“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Türkiyə Prezidenti həbsdəki Öcalanla görüşən heyəti qəbul edib - FOTOLAR

Tarix 10.04.25, 16:05

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  PKK terror təşkilatının həbsdəki "rəhbəri" ilə görüşən DEM Partiyasının heyətini qəbul edib.

AzFakt.com xəbər verir ki, Ərdoğan DEM Partiyasının Van Millət vəkili Pervin Buldan və İstanbul Millət vəkili Sırrı Süreyya Öndəri qəbul edib.

Görüşdə eyni zamanda, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın və AK Partiya sədrinin müavini Efkan Ala iştirak edib.


Bu, Türkiyə dövlət başçısının DEM Partiya rəhbərləri ilə ilk görüşüdür.

DEM Partiyasının rəhbərliyi İmralı adasında  PKK terror təşkilatının həbsdəki "rəhbəri"Abdullah Öcalanla danışıqlar aparıb.

Qeyd edək ki, bir müddət əvvəl PKK terror təşkilatının həbsdəki başçısı Abdullah Öcalan tərəfdarlarına çağırış edib. Öcalanın adından yayılan yazılı müraciətdə “Silahı yerə qoyun!” çağırışı yer alıb.

Xatırladaq ki, terorçubaşı Abdullah Öcalan 26 ildir İmralı həbsxanasında saxlanılır. O, 1999-cu il fevralında Milli Kəşfiyyat Təşkilatının əməliyyatı nəticəsində Keniyada saxlanılıb və Türkiyəyə gətirilib. O, ölüm cəzasına məhkum edilsə də, hökm sonradan ömürlük həbs cəzası ilə əvəzlənib.

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.





Xəbərin oxunma sayı : 712




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap