Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

“Fransanın bölgəmizdə destruktiv fəaliyyətinə son qoyulmasını bir daha tələb edirik“ - Rəsmi Bakı

Tarix 18.10.24, 23:04

Font ölçüsü : - / +
bitmap-img6


Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baronun France Inter kanalına müsahibəsi zamanı, “Azərbaycanın Ermənistana münasinətdə beynəlxalq hüququ pozduğunu” bildirməsi bu ölkənin Azərbaycana qarşı növbəti əsassız və qərəzli münasibətin, beynəlxalq hüquqa dayaz və səthi yanaşmanın göstəricisidir.

AzFakt.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadənin Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baronun Azərbaycan əleyhinə səsləndirdiyi fikirlərə dair şərhində bildirilib.
Azərbaycan bütün addımlarında beynəlxalq hüququ və ədaləti əsas götürüb. Ölkəmizin beynəlxalq hüquqa zidd davrandığını iddia etmək absurddur və Fransanın bunun əksini sübut edəcək heç bir dəlili yoxdur.
Maraqlıdır ki, özünü beynəxalq hüququn təbliğatçısı və ədalətin təminatçısı kimi təqdim edən Fransa heç zaman Azərbaycana münasibətdə beynəlxalq hüququn bütün norma və prinsiplərini kobud şəkildə pozulmasını tənqid etməyib.
Bir milyona yaxın azərbaycanlını öz doğma yurd-yuvasından didərgin salmıış, kütləvi qırğınlar və insanlığa qarşı cinayətlər törətmiş, Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya edilmiş yüz minlərlə azərbaycanılının qayıdış hüququnu heçə sayan Ermənistanı qurban kimi təqdim etmək yanlış siyasətdən xəbər verir. 
Dünyanın bir çox yerlərinə münasibətdə xarici siyasəti iflasa uğramış Fransanın bölgəmizdə destruktiv fəaliyyətinə son qoyulmasını bir daha tələb edirik.



Xəbərin oxunma sayı : 325




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap