqqında çox danışmışınız və bütün bunların normal qəbul olunması onu deməyə əsas verir ki, buna qədər artıq çox iş görülüb”, - A.Lukaşenko MDB dövlət başçılarının Moskvada oktyabrın 8-də keçirilən sammitinin yekunları ilə bağlı bildirib.

Belarus Prezidenti həmçinin qeyd edib ki, sammitdə qlobal gündəliyin müzakirəsi zamanı həmkarlarla fikir ayrılığının olmaması sevindiricidir.

“Dünən və ondan əvvəlki gün qlobal məsələləri müzakirə etmək imkanımız oldu. Məni və əminəm ki, sizi də sevindirən o oldu ki, aramızda beynəlxalq gündəmlə bağlı heç bir fikir ayrılığı olmadı. Həm daxili məsələləri müzakirə etdik, həm də heç bir eyham vurmadan səmimi söhbət apardıq”, - o qeyd edib.



Xəbərin oxunma sayı : 874




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap