“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Legiya”nın yeni Levandovskisi - Mahir!

Tarix 01.10.21, 20:43

Font ölçüsü : - / +
bitmap-img6


Mahir Emrelinin şərəfini qoruduğu “Legiya” Avropa Liqasının qrup mərhələsinin ikinci turunda “Lester”lə qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb ki, Polşa təmsilçisinin yeganə qolunu matçın 31-ci dəqiqəsində məhz millimizin hücumçusu vurub.

AzFakt.com xəbər verir ki, Mahir Emrelinin 2015/2016 mövsümündə İngiltərə çempionu olan “Lester”ə qol vurması polşalı fanatlar tərəfindən xüsusi rəğbətlə qarşılanıb. 

Hər halda, "Legiya" fanatlarının "Twitter"də Mahirlə bağlı etdiyi paylaşımlar da bunu deyir.

"Qafqazinfo" həmin paylaşımlardan bir neçəsini təqdim edib:

- “Onun üçün fərqi yoxdur, istər Polşa çempionatı olsun, istər ölkə kuboku, istərsə də avrokubok matçı. O, hər zaman bizi sevindirəcək. Padşahımız, Mahir, bizimlə qal, çünki hamımız səni sevirik!”

- “Mahir Emreli ağlasığmaz qollar vurur”. 
- “Təvazökar oğlandır. Avropanın yarısını və İngiltərə klubunu susdurdu”.

- “Mahir Emreli - Azərbaycan qızılı!”

- “Bu futbolçunu bizə gətirdilər, hamı da eyni sözü təkrar edir - ulduz olacaq! “Legiya”nın qol silahını ehtiyat oyunçular skamyasına göndərdi. Mahir Emreli bizə özünü belə tanıtdı”.

- "Mahir Emreli - təvazökar bir azərbaycanlı! “Legiya”da bu gün daha bir testdən uğurla keçdi. Bu, bəxt deyildi, keçmiş İngiltərə çempionunu düzgün və ağıllı taktika ilə məğlub etdilər”.

- “Mahir meydanı tərk edəndə, bütün stadion ayaq üstə onu alqışladı. Polşa çempionun yeni kralı!”
- “Mahir Emreli - “Legiya”nın yeni Levandovskisi!”

- “Dürüst olmaq lazımdırsa, pul umrumda deyil. Mənim üçün keyfiyyət önəmlidir. Mahir Emreli canavardır. “Legiya” onu mövsümün sonunda komandada saxlamalıdır”.

- “Mahir Emreli - “Legiya”nın avrokuboklardakı üzü...”

- “Barmaqlarımı onun üçün çarpaz tuturam. Varşavaya gələrək inkişafı seçdi. İndi milyonlarca alıcı qarşısında məhsul toplayır. İndi Azərbaycandakı coşqunu təsəvvür etmək çətin deyil...”

Rafal Tamkoviak adlı polşalı azarkeş isə paylaşımını Azərbaycan dilində edib:

“Mahir Emreli bir qəhrəmandır. “Legiya”nın ən yaxşısıdır. Azərbaycan dilində ilk tvitim...” (Qafqazinfo)



Xəbərin oxunma sayı : 889




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap