“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Türkiyə dönərə “qadağa” qoydu - Azərbaycanda vəziyyət necədir?

Tarix 20.09.26, 18:49

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyədə dönərlə bağlı yeni tələblər qüvvəyə minib.

Musavat.com xəbər verir ki, Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin yeni tələbləri dönər də daxil olmaqla bir sıra ət məhsullarının tərkibinə dair normaları sərtləşdirib.

Yeni qaydalara əsasən, dönərin tərkibində ümumi yağın miqdarı 25 faizdən, duz isə 2 faizdən çox ola bilməz. Məhsulda ət zülalının miqdarı ən azı 12 faiz olmalıdır. Dönərin hazırlanmasında qoz-fındıq, pendir, zülal tozları və zülal hidrolizatlarından istifadə qadağan edilib. Yalnız süd, qatıq və yumurta zülallarına istisna olaraq icazə verilir. Nişasta və soya məhsulları kimi doldurucular da qadağan edilir. Ədviyyatlardan gələn nişasta və bitki zülalının payı isə 1 faizdən çox ola bilməz.

Quş ətindən hazırlanan dönərlə bağlı da ayrıca norma müəyyənləşdirilib. Belə məhsullarda yağın miqdarı maksimum 15 faiz, duz 2 faiz olmalı, ət zülalının səviyyəsi isə ən azı 14 faiz təşkil etməlidir. Yeni tələblər yalnız məhsulun tərkibi ilə məhdudlaşmır. Etiketləmə ilə bağlı da dəyişiklik edilib. Belə ki, məhsulun hazırlanmasında istifadə olunan heyvan mənşəli yağın mənbəyi etiketdə göstərilməlidir.

İstehsalçıların yeni normalara uyğunlaşması üçün onlara 31 mart 2027-ci ilədək keçid müddəti verilib. Yəni söhbət dönərin tamamilə qadağan edilməsindən deyil, onun istehsal və tərkib standartlarının sərtləşdirilməsindən gedir.

Türkiyədəki bu dəyişiklik Azərbaycanda da dönərlə bağlı tələblərin gündəmə gəlməsinə səbəb olub. Ancaq maraqlı məqam ondan ibarətdir ki, Azərbaycanda dönərin hazırlanması və dövriyyəsi ilə bağlı ayrıca normativ baza artıq mövcuddur. Belə ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 17 oktyabr 2024-cü il tarixli 49 nömrəli qərarı ilə "Dönər emalına və dövriyyəsinə dair sanitariya norma və qaydaları" təsdiq edilib. Sənəd Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınaraq Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.

Qaydaların əsas məqsədi dönərin hazırlanması və satışında qida təhlükəsizliyi, gigiyena, minimum keyfiyyət, temperatur rejimi və termiki emal tələblərini müəyyənləşdirməkdir.

Sənədə əsasən, dönərin emalı və dövriyyəsi yalnız müəyyən edilmiş tələblərə əməl edildiyi halda həyata keçirilə bilər. Dönər istehsalı və satışı ilə məşğul olan qida zənciri obyektləri AQTA tərəfindən verilən Qida Təhlükəsizliyi Reyestrindən çıxarışa malik olmalıdır.

Azərbaycan qaydalarında diqqət çəkən əsas tələblər bunlardır:
- Çiy dönərin emalı ayrıca bölmədə, yaxud bunun üçün lazımi avadanlıq və inventarla təchiz edilmiş xüsusi sahədə aparılmalıdır.

- Çiy dönər üçün istifadə edilən ət AQTA tərəfindən qeydiyyata alınmış və ya təsdiqlənmiş kəsim məntəqəsindən və ya ət satışı müəssisəsindən alınmalıdır.

- Ət baytarlıq-sanitariya ekspertizasından keçirildiyini təsdiqləyən sənədlə müşayiət edilməlidir.

- Çiy dönərin hazırlanmasında istifadə olunan avadanlıq və inventar "çiy ət" nişanı ilə markalanmalıdır və həmin avadanlıq müəssisənin digər sahələrində istifadə edilməməlidir.

- Çiy dönərin emalı zamanı temperatur və texnoloji proseslərə dair konkret tələblər müəyyən edilib. Məsələn, bir partiyanın emalı eyni növbə ərzində aparılmalı, ətin temperaturu müəyyən edilmiş hədlər daxilində saxlanmalıdır.

- Təzə və donu açılmış çiy dönər bişirməyə başlanana qədər +1°C-dən +4°C-dək temperaturda saxlanmalı və bu müddət ümumilikdə 8 saatdan çox olmamalıdır.

- Dondurulmuş çiy dönər -18°C-dən yüksək olmayan temperaturda saxlanmalı, onun yararlılıq müddəti 3 aydan çox olmamalıdır.

- Çiy dönərin bişirilməyə başlandığı andan etibarən yararlılıq müddəti ən çox 12 saatdır.

- Satış zamanı bişmiş dönərin temperaturu 65°C-dən aşağı olmamalıdır.

- Hazırlanmış bişmiş dönərin istehlak müddəti isə ən çox 1 saatdır.

- Dönərlə birlikdə istifadə olunan mayonez, ketçup və digər souslar +4°C temperaturda, yəni soyuq rejimdə saxlanmalıdır.

Qaydaların əlavəsində həmçinin çiy dönərin fiziki-kimyəvi göstəriciləri müəyyənləşdirilib.

Sənəd hazırlanarkən beynəlxalq təcrübə, o cümlədən Kodeks Alimentarius və Avropa İttifaqının müvafiq tələbləri nəzərə alınıb.

Beləliklə, Türkiyədə hazırda əsas müzakirə dönərin tərkibində ət, yağ, duz və zülal nisbətlərinin konkretləşdirilməsi üzərində qurulursa, Azərbaycandakı mövcud qaydalar daha çox xammalın mənşəyi, gigiyena, temperatur, saxlanma müddəti, termiki emal və məhsulun təhlükəsizliyi məsələlərini əhatə edir.

eyyub son.PNG (353 KB)


Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Musavat.com-a açıqlamasında Azərbaycanda əsas problemin yalnız yeni qaydaların qəbul edilməsi deyil, onların icrasının təmin olunması olduğunu bildirib.

Onun sözlərinə görə, ölkədə istehlakçıların hüquqlarının müdafiəsinə yönələn bir sıra qanun və standartlar qəbul edilsə də, onların praktiki icrasında ciddi problemlər qalır:

"Ölkəmizdə bir çox məsələlər, yəni istehlakçının xeyrinə olan məsələlər, beynəlxalq qanunlara, qaydalara, müəyyən çərçivə konvensiyalarına uyğun olan məsələlər qanunlaşdırılır, qanunlar qəbul olunur. Lakin onun icrası, necə deyərlər, təəssüf ki, ayaq altına atılır".

E.Hüseynov bu baxımdan tütün məmulatları ilə bağlı qaydaları da nümunə göstərib və dönərlə bağlı vəziyyətin oxşar olduğunu bildirib.

İstehlakçı hüquqları üzrə ekspert dönər istehsalı ilə bağlı Azərbaycanda xüsusi müəssisələrin fəaliyyət göstərdiyini də qeyd edib:

"Dönərləri hazırlayıb şok dondurmadan keçirən, yəni orada olan heyvan xəstəliklərini yox edən, mənfi 40 dərəcə şok dondurmadan keçirən, onu şişə taxıb, skoçlayıb büküb, xüsusiləşmiş avtomobillərdə dönərxanalara gətirən iki müəssisə müəyyən olunub. Lakin görürük ki, heç dönərxanaların 1 faizi də oradan dönər gətirmir".

Eyyub Hüseynovun fikrincə, dönər məhsulunda yalnız ətin mənşəyinə deyil, onun hazırlanmasında istifadə edilən digər komponentlərə də nəzarət gücləndirilməlidir.

"Əlbəttə, dönərlərlə bağlı biz daim zəhərlənmələri müşahidə edirik. Azərbaycanda da belə standartların tətbiq olunması çox vacibdir. Xüsusən bu standartlar içərisində mayonezlərin saxlanma şəraiti, ora vurulan ketçupların saxlanma şəraiti, yararlılıq müddəti və s. əks olunmalıdır", – deyə birlik sədri vurğulayıb.

O bildirib ki, fast-food məhsullarından zəhərlənmələrin azaldılması üçün mövcud standartlar yalnız kağız üzərində qalmamalıdır, onların icrasına real nəzarət edilməlidir:

"Təəssüflər olsun ki, hələ bundan xeyli uzağıq. Yəni hökumətin birtərəfli siyasəti, biznesin inkişafı siyasəti istehlakçı siyasətini çoxdan arxada qoyub. Ona görə də biz zəhərlənmələri müşahidə edirik. Mən rəva görərdim ki, Azərbaycanda da fast-food ailəsindən olan bu dönərlərə bənzər standartlar tətbiq olunsun və yerinə yetirilsin".



Xəbərin oxunma sayı : 124




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap