![]() |
|














İlk və son döyüşü Füzuli istiqamətində oldu... - Cəsur döyüşçümüz Anar Məmmədovun ŞƏHİDLİK YOLU + FOTOLAR
Tarix 12.09.21, 10:00 |
|

44 gün davam edən Vətən müharibəsində qəhrəmanlıq nümunələri ilə zəngin olan hər bir hərbi əməliyyatın, o cümlədən, Füzuli uğrunda gedən döyüşlərin dərindən öyrənilməsi və cəmiyyətdə geniş təbliğ olunması vətənpərvərlik ruhunun yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev 2020-ci il oktyabrın 17-də xalqa etdiyi müraciətində bu döyüşlərin tarixi əhəmiyyətini vurğulayaraq, cəsur oğullarımızın göstərdiyi qəhrəmanlıq nümunələrini yüksək qiymətləndirib: “Füzuli uğrunda döyüşlər ağır döyüşlərdi. Vaxt keçəcək, bu döyüşlər haqqında kitablar yazılacaq, əsərlər yazılacaq. Doğrudan da, çox böyük peşəkarlıq, məharət, şücaət, fədakarlıq tələb edən döyüşlərdi. Çünki bu 30 il ərzində düşmən təmas xəttində o qədər möhkəm istehkam qurmuşdur ki, bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil. Ancaq müzəffər Azərbaycan Ordusu bu şərəfli missiyanın öhdəsindən gələ bildi və qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri düşmənin tapdağından azad edildi”.
Vətən müharibəsi zamanı Füzuli uğrunda son damla qanınadək döyüşərək şəhidlik zirvəsinə ucalmış cəsur silahdaşlarımızdan biri də kiçik gizir Məmmədov Anar Zəhəddin oğludur.
Kiçik gizir Anar Məmmədov1992-ci il oktyabrın 25-də Saatlı rayonunun Azadkənd kəndində anadan olub. Zəhəddin Məmmədovun və Qabiliyyət Məmmədovanın böyüdüb tərbiyə etdiyi üç övladın (Səkinə, Anar və Azər) ortancılı idi...
Təhsil aldığı Vüqar Əzimov adına Saatlı rayonu Qıraqlı kənd tam orta məktəbin 9-cu sinfini bitirən Anar Sabirabad rayonundakı Sosial-İqtisad Kollecinə qəbul olunub. 2012-ci ildə kolleci “Dövlət yol polisində inzibati hüquq fəaliyyəti-yol polisi müfəttişliyi” ixtisası üzrə bitirib. Hələ uşaq yaşlarından idmana böyük marağı olduğundan, təhsil aldığı illərdə məşğul olduğu qaydasız döyüş və boks idman növləri üzrə dəfələrlə yüksək nəticələr göstərib, respublika çempionu adını qazanıb. Məhz bu baxımdan Anarın ən böyük arzularından biri də gələcəkdə bu idman növləri üzrə iştirak edəcəyi beynəlxalq yarışlarda parlaq qələbələr qazanaraq, üçrəngli bayrağımızı yüksək zirvələrdə dalğalandırmaq olub.

Müddətli həqiqi hərbi xidmətini 2012-ci ilin iyul ayından 2014-cü ilin yanvar ayınadək Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində keçib. Lakin hərbi xidmətə olan böyük marağı səbəbindən yenidən ordu sıralarına qayıtmaq qərarını verib. Beləliklə, qısa fasilədən sonra, yəni 2014-cü ilin aprel ayından Daxili Qoşunların Lənkəran rayonunda yerləşən “N” saylı hərbi hissəsinin xüsusi vasitələrin tətbiqi dəstəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi yenidən Vətənə olan şərəfli borcunu vicdanla yerinə yetirməyə başlayıb.
2014-cü ilin dekabr ayından xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunda qumbaraatan köməkçisi, atıcı-qumbaraatan köməkçisi vəzifələrində xidmətini davam etdirən Anar 2019-cu ilin dekabr ayından etibarən xüsusi həmlə qrupunda yarımqrup komandiri vəzifəsini şərəflə yerinə yetirib.Yarımqrup komandiri kimi bilik və bacarığı sayəsində hər zaman böyük rəislərin etimadını doğruldub, eləcə də tabeliyində olan şəxsi heyətin hörmətini qazanmaqla, onlara nümunə olmağı bacarıb. Əsl xüsusi təyinatlıya xas olan yüksək döyüş hazırlığı və əzmkarlığı ilə qazandığı “Zoğalı beret”i də hər zaman böyük qürur hissi ilə daşıyıb.
“N” saylı hərbi hissədə “Gürzə” şərti adını daşıyan xüsusi təyinatlı dəstənin komandiri mayor Cavid Tağıyev (Vətən müharibəsi zamanı Şuşa istiqamətində gedən döyüşlərdə yaralanıb) vaxtilə birgə xidmət etdiyi kiçik gizir A.Məmmədovu vətənpərvər, hərbçi peşəsini sevən əsl döyüşçü, eyni zamanda, yoldaşlığa önəm verən sağlam əqidəli bir insan kimi hər zaman xatırlayacağını bildirdi:“Anar hər zaman tələbkar və bacarıqlı yarımqrup komandirlərindən biri olub. Əlbəyaxa döyüş fəndlərini çox yaxşı bilirdi. Vətənə məhəbbət, düşmənə nifrət ruhunda döyüş əməliyyatlarında iştirak etmək onun ən böyük arzusu və xüsusi təyinatlı amalı idi.
Son dərəcə mərd, ədalətli və mərhəmətli olması isə deyərdim ki, Anarın təfəkkür və davranışlarının əsas özəyini təşkil edirdi. Məhz bu xüsusiyyətlərinə görə də kollektivin, o cümlədən,onu yaxından tanıyan hər kəsin dərin hörmət və rəğbətini qazanmışdı”.

17 oktyabr 2020-ci il...Füzuli istiqamətində “Karyer” deyilən ərazidə gedən döyüş Anarın ilk və son döyüşü oldu.Onunla birgə bu döyüşdə iştirak etmiş “Gürzə” xüsusi təyinatlı dəstəsində yarımqrup komandiri, 3-cü dərəcəli “Rəşadət” ordeni, “Şuşanın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmiş baş çavuş Kənan Kərimov cəsur silahdaşının döyüş meydanında göstərdiyi qəhrəmanlıq nümunələri ilə hər zaman qürur duyacağını bildirdi: “Anarla birgə Vətən müharibəsi zamanı qatıldığımız ilk və son döyüş 2020-ci il oktyabrın 17-də Füzuli istiqamətində, “Karyer” deyilən ərazidə olub. Dəstəmizin qarşısına ermənilərin burada yerləşən və “Beton post” deyilən möhkəmləndirilmiş mövqelərini almaq tapşırığı qoyulmuşdu. Müxtəlif cinahlardan düşmən üzərinə hücum etmək üçün dəstəmiz əməliyyat planına uyğun olaraq ayrı-ayrı qruplara bölünmüşdü. Bizim qrup kapitan Taleh Rüstəmlinin rəhbərliyi altında sağ cinahdan düşmən mövqeyi istiqamətində hərəkətə başladı. İrəlilədiyimiz yollar olduqca təhlükəli idi. Belə ki, ərazi açıqlıq olduğundan və ermənilərin müşahidə postları yüksəklikdə yerləşdiyindən, mənfur düşmən hərəkət etdiyimiz yolları uzaq məsafədən minaatan atəşinə məruz qoyurdu. Lakin bütün bunlara baxmayaraq, tərkibində kiçik gizir A.Məmmədovun da olduğu qrupumuzun cəsur xüsusi təyinatlıları – gizirlər Aydın Rzayev, Məmməd Məsimov, baş çavuş Vüsal Xasməmmədov, çavuşlar Zamiq Ağayev, İlkin Abuyev, Elvin Abbasov, Heydər Heydərov və əsgər Fərid Seyfullayev (Şuşa istiqamətində gedən döyüşdə şəhid olub) gözlərini belə qırpmadanirəliləyərək, düşməni məhv edib postu aldılar. Qorxuya düşən və vuruşmağa cəsarəti çatmayan ermənilər xeyli sayda silah-sursatını, eləcə də artilleriya qurğularını postda atıb qaçmışdılar.
Bu uğurlu əməliyyatdan sonra aldığımız növbəti tapşırığa uyğun digər qrupumuzla birləşib yenidən hücumu davam etdirmək üçün hərəkətə başladıq. Artıq axşam düşmüşdü. Qruplar arasında xeyli məsafə vardı. Hərəkətdə olduğumuz vaxt qəfildən erməni silahlılarının pusqusuna düşdük. Şiddətli atışma başladı. Bir müddət vuruşduqdan sonra düşmən gülləsinə tuş gələn cəsur silahdaşımız kiçik gizir Anar Məmmədov qəhrəmancasına şəhid oldu. Digər silahdaşımız çavuş E.Abbasov isə ayağından güllə yarası aldı. Mən Elvini sürüyərək yaxınlıqdakı çökəklik əraziyə gətirdim, elə oradaca ona gizir A.Rzayev tərəfindən ilkin tibbi yardım göstərildi. Bu ərazidə mövqelənib, yenidən düşmənin əlinə keçməməsi üçün azad etdiyimiz postun müdafiəsində dayandıq”.
Şuşayadək döyüş yolu keçən baş çavuş K.Kərimov sonrakı döyüşlərdə şəhid olmuş və yaralanmış silahdaşlarının intiqamının ermənilərdən artıqlaması ilə alınmasının onların ən böyük təsəllisi olduğunu dedi.

Kiçik gizir A.Məmmədov 2020-ci il oktyabrın 18-də Saatlı rayonunun Qıraqlı kənd qəbiristanlığında dəfn olunub.Evli idi.Solmaz adlı bir qız övladı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin15 dekabr 2020-ci il tarixlivə 25 dekabr 2020-ci il tarixli müvafiq sərəncamları ilə kiçik gizirMəmmədov Anar Zəhəddin oğlu (ölümündən sonra) “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Anarın ailə üzvlərinin xatirələri əsasında Azərbaycan Dövlət Televiziyası, eləcə də “ARB” və “Azad Azərbaycan” televiziya kanalları tərəfindən şəhid hərbi qulluqçumuzun gənc nəsilə nümunə olan həyat və döyüş yolu barədə məlumatlar izləyicilərə təqdim edilib.
Onu da qeyd edim ki, Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun diqqət və qayğısı nəticəsində şəhid hərbi qulluqçumuzun qardaşı Azər daxili işlər orqanlarında xidmətə qəbul edilib. Azər Məmmədov hazırda Saatlı Rayon Polis Şöbəsində post-patrul xidməti bölüyünün polis nəfəri vəzifəsindədir.
“Bir Anar itirdim, min Anar qazandım” - deyən hörmətli şəhid atası Zəhəddin Məmmədovun qeyd etdiyi kimi, bu gün də Anartək əldə silah Vətənimizin keşiyində ayıq-sayıq dayanıb xidmət aparan və onun uğrunda canından keçməyə hər zaman hazır olan minlərlə igid silahdaşımız var. Vətən uğrunda canını qurban verən qəhrəman oğullarımızın əziz xatirəsi isə qədirbilən xalqımızın qəlbində əbədi olaraq yaşayacaqdır.
Allah rəhmət eləsin!
mayor Anar Əhmədov
DİN-in Daxili Qoşunlarının “Əsgər” qəzetinin redaktoru
Xəbərin oxunma sayı : 901
Maraqlı
Xəbərlər
-
Bu rayonda 4 900 abonentin qaz təchizatı dayandırılacaq - Xəbərdarlıq
-
Pensiyaçıların kommunal ödənişini dövlət ödəyəcək? - Deputat AÇIQLADI
-
“Dedilər ki, 5 milyon manatı qaytarmalıyam“ - Bulvar idarəsinin həbsdə olan sabiq sədri
-
“Hər ay məndən 20 min alırdı, sintezator çalanla xəyanət etdi“ - VİDEO
-
“Paşa Bank“da kəskin mənfəət azalması - 91 milyon manata düşdü
-
Naxçıvan universitetində RƏZALƏT: Tələbələrə qiymət qarşılığında cinsi əlaqə təklif olunub
-
ABŞ fondları Ukraynanın ən böyük taxıl terminallarından birinə nəzarəti ƏLƏ KEÇİRDİ
-
Bakıda ağır qəzanın görüntüləri yayıldı - VİDEO
-
PKK-nın İraqdakı mağarası aşkar edilib - Yüzlərlə hərbi vasitə tapılıb + VİDEO
-
Mehdiyevlərin bankı insanlara yalan məlumat verir - Fotofakt
-
Hərbi prokurora müavini, Sumqayıta isə hərbi prokuror təyin edilib - Kamran Əliyevdən yeni təyinat
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Elat Kəndli-Fermer Təsərrüfatı“ MMC tullantıları hara axıdıb? - Xidmət tədbir gördü
-
Azərbaycanda iki yeni milli park yaradılır - SƏRƏNCAM
-
Ukraynada hökumət dəyişikliyi - Zelenski yeni baş nazir təyin edir
-
Suşi bu vəziyyətdə hazırlanırmış - Yoxlama
-
Xətaidəki çörək sexinin fəaliyyəti dayandırıldı - VİDEO
-
Məşhur restoran buna görə cərimə edilmişdi - Məhkəmə qərar verdi
-
Rusiyadakı biznesi təhlükə altında olan sabiq məmurlar kimlərdir? - SİYAHI
-
Efirdə müğənnilər qırğına çıxdı - Mikrafonlar söndürüldü - VİDEO
-
Xırdalanda “Little Stars” uşaq bağçasında azyaşlının qolu qırıldı - Rəhbərlik gizlətdi
-
“NATO Moldovanı Rusiya ilə müharibəyə hazırlayır“ - Rusiya xarici kəşfiyyatı
-
Azərbaycan avtobusları Almaniyadan 400, Rusiyadan isə 35 min manata alıb - SİYAHI
-
Torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi ilə bağlı - Yenilik
-
“-ov“, “-yev“ sonluqlu soyadlar bu hallarda dəyişdirilir - RƏSMİ
-
Krımda partlayış hazırlayan 25 yaşlı yerli qadın saxlanılıb - İDDİA
-
Vəhdət Partiyasında toplantı: Adəm İsmayıl Bakuvi tapşırıq verdi
-
Hindistanlı turistlərin Azərbaycana səfəri kəskin artıb - Boykot işə yaramayıb
-
ABŞ yardımları dayandırdı, ərzaq böhranı başladı - Əfqanlar aclıqla üz-üzə qalıb
-
Milli Məclisin sessiyası başa çatdı: Deputatlar məzuniyyyətə çıxdı
-
“İmtahanlara özümün belə müdaxiləm mümkün deyil“ - Məleykə Abbaszadə
-
Şəxsiyyət vəsiqələri dəyişir - Qanun qəbul olundu
-
Bu media subyektləri cərimələnəcək - 5000 manatadək
-
Ötən həftə 812 yanğın olub, 5 nəfərin meyiti çıxarılıb - FHN
-
Putin Trampa xəbərdarlıq edib: “60 günə hər şeyi alacam”
-
Hərbçilərin pensiyalarının hesablanmasında dəyişiklik edilir? - Nazirlikdən cavab
-
54 yaşlı Aygün Kazımova göz qamaşdırdı - VİDEO
-
“Cahid Şahbazova cinayət işi açılıb“ - VİDEO
-
Bu avtomobillərin kilometrajı geri çəkilir - Aldanmamaq üçün nə etmək olar?
-
Sədrlə qohumlar üz-üzə gəldi - AHİK-də 4 nəfər istefa verdi
-
Kümçülər təhvil verdikləri baramanın pulunu niyə ala bilmirlər? - VİDEO
-
Dr. Vəfa Gündoğan necə estetik əməliyyat icra edir? - FOTO/VİDEO
-
Ukraynaya silah tədarükü rekord həddə çatacaq - Respublikaçı senator
-
Nərimanovdakı “Taxta bazarı”nda yanğın olub - VİDEO
-
DTX əməliyyat keçirdi - Həbs edilən var
-
Fransa müdafiə xərclərini sürətlə artıracaq - Makron
-
Azərbaycanda ətin qiyməti qalxıb - VİDEO
-
Sağlam bildiyimiz qidalar qanı qatılaşdırır - Nə yeyək?
-
“Çelsi“ klublararası dünya çempionatının qalibi oldu - VİDEO
-
Əliyev - Paşinyan görüşünün kadrarxası məqamları - VİDEO
-
Bakı çimərliklərində son durum: Yenə natəmizlik, yenə üfunət... (VİDEO)
-
Polkovnik Voronici Kiyevdə Rusiya agentləri olan azərbaycanlılar öldürüb? - FOTO
-
Əhd etmişdilər, Bakıdan Laçına piyada getdilər - VİDEO
-
Vətəndaş idarə etdiyi avtomobilə yazılmış cərimədən narazıdır - VİDEO
-
Salyan rayonunda ağır qəza hadisəsi: 3 nəfər ölüb
-
İnsanlar isti hava səbəbindən çimərliklərə axın edirlər - VİDEO
-
Qardaşı oğlunu öldürməkdə şübhəli bilinən kişi saxlanıldı - Şərurda
-
“Prezidentliyə hazır olmadığımı düşünürdüm” - Putin
-
Bakıda 38, Aran rayonlarında 40 dərəcə isti qeydə alınıb - FAKTİKİ HAVA
-
Xəstəxanada intim görüntüləri yayılan şöbə müdiri ərizə yazdı - Şantaj olunub
-
Rüşvət alanlar tutuldu: Rüşvəti verən bu iş adamları necə olacaq?
-
Azərbaycan-Ermənistan sülh danışıqlarını yaxından izləyirik - Ərdoğan
-
Köməksiz qalan azyaşlı xilas edildi - VİDEO
-
Müdafiə Nazirliyi həftəlik icmalını yaydı - VİDEO
-
İsmayıllıda itkin düşən 40 yaşlı qadın sosial şəbəkə vasitəsilə tapıldı - FOTO
-
Suriya və İsrail rəsmiləri Bakıda görüşüb - “Al Arabiya”
-
“Rusiyanı şərtsiz dəstəkləməyə davam edəcəyik” - Kim Çen In
-
34 mindən çox abituriyent imtahan verdi - 5 nəfərdə mobil telefon aşkarlanıb
-
“Avropanın ölkəmizə “demokratiya dərs”i keçməsi qəbulolunmazdır“ - “Gürcü Arzusu”
-
Polis istirahət zonalarında fasiləsiz xidmət aparır - FOTOLAR
-
Bakıda 40 dərəcə isti olacaq, dağlıq ərazilərə yağış yağacaq - Sabahın havası
-
Azərbaycana gələn turistlər niyə hotellərə deyil, kənd evlərinə üz tutur? - VİDEO
-
“Yolunu azmış” oğul Kral ailəsinə qayıdır? - Londonda gizli görüş
-
Dizel və 92 oktanlı benzin bahalaşacaq? - Açıqlama
-
Bakıda yol-nəqliyyat hadisəsi oldu - Tıxac yarandı
-
Saray qəsəbəsində sexdə yanğın olub - VİDEO
-
Azərbaycanda uşaqlar arasında yeni virus yayılıb - XƏBƏRDARLIQ
-
“Bir gecədə 36 Ukrayna PUA-sını məhv etmişik” - Rusiya MN
-
“Prezident olmaq çox təhlükəli işdir” - Tramp
-
Azərbaycanlılar ən çox bu ölkəyə gedir - Səbəb nədir?
-
İran İsrailə qarşı nüvə silahından istifadə etməyə hazırdır - Netanyahu
-
Qaynı qızını xəstə oğlu üçün oğurladı, polis yolda yaxaladı - İmişlidəki cinayətin TƏFƏRRÜATI
-
Bu ərazilərdə 5 gün qaz olmayacaq - XƏBƏRDARLIQ
-
Manatın sabitliyinin gücü və riskləri: Sabit, yoxsa üzən məzənnə?
-
Avtobuslar niyə yolun ortasında dayanır? - VİDEO
-
Prezident İlham Əliyev Ərdoğana zəng edib - Nələr müzakirə olunub?
-
Azərbaycan klublarının yay transferləri: Kim gəlir, kim gedir?
-
Xanımı Ərdoğanın çlxışı zamanı ağladı - VİDEO
-
Bakı Suriya və İsrail danışıqlarına ev sahibliyi edəcək - KİV
-
Fitnes məşqçilərinin təqdim etdiyi qidalanma proqramları niyə bahadır? - VİDEO
-
Ölkədə 1,5 milyon sahibkar var - Ən çox biznesmen hansı rayonlardadır?
-
Azərbaycanlılar Türkiyədə kütləvi şəkildə mənzil alırlar: Onları ora nə çəkib aparır?
-
Xurmanı Almaniyadan 17 manata, Çindən 2 manata alırıq - QİYMƏTLƏR
-
“Putin İranın uranı zənginləşdirməsinə tam qadağanı dəstəkləyir“ - KİV
-
“Epidbiomed” MMC-yə 138 min manatlıq sifariş - Təsisçisi qanunsuz dərman dövriyyəsinə görə həbs edilmişdi
-
Yeni qida normaları kimlərə şamil ediləcək? - DEPUTAT AÇIQLADI
-
Abşeron İcra Hakimiyyətinin həbs olunan əməkdaşı: “Zəng edib dedi ki, 30 min manat istə“
-
“Sputnik Azərbaycan“ Rusiya FTX-nin filialından başqa bir şey deyildi - Mətbuat Şurası
-
İlham Əliyevin Suriya Prezidenti ilə geniş tərkibdə görüşü oldu - FOTOLAR
-
Çay evində zarafat faciə ilə nəticələndi - Göyçaydakı cinayətin TƏFƏRRÜATI
-
SOCAR Suriya Hökuməti ilə Anlaşma Memorandumu imzaladı - FOTO
-
Nazirlikdən hava ilə bağlı əhaliyə - Videomüraciət
-
“Türkiyə Suriyada da terror dəftərinin bağlanacağına inanır“ - Ərdoğan
-
Azərbaycan klublarının dəyəri nə qədərdir? - SİYAHI
-
Suriya Prezidenti Azərbaycandadır - Fotolar
-
Hər 1 manat Yağmurun həyatını xilas edə bilər - Çarəsiz anadan yardımsevər insanlara MÜRACİƏT
-
Xanımı Polad Həşimovun şəhid xəbərini necə almışdı? - FOTOLAR
-
Dövlət Departamentinin 1300 əməkdaşı işdən çıxarıldı - FOTOLAR
-
Ali Məhkəmənin hakimi Nigar Rəsulbəyova təqaüdə göndərildi - FOTO
-
“Evlərimiz təhlükədədir, hər an çökmə baş verə bilər” - VİDEO
-
Koçaryan Simonyana qarşı daha bir iddia qaldırıb - Nədə ittiham edir?
-
Avtomobillərin utilizasiyası sistemində boşluqlar - İşbazlar fürsətdən istifadə edirlər (VİDEO)
-
Bağçalara qəbul başlayır - Proses necə keçiriləcək?
-
Ölkədə nikahsız doğulanların sayı artır - İki baxış
-
Həm arıq saxlayır, həm də ürəyə xeyirdir - Hazırda mövsümüdür
-
Tələbələrin təqaüdündən xəbərsiz tutulan pullar hara gedir? - VİDEO
-
Çoxmərtəbəli binalarda səs izolyasiyasına niyə diqqət edilmir? - VİDEO
-
Tovuz döyüşlərindən 5 il ötür
-
Abortla bağlı yeni qanun qəbul edilə bilər - VİDEO
-
Qərb Ukraynaya silah tədarükünü bərpa edib - Zelenski
TOP 10
ARXİV