“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Çin Amerika neftindən tam imtina edir -Ticarət savaşı qızışır

Tarix 10.04.25, 14:34

Font ölçüsü : - / +
bitmap-img6


Amerika Birləşmiş Ştatları və Çin arasında ticarət savaşının kəskinləşməsi səbəbindən yaxın gələcəkdə Amerikanın Çinə neft tədarükü demək olar ki, sıfıra enəcək. 

Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Çinin ABŞ-dən neft idxalı son illərdə artıb, lakin 2025-ci ildə Tramp administrasiyası tərəfindən tarifləri qaldırdıqdan sonra azalmağa başlayıb.

“Vortexa” konsaltinq şirkətinin analitiki İvan Metyus bildirib ki, Çinin ABŞ-dən xam neft idxalı "mövcud tariflər qorunub saxlanılarsa, yaxın aylarda sıfıra enəcək". ABŞ-dən yanacaq tədarükü Çin üçün həyati əhəmiyyət kəsb etmir və 2025-ci ilin ilk aylarında Çinin ümumi idxalının təxminən 1%-ni təşkil edir. İndi dünyanın iki ən böyük iqtisadiyyatı arasında artan ticarət müharibəsi fonunda bu mənbə də quruyur.

Metyus bildirib ki, Çin Amerika mallarına rüsumları 84%-ə qaldırdıqda, ABŞ xam neftinin dəyəri təxminən iki dəfə artacaq və onun emalı Çin neftayırma zavodları üçün sərfəli olmayacaq. Bu Amerika yanacağının bir hissəsi Asiyadakı digər alıcılara yönəldiləcək. Çin bunu Oman və ya Birləşmiş Ərəb Əmirlikləri kimi Yaxın Şərq ölkələrindən idxal etməklə kompensasiya edə bilər. Pekin Rusiya və İrandan da enerji alışını artıra bilər.



Xəbərin oxunma sayı : 673




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap