Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Əhməd Əhmədovun istintaqa verdiyi ifadə üzə çıxdı: “Ailəmi öldürdüm, çünki...”

Tarix 01.03.24, 19:20

Font ölçüsü : - / +
bitmap-img6


Ailə üzvlərini qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədovun istintaqa verdiyi ifadə üzə çıxıb.

TV Müsavat xəbər verir ki, Ə.Əhmədov ilkin ifadəsində törətdiyi qətli heç bir tərəddüd etmədən boynuna alıb.

O, törətdiyi qətllərin ardıcıllığını dəqiq təsvir edib və bunu öncədən planlaşdırdığını bildirib.

Qeyd olunub ki, Əhməd Əhmədov ifadə verərkən istintaqçıların suallarını da olduqca aqressiv şəkildə cavablandırıb. “Ailə üzvlərini niyə öldürmüsən?” sualına cavabda isə Ə.Əhmədov “Ailəmi öldürdüm, çünki belə lazım idi” söyləyib.

Bildirilib ki, iki gün əvvəl artıq Ə.Əhmədov Psixiatriya Xəstəxanasına yerləşdirilib. İlkin ekspertiza onun psixi durumu ilə bağlı rəy verə bilməyib. Daha doğrusu, Ə.Əhmədovun bu qətli həyata keçirərkən anlaqlı olub-olmadığı barədə yekun ekspert rəyi verilməyib. Bununla bağlı rəyi xəstəxanada müəyyən edəcəklər.
Ə.Əhmədovun dindirilməsində iştirak edən hüquq-mühafizə orqanı əməkdaşları, təcrübəli hüquqşünaslar qeyd ediblər ki, Ə.Əhmədovun qətli anlaqsız vəziyyətdə törətməsinə şübhələr yaranıb. Belə ki, Ə.Əhmədov affekt vəziyyətdə olsaydı, ardıcıllıqla ailəsinin üzvlərini yox, yolda-izdə gördüyü insanları öldürə bilərdi. Amma o, şüurlu şəkildə ailə üzvlərini öldürüb və anasını evə çağırması, sonra bacısının evinə getməsi onun anlaqlı olduğunu göstərir.

Bu arada hazırda Ə.Əhmədovu qohumlarından heç kim axtarmır. Ona dövlət tərəfindən təyin edilmiş vəkil hüquqi xidmət göstərir. Bundan sonrakı istintaq hərəkətləri zamanı vəkil onu müşayiət edəcək.

İstintaq zamanı Ə.Əhmədov qətllərlə bağlı detallar danışmayıb. Suallara isə lakonik, amma əsəbi cavablar verməklə kifayətlənib. “Balta ilə, bıçaqla vurmuşam” deyərək, əlavə təfərrüat da verməyib. Cinayət alətləri olan bıçaq və baltanı isə atasının yaşadığı evin altındakı mağazadan satın aldığını deyib.



Xəbərin oxunma sayı : 544




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap