Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım
Axtar
 
  • / Maqazin / — 23 İyul 2024

    Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 13 İyul 2024

    “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO

  • / Maqazin / — 11 İyul 2024

    Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO

  • / Maqazin / — 10 İyul 2024

    Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım

  • / Maqazin / — 08 İyul 2024

    Nigar Camal geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 08 İyul 2024

    Əməkdar artist Cıdır düzündə poza verdi - FOTOLAR

“Jetour“, “Haval“ almayın, ziyana düşəcəksiniz!!! - Xəbərdarlıq (VİDEO)

Tarix 26.02.24, 14:43

Font ölçüsü : - / +
bitmap-img6


“Çin avtomobillərindən nə qədər uzaq olsanız, o qədər yaxşıdır. Bu gün ən bahalı blogerlər deyirlər ki, gəlin, alın. “Jetour”, “Haval” belə gəldi... Yuxarı-aşağı, hamısı eyni texnologiya ilə yığılan avtomobillərdir. Almaq hələ tezdir. Ziyana düşəcəksiniz. Sonrakı peşmançılıq fayda verməz”.

AzFakt.com pravda.az-a istinadla xəbər verib ki, bu sözləri tanınmış aparıcı, prodüsser İdris Cəfərov deyib.

O, Çin avtomobilləri ilə bağlı faktları sadalayıb: “Çin avtomobillərinin model cərgəsi çox tez-tez dəyişir. İndi aldığınız avtomobilin 3 ildən sonra kiməsə lazım olub-olmayacağı böyük sual altındadır. Amma 5-6 ildən sonra 100% aldığınız dəyərdən 3-4 dəfə aşağı satacaqsınız. Azərbaycanlı psixologiyasında olan insan itirməyi sevmir. Biz zorla-əziyyətlə pul qazanırıq. ““Audi” alım, 5 il sonra yeni “Mercedes” götürüm” reallığında yaşamırıq deyə insan avtomobilə mülk kimi baxır. ““Prado”m var, uzağı bazara çıxıb, iki saata sataram” mentalı ilə yanaşırıqsa, bilin ki, Çin maşınlarının “ikinci əl” bazarı çox bərbad vəziyyətdədir. Onlar 5 il zəmanət verirlər, sən də düşünürsən ki, 5 il ərzində maşın qırılan deyil. Mühərrikə və digər önəmli hissələrə zəmanət verilir. Bunun müqabilində yağı, filteri və s. hissələri orada dəyişməlisiniz. Kənarda siz bunu 5 manata etdirə bilirsinizsə, Çin avtomobillərinin rəsmi servisinə gedəndə bu rəqəm 15 manat olur. Üstəlik, deyir ki, yağı 5 min kilometr istifadə etdikdən sonra gəlin.

Maraqlıdır, Ukraynada, Rusiyada 10-12 mindən bir yağı dəyişirlər. Bizdə isə 5 mindən sonra servis deyir ki, gəlməsən, zəmanətdən çıxaracağıq. Bununla bərabər, “Haval 6”nın adi hibrid modelinin yağını, filterini dəyişəndə, təxminən, 160-170 manat edir. Ehtiyat hissələri də problemdir, “ikinci əl” yoxdur. Allah eləməsin ki, qəzaya düşəsiniz, maşının ön tərəfi sıradan çıxırsa, təxminən, 45 min manatlıq maşına servisdə yığılması üçün 35 min manat istəyirlər. Təbii ki, o maşın heç “ölüxana”ya da yararlı deyil. “Audi”, “Mercedes”, “BMW”, “Toyota”, “KİA”, “Hyundai” sınaqdan çıxan avtomobil modelləridir. Artıq bilirik ki, bundan nə gözləmək olar, nə yox. Çində daxili bazarda ən çox satılan maşın “BYD”dir. Azərbaycanda o qədər də məşhur maşın deyil. Çində isə nömrə birdir, çünki onlar istehsalın 85%-ni akkumlyatordan təkərə qədər özləri edirlər. Digərləri isə, sadəcə, yığırlar. Avtomobil almadan öncə bunları nəzərə almalısınız. İndi blogerlərə çoxlu pul verirlər ki, reklam olunsunlar. Çin maşınlarını alanda bada getmək təhlükəsi var. Buna görə də əvvəlcədən ölçün-biçin, sizə bu lazımdır, yoxsa yox?”







Xəbərin oxunma sayı : 565




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap