Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

Bakıda avtobuslar üçün əks istiqamətdə hərəkət təşkil olunacaq - VİDEO

Tarix 18.10.24, 13:54

Font ölçüsü : - / +
bitmap-img6


“Metronun “28 May” stansiyasının yaxınlığında HUB hazır olduqdan sonra Azadlıq prospektində hərəkət yenidən təşkil olunacaq”.

AzFakt.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı regional idarəsinin müdiri Tərlan Səfərov yeni layihələrlə bağlı ictimai dinləmədə deyib.

O bildirib ki, agentlik tərəfindən Azadlıq prospektinin Füzuli küçəsi ilə Şəmsi Bədəlbəyli küçəsinin kəsişməsi arasında olan hissəsində hərəkətin təşkilinə dair təklif layihəsi hazırlanıb: “Bu çərçivədə Şəmsi Bədəlbəyli küçəsində mövcud hərəkət zolaqlarının ölçülərini standartlara uyğunlaşdırmaqla Elman Babaxanov (Süleyman Rüstəm) küçəsi ilə kəsişmədən Azadlıq prospektinədək hissədə, sol tərəfdə xüsusi hərəkət zolağının təşkili nəzərdə tutulur. Bundan başqa, Azadlıq prospektinin Füzuli küçəsi ilə Şəmsi Bədəlbəyli küçələrinin kəsişməsi arasında olan hissəsində mövcud hərəkət istiqamətinə əks istiqamətdə olmaqla xüsusi hərəkət zolaqlarının təşkili də planlaşdırılır”.

T. Səfərov əlavə edib ki, bununla da Şəmsi Bədəlbəyli küçəsində sol tərəfdə xüsusi hərəkət zolağından Azadlıq prospektində əks istiqamətdə təşkil ediləcək xüsusi hərəkət zolağı vasitəsilə HUB-a və Füzuli küçəsinə, eləcə də HUB-dan Füzuli küçəsinə avtobusların birbaşa hərəkəti təmin ediləcək: “Şəhərdə mobilliyin transformasiyası proqramında əsas prinsiplərdən biri nəqliyyatın və piyadaların hərəkət təhlükəsizliyinin təmin edilməsidir. Bu məqsədlə Azadlıq prospektinin Füzuli və Şəmsi Bədəlbəyli küçələri ilə kəsişməsində hərəkət işıqfor vasitəsilə nizamlanacaq.

Eyni zamanda, Azadlıq prospekti və Şəmsi Bədəlbəyli küçəsindəki mövcud mikromobillik zolaqlarının “28 May” metrostansiyası ətrafında yaradılacaq HUB daxilindəki mikromobillik yolları ilə əlaqələndirilməsi və mikromobillik vasitələri üçün yeni parklanma yerləri təşkil ediləcək”.

Qeyd edək ki, təklif olunan simulyasiya da edilib. Həmin videonu təqdim edirik:






Xəbərin oxunma sayı : 193




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap