Xatirə İslamdan dərin sinə dekoltesi - FOTO Roza əməliyyat etdirməyib, təbiidir - Özü deyir (VİDEO) “Keçmişlərini unudublar“ - Afaq Gəncəli “Anasına bax, qızını al“ - Fotolar
Axtar
 
  • / Maqazin / — 25 Noyabr 2021

    Xatirə İslamdan dərin sinə dekoltesi - FOTO

  • / Maqazin / — 19 Noyabr 2021

    Roza əməliyyat etdirməyib, təbiidir - Özü deyir (VİDEO)

  • / Maqazin / — 04 Noyabr 2021

    “Keçmişlərini unudublar“ - Afaq Gəncəli

  • / Maqazin / — 01 Noyabr 2021

    “Anasına bax, qızını al“ - Fotolar

  • / Maqazin / — 24 Oktyabr 2021

    “Onu görəndə utanırdım“ - İlk məhəbbətindən danışdı

  • / Maqazin / — 21 Oktyabr 2021

    Rəqqasə Aygün bədənini belə titrətdi - VİDEO

Çin yumşaq gücdən necə istifadə edir? – Pekin ABŞ-ın illərdir yararlandığı siyasəti tətbiq edir

Tarix 10.09.21, 11:18

Font ölçüsü : - / +
bitmap-img6


Qərb ölkələri Əfqanıstanın gələcək taleyini müzakirə edərkən Rusiya və Çinlə də məsləhətləşmələrə ehtiyac duyurlar. Çünki Vaşinqtonda və Brüsseldə hesab edirlər ki, Rusiya və Çin Talibanla təmasları genişləndirib bu qruplaşmanı Qərbə qarşı aqressivləşdirə bilərlər.

Kremlin Talibanla təmaslarına baxmayaraq, Rusiya hakimiyyəti keçmiş SSRİ-nin səhvini təkrarlamaq istəmir. SSRİ Əfqanıstanda məğlub oldu. Moskva Əfqanıstandakı prosesləri diqqətlə izləyəcək, ancaq proseslərə siyasi və iqtisadi alətlərini işə salmayacaq. Əsas oyunçu Çindir. Qərbi ən çox narahat edən budur. Narahat olan ölkələr arasında Hindistan da var. Çünki Dehlinin Əfqanıstanın sivil hakimiyyətləri ilə əlaqəsi var idi, Talibanı isə təhlükəli qruplaşma kimi qiymətləndirir. Dehlidə şübhələnirlər ki, Pekin Talibandan Hindistana qarşı istifadə edə bilər.

Hindistanda fəaliyyət göstərən araşdırma mərkəzlərindən biri “Çin izlərinin xəritələndirilməsi və Hindistanda təsir əməliyyatları” adlı 76 səhifəli geniş hesabat hazırlayıb. Bu hesabatda Çinin qonşu ölkələrə qarşı tətbiq etdiyi sərt və yumşaq gücdən istifadə metodları araşdırılıb.

Çin Hindistanı dünyanın yoxsul ölkəsi olaraq dəyərləndirir. Buna baxmayaraq, Çinin Hindistanda sərmayəsi mövcuddur. Pekin Hindistanda yumşaq gücündən istifadə edir. Misal üçün Hindistanın – Bollivudun film industriyası dünyada populyardır. Bundan çıxış edən Pekin Bollivudun məşhur artistlərini, rejisorlarını tez-tez Çində keçirirlən film festivallarına dəvət edir. Nəticədə Bollivudda Hindistan-Çin münasibətlərinə dair filmlərə rast gəlmək mümkün deyil. Çin Bollividdakı film şirkətlərinə investisiya yatırıb. Yəni Pekin yumşaq güc vasitəsilə elə edib ki, Bollivud Çin əleyhinə film çəkmir. Heç bir film şirkəti yatırım aldığı ölkənin əleyhinə film çəkməz. Hindistan mediası da Çinlə bağlı ehtiyatlı mövqedən çıxış edir, uyğur və Tibet mövzularından yan keçməyə çalışırlar.

Hesabatda Çinin Şərqi Türküstan siyasəti də araşdırılıb. Hesabatda yazılıb ki, vaxtilə çinlilər Şərqi Türküstana gəldikdə nəzakətli idilər, ancaq hazırda uyğurlar əmək düşərgələrində “tərbiyələndirilirlər”. Yəni Çin bölgəyə əvvəlcə xoş niyyətlə gəldiyini elan edir, ancaq bir müddət keçdikdən sonra sərtləşərək hədəflərinə çatmağa çalışır. Hesabatda vurğulanıb ki, eyni siyasəti Tayvana münasibətdə müşahidə etmək olar. Çin keçmiş illərdə Tavyan məsələsində dialoqa üstünlük verdiyini göstərirdi, hazırda isə adanı Çinə birləşdirmək üçün bölgədə hərbi gücünü artırır. Çin son illər Afkrika ölkələrində fəallaşıb, investisiyalarını artırıb, şirkətləri müxtəlif quruculuq və istehsal sahələrinə cəlb olunublar. Hesabat müəllifləri əmindirlər ki, Çinin Afrikadakı siyasətinin növbəti mərhələsi şərtlərinin sərtləşəcəyi ilə müşahidə olnacaq. Çinin qonşu Monqolustanda da oxşar siyasəti var. Çindən kasıb Monqolustana əvvəlcə investisiyalar yatırıldı, daha sonra şərtlər ağırlaşdırıldı. Çindən Monqolustana köçənlərin sayı artıb.

Hesabat müəllifləri ehtiyat edirlər ki, Pekin bir müddət sonra Hindistana da şərtlərini diqtə etməyə çalışacaq. Hesabatda qeyd olunub ki, Çin öz ətrafında möhkəm divarlar qurur. Məqsəd demokratik ölkə və demokratik seçim sistemi olan Hindistanın Çinə nüfuz etməsinin qarşısı almaqdır.

Çin hakimiyyətinin qorxusu aydındır. Çində insaq haqlarının pozulması siyasəti davam edir, demokratik seçki sistemi və alternativ fikir yoxdur, internet nəzarət altındadır. Ancaq bu o demək deyil ki, Çində dəyişikliklər mümkün deyil. Bunu bilən hakim Kommunist Partiyası mümkün dəyişikliklərinə qarşısını almaq üçün qabaqcadan həm ölkə içində, həm də xaricində “tədbirlər planını” reallaşdırır.

“Atlas” Araşdırmalar Mərkəzi



Xəbərin oxunma sayı : 556

loading...

Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda