“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz - Bu halda

Tarix 20.09.26, 20:15

Font ölçüsü : - / +
bitmap-img6


İş yerində bir əməkdaşın olmaması və ya hansısa vəzifənin boş qalması bəzən onun işlərinin digər əməkdaşa həvalə edilməsi ilə nəticələnir. Belə vəziyyətdə isə işçinin qarşısına sadə sual çıxır: öz işimdən əlavə başqa vəzifənin də işini görürəmsə, buna görə ayrıca pul almalıyam?

Əmək Məcəlləsində bu məsələyə dair konkret qaydalar var. Qanun işçinin razılığı olmadan ona əlavə əmək funksiyasının verilməsinə imkan vermir və müəyyən hallarda əlavə ödəniş tələb edir.

Məcəlləyə əsasən, iş yerində olmayan əməkdaşın əmək funksiyasının başqa işçiyə həvalə edilməsinə tərəflərin razılığı ilə yol verilir. Belə halda əməkhaqqının ödənilməsi Əmək Məcəlləsinin 162-ci maddəsində nəzərdə tutulan qaydada həyata keçirilir.

Qanunun 61-ci maddəsinin 2-ci hissəsinə əsasən, işçi eyni vaxtda həm öz vəzifəsinin, həm də əvəz etdiyi vakant vəzifənin funksiyalarını yerinə yetirirsə, ona əlavə əməkhaqqı ödənilməlidir. Bu əlavə ödəniş vakant vəzifə üçün nəzərdə tutulmuş əməkhaqqının ən azı 50 faizi qədər olmalıdır. Məsələn, vakant vəzifənin maaşı 1000 manatdırsa və işçi həmin vəzifənin işini də öz vəzifəsi ilə yanaşı yerinə yetirirsə, ona bu işə görə ən azı 500 manat əlavə ödəniş nəzərdə tutulmalıdır.

Əmək Məcəlləsi vakant vəzifə üzrə əmək funksiyasının işçiyə 3 aydan çox olmayan müddətə həvalə edilməsinə imkan verir. 3 ay başa çatdıqdan sonra isə bir neçə variant mümkündür: işçinin razılığı ilə həmin vəzifəyə keçirilməsi, iki vəzifənin birləşdirilməsi və bununla bağlı yeni əmək müqaviləsinin bağlanması və ya vakant yerə yeni işçinin qəbul edilməsi.

Qanunda başqa bir hal da nəzərdə tutulur. Əgər vakant vəzifənin işi işçinin hazırkı vəzifəsi ilə eyni xarakter daşıyırsa, işçi öz vəzifəsində qalmaqla həmin vakant vəzifəyə də təyin edilə bilər. Bu halda da ona vakant vəzifə üzrə əməkhaqqının ən azı yarısı qədər əlavə ödəniş verilməlidir.

Beləliklə, Əmək Məcəlləsinin 61-ci maddəsi işçinin başqa əmək funksiyasını yerinə yetirməsi zamanı həm onun razılığını, həm də əlavə əməyinə görə əlavə ödənişi nəzərdə tutur.//Banker.az



Xəbərin oxunma sayı : 76




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap