“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Evrohome“ bazarında sahibkarlara qarşı ayrı-seçkilik - ŞOK DETALLAR

Tarix 10.09.25, 16:49

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda Ekologiya postu ilə üzbəüz yerdə fəaliyyət göstərən "Evrohome" tikinti bazarında rəhbərlik tərəfindən sahibkarlara qarşı ayrı-seçkilik edilir. 
 
Bu barədə AzFakt.com-un əldə etdiyi məlumatda deyilir.
 
"Bazarda çalışan "arendatorlar" demək olar ki, hamısı müflis olub. Buna səbəb isə bazara heş bir müştərinin gəlməməsidir. Bazar rəhbərliyi aylıq kirayə haqqını son bir ildə bir neçə dəfə qaldırıb. Bundan başqa hər ay bizdən kommunal adı altında pul toplanılır. Hər bir mağaza sahibi hər ay Evrohome bazarına zibil və işıq pulu ödəyir, Bu ödənişlərin əvəzində bizə heç bir qəbz verilmir. Mağazanın kirayə haqqı bir gün gecikəndə isə həmin mağaza rəhbərlik tərəfindən baağlanılır.".
 
Sahibkarlar bazarda yaxşı mağazaların "Evrohome" bazarının rəhbərliyi tərəfindən bölüşdürüldüyündən də şikayətçidirlər.
 
"Evrohome" bazarında bizə kölə kimi baxırlar. Bizim heç bir hüququmuz burada qorunmur. Bazarın ən gözəgəlimli, yol qırağında olan tükanları bazar rəhbərliyinin qohum-əqrabalarına, dostlarına aiddir. Məsələn, burada ən yaxşı mağazalar bazarın sahibi Azay Möhnətovun qardaşı oğlu Yalçına aiddir. Digər bir neçə yaxşı mağaza isə Azay müəllimin Sarvan adlı bacısı oğluna aiddir. 250-yə qədər mağazanın fəaliyyət gödtərdiyi bazarda yeganə market isə bazarın icraçı direktoru tərəfindən dostuna "peşkəş" edilib.Əslində isə onların şərik olduğu barədə söz-söhbətlər gəzir".
 
Sahibkarlar qarşılaşdıqları problem barədə bir dəfə də olsun Azay Möhnətovun onları dinləmədiklərini də deyirlər. 
 
AzFakt.com məsələ ilə bağlı "Evrohome" tikinti bazarının rəhbərliyinin mövqeyini dərc etməyə hazırdır. 



Xəbərin oxunma sayı : 796




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap