| |
|
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
İntim sirlərinə görə ərini öldürdü – Bakıda biznes-ledinin cinayəti
Tarix 28.05.22, 11:54 |
|
Qısa arayış…
2019-cu il iyulun 7-də paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsindəki evlərdən birində Araz Sofiyevin qətlə yetirilməsi, xanımı Rənanın isə yaralanması barədə polisə məlumat daxil olur. Dərhal polis və prokurorluq əməkdaşları hadisə yerinə gələrək əraziyə baxış keçiriblər.
Hadisə zamanı xəsarət alan Rəna Sofiyeva ilkin izahatında göstərib ki, maskada olan 2 nəfər evlərinə basqın edib. Onlar həyat yoldaşını qətlə yetiriblər, özünə isə xəsarət yetirərək, evdən 4850 dollar və mobil telefonları ələ keçiriblər.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə uzun müddət araşdırma aparılsa da, heç kimi məsuliyyətə cəlb etmək mümkün olmayıb. Mərhumun atası hadisədə gəlinindən şübhələnib.
Həmçinin, R. Sofiyeva da prokurorluğa izahatında yalan ifadə verib. Hadisədən 7 ay sonra o, şübhəli qismində saxlanılıb.
Lent.az dəhşətli qətl hadisəsinin istintaq materiallarını əldə edib
İstintaqla müəyyən edilib ki, Araz Sofiyev 2019-cu ilin mart ayında 2003-cü ildən rəsmi nikahda olduğu Rəna Sofiyevanın ailəvi tanışları Mehman Xəlilovla intim münasibətdə olduğunu bilib. Yoldaşının bu barədə valideynlərinə məlumat verib boşanacağını bəyan etməsindən sonra, qadın anası və qardaşlarının yanında rüsvay olmasının qarşısını almaq üçün onu qətlə yetirmək qərarına gəlib.
Bu məqsədlə Rəna 2019-cu il iyulun 7-də saat 23 radələrində Araz evə qayıtdıqdan sonra ona psixotrop maddə verərək halsız vəziyyətə salıb. Əri qonaq otağındakı divanda uzanıb yatandan sonra gecə saat 2:45-də mənzilin giriş qapısını açıb, kənar şəxsi ya şəxsləri içəri buraxıb. Onlarla birlikdə ərinə qarşı müstəsna dərəcədə qəddarlıqla kəsici və küt alətlərlə çoxsaylı zərbələr vurmaqla onu xüsusi amansızlıqla qəsdən öldürüb.
İş üzrə dindirilmiş Rəna Sofiyeva bildirib ki, Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Kənd Təsərrüfatı texnikaları satan “4S” MMC-də aylıq 1350 manat əmək haqqı almaqla marketinq-menecer vəzifəsində işləyib. 2003-cü ildə Araz Sofiyev ilə ailə həyatı qurub, nikahdan bir övladları dünyaya gəlib:
“Ailə qurduqdan sonra Yeni Günəşli qəsəbəsinin “Q” yaşayış massivində yaşayırdıq. Araz müxtəlif şirkətlərdə ekspeditor, axırıncı dəfə dondurma zavodunda satış meneceri işləyib, 2017-ci ildən heç yerdə işləməyib. Araz işləmədiyi müddətdə bir neçə dəfə banklardan kreditə pul götürmüşəm. “Hyundai” markalı avtomobilimi 2018-ci ildə 10.000 manata qardaşım Salman Bayramova satdım, pulu dollara dəyişdim. Əvvəl başqa maşın almaq istəyirdim, lakin sonradan fikrimi dəyişib pulu oğlumun təhsili üçün saxladım.
Hadisədən 3 həftə əvvəl Araz məndən çoxdan aldığı qızıl qolbağımı işlədib-işlətmədiyimi soruşdu. İstifadə etmədiyimi söylədikdə Araz qolbağı satmaq istədiyini dedi. Bunun səbəbini soruşduqda o, kimlərəsə borcu olduğunu bildirdi. Dəyəri təxminən 1500 manat olan qolbağı ərimə verdim. Araz da onu satıb, borcunu qaytardı. 2 ay olardı ki, əlavə iş kimi restoranlar üçün dekor gülləri yetişdirib satmağa başlamışdım. Bununla əlaqədar Heydər Əliyev prospekti 115-də yerləşən biznes mərkəzində icarəyə ofis götürmüşdüm. 2019-cu il iyulun 6-sı saat 18 radələrində Araz mənə zəng edərək, ofisin qarşısında olduğunu dedi. Aşağı düşdükdə Arazı, qayınatam Knyazı və qaynım Ayazın maşınla gəldiklərini gördüm. Onlarla birlikdə evimizə getdik. Bir qədər evdə oturub, söhbət edəndən sonra qonaqlar çıxıb getdilər. Saat 21 radələrində kimsə Araza zəng edib, onu futbol oynamağa çağırdı. Buna görə yoldaşım evdən çıxdı və 3 saatdan sonra qayıtdı. Həmin vaxt evdə mən, anam və oğlum olub. Futboldan gələn Araz hamam otağına keçdi. Gecə saat 1 radələrində ərim havaların isti keçməsinə görə kondisioner olan qonaq otağında divanda yatdı. Saat 3 radələrində yuxudan oyandım. Qonaq otağına keçəndə Arazın yavaş səslə tanımadığım 2 nəfərlə nə isə danışdığını eşitdim. Arazın qarşısında oturan şəxs mənə “səs çıxartma, gəl yoldaşının yanında otur” dedi. Ərim də həmin şəxslərə deyib ki, “mənə nə edirsiniz edin, ailəmə toxunmayın”. Arazın solunda əyləşdim. Ərimin tapşırığı ilə 4850 dolları götürüb qonaq otağına qayıtdım. Pulu verən kimi Arazın qarşısında oturan şəxs mənə evdə olan telefonları gətirməyimi tələb etdi. Özümün, anamın və oğlumun telefonlarını gətirib onlara verdim. Telefonları götürən şəxs, pulun qalan hissəsini nə vaxt verəcəyini soruşanda, Araz əsəbiləşərək uca səslə “bundan artıq pulu olmadığını” dedi. Həmin şəxs “sakit olmasını, əks halda ikimizi də öldürəcəyini” bildirəndə, ərim onu söydü. Qapının yanında dayanan və qarşımızda oturan şəxslər hücum edib, yoldaşıma zərbələr vurmağa başladılar. Mane olmaq istədikdə, sol qolumdan yaralandım. Qışqıran kimi onlardan biri üzümə yumruq vurdu. Zərbənin təsirindən huşumu itirdim. Özümə gələndə anamın qışqırdığını, Arazın isə divanda qan içində, oturaq vəziyyətdə olduğunu gördüm. Təcili tibbi yardıma zəng etdik, tibbi briqada məni 3 saylı şəhər Klinik Xəstəxanasına aparıb, orada qoluma sarğı qoydular”.
Rəna Sofiyeva əlavə edib ki, Araz son vaxtlar sakitləşdirici dərman qəbul edirdi. Onun kimlərə nə qədər pul borcu olduğunu bilməyib. Hadisə baş verən gecə saat 1 radələrində yatıb, qapının döyülməsini eşitməyib. Hazırkı iş yerindən əvvəl 2007-ci ildən Mehman Xəlilovun rəhbərliyi ilə proqram təminatı, dizayn işləri ilə məşğul olan şirkətdə çalışıb. Xəlilovla 2014-2016-cı illərdə qeyri-rəsmi ər arvad münasibətində olub, 2019-cu ilin mart ayında bu barədə yoldaşına danışıb. Ərini öldürən şəxslərin üzündə qara rəngli maskalar olub, onlar rus dillində danışıblar.
Zərərçəkmiş şəxsin hüquqi varisi Qinyaz Sofiyev ifadəsində göstərib ki, iyulun 6-da oğlu Arazgildə bir qədər oturduqdan sonra saat 19 radələrində ordan çıxıblar:
“Oğlum aşağı düşüb bizi yola saldı. Onların evində olanda ailələrində hər hansı problemin olduğunu müşahidə etmədim. Ayın 7-si gecə saat 3:50-də Rənanın qardaşı Əli mənə zəng edərək Arazın kiminləsə dalaşdığını dedi. Oğlumun və gəlinimin telefonlarına zəng çatmadı. Arvadım və oğlu Ayazla birlikdə dərhal Yeni Günəşli qəsəbəsinə yollandıq. Evə girəndə dəhlizdə və otaqda qan ləkələrini gördük. Arazın meyiti qonaq otağında, divanın üzərində yarı uzanıqlı vəziyyətdə qana bulaşmış vəziyyətdə idi. Bir qədər sonra Rəna sol qolu sarıqlı vəziyyətdə xəstəxanadan gəldi. Gəlinim qısa olaraq iki nəfərin evlərinə girib Arazı bıçaqla vurduğunu və ona da xəsarət yetirdiyini dedi. Oğlum ailəcanlı, mülayim, haqsızlıqla barışmayan, heç kimlə ədavəti olmayan biri idi. Arazın heç kimə pul borcu olmayıb, olsaydı bu barədə mənim, qardaşlarının və anasının mütləq xəbəri olardı. Axırıncı dəfə onu həyətdən yola salanda da, Araz pula ehtiyacının olmadığını dedi. Araz yaxın günlərdə Gürcüstana maşın almağa getməyi planlaşdırırdı. Oğlumla gəlinimin münasibəti yaxşı olub. Hadisədən sonra oğlum Azərin sözlərindən bildim ki, bir neçə gün əvvəl Araz ona Rənadan boşanmaq istədiyini, yaxın vaxtlarda ailə üzvlərini yığıb, bu barədə bizə məlumat verəcəyini deyibmiş”.
Şahid Sevil Bayramova ifadəsində bildirib ki, gecə saat 3 radələrində dəhlizdə qan izləri, qonaq otağında Arazın divanın üzərində yarı uzanıqlı vəziyyətdə, Rənanın isə onun sol tərəfində huşsuz vəziyyətdə görüb:
“Hər ikisinin öldüyünü zənn edərək qışqırdım. Bloka çıxıb qonşuları köməyə çağırdım. Mənzilə qayıdanda gördüm ki, nəvəm otağın qapısına söykənib, qızım isə artıq yerdə uzanıb və qolundan təzyiqlə qan axır. Kömək üçün yenidən bloka çıxdım və qonşunun qapısını döydüm. Qapını açan qadından ərini çağırmasını xahiş etdim. Qonşumuz Samir İlyasov evimizə keçdi, vəziyyəti görəndən sonra “102” və “103”ə zəng etdi. 20 dəqiqədən sonra həkimlər Rənanın qolunu sarıyıb xəstəxanaya apardılar”.
Şahid Sərdar Sofiyev bildirib ki, iyulun 7-si səhər saat 4 radələrində nənəsinin qışqırıq səsinə oyanıb. Atasını divanda hərəkətsiz və qanlı, anasını isə atasının üstündə yarı uzanıqlı vəziyyətdə görüb:
“Anam nənəmin qışqırıq səsinə sanki oyanıb qışqırmağa başladı. Qulaqcıqlar dəhlizdə, yerdə idi. Sonra öyrəndim ki, atamı öldürənlər evdəki mobil telefonları götürüb aparıblar”.
Şahid qeyd edib ki, atası tam sağlam olub, hər gün idmanla məşğul olub və dərman qəbul etməyib. Ölümündən əvvəlki günlərdə onda halsızlıq əlaməti hiss olunmayıb.
Şahid Fatma Sofiyeva ifadəsində göstərib ki, oğlu Arazın gəlini Rəna ilə münasibəti həmişə yaxşı olub:
“2019-cu ilin yanvar ayından baş ağrılarından şikayətləndiyinə görə oğlumu müayinələrdən keçirdim və həkim ona müxtəlif dərmanlar yazdı. İyunun 28-də Araz atasının verdiyi avtomobillə məni Yasamal rayonuna apararkən, yolda Rənadan boşanmaq istədiyini dedi. Səbəbini soruşanda oğlum “sən bilməyən şeylər çoxdu, mən də hamısını sənə deyə bilmirəm” söylədi.
Dəfələrlə xahiş etməyimə baxmayaraq, Araz heç nə demədi”.
Şahid Mehman Xəlilov bildirib ki, dizayn, veb saytların hazırlanması ilə məşğul olan MMC-nin direktoru olub. 2015-ci ildən şirkət Ə.Rəcəbli küçəsində yerləşən binanın 2-ci mərtəbəsində fəaliyyət göstərib:
“2007-ci ildə Rəna Sofiyevanı menecer kimi işə qəbul etdim. 2014-cü ildən 2016-cı ilə qədər aramızda sevgi və intim münasibət yarandı. Amma sonra münasibətimizi yalnız işgüzar şəkildə davam etdirmək qərarına gəldik. “Opel” markalı avtomobilimi Araza pulunu hissə-hissə ödəmək şərti ilə satdım, həmin vaxtdan münasibətlərimiz dostluğa çevrildi. Ailəvi olaraq evlərinə gediş-gəlişimiz var idi. 2019-cu ilin fevralında Araz borc sahibinin onu sıxdığını söyləyərək, məndən 5-10 min manat pul istədi. Araza pul vermədim, o da məndən incidi. Rəna mənə evin bütün yükünün üzərində olduğunu, Arazın işləmədiyini bildirib pula ehtiyacı olduğunu deyəndə, ondan “niyə boşanmadığını?” soruşdum. Rəna bu sözümü ərinə çatdırdığı üçün, Araz mənimlə mübahisə etdi. Bundan sonra Rəna işdən çıxdı. Həmin vaxtdan da Arazı görmədim. İyulun 7-də Arazla ortaq dostumuz olan Rəfail zəng edib, səbəbini söyləmədən məni 33-cü Polis Bölməsinə çağırdı. Yolda olarkən dostum İlham Kazımov mənə zəng edib “Araza nəsə olub, hamı facebokda şəklinin altında “Allah rəhmət etsin” yazır dedi. Bölmədən Suraxanı rayon prokurorluğuna gələndə öyrəndim ki, Araz qətlə yetirilib. Rəna Sofiyevanın istintaq tərəfindən tutulmasını kütləvi informasiya vasitələrindən öyrəndim”.
Bakı İstintaq Təcridxanasında saxlanılan zaman Rəna Sofiyevanın ətrafında əməliyyat tədbirləri keçirilib. Nəticədə məlum olub ki, anası evdə şkafın arxasında gizlədilmiş noutbukun hələ də polis əməkdaşları tərəfindən tapılmadığını bildirib. Rənanın anasına təmkinli olmağı və noutbukun yerini dəyişdirməyi tapşırdığı üzə çıxıb. Qeyd olunan məlumat 2020-ci il fevralın 22-də Suraxanı rayon Polis İdarəsinə təqdim edilib. Rəna Sofiyeva məsuliyyətdən yayınmaq məqsədi ilə guya səhhətində psixoloji problemlərin olduğunu göstərməyə çalışıb. Araz Sofiyev onun Mehman Xəlilovla intim münasibətdə olmasından xəbər tutduqdan sonra, mütəmadi evdə qalmaqal salıb. Yaranmış xoşagəlməz vəziyyətə və xəyanət etməsi ilə bağlı yayılan söhbətlərə son qoymaq məqsədi ilə qətlin Rəna Sofiyeva və ya onun təhriki ilə digər şəxslər tərəfindən törədildiyi istisna edilmir.
Həmin noutbuk istintaq orqanı tərəfindən ələ keçirilsə də, içərisindəki məlumatları əldə etmək mümkün olmayıb. Bununla əlaqədar Rəna Sofiyeva, kompüteri xüsusi proqramla bağladığını, işi ilə bağlı olduğu üçün parolu heç kimə verməyəcəyini bildirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəna Sofiyeva cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Xəbərin oxunma sayı : 949
Kriminal
Xəbərlər
-
DÇ-2026: 1/8 finalın bütün cütləri və oyun vaxtları - TƏQVİM
-
Müdafiə Nazirliyindən çağırış - Hərbçilərə telefonla neqativ xəbər ötürməyin
-
Yasamalda partlayış - Ölən və yaralananlar var
-
Enerji içkilərinin gizli təhlükələri: Dişlərdən ürəyə qədər risklər
-
Astronomlar xəbərdarlıq edir: Səma artıq əvvəlki kimi qaranlıq olmayacaq
-
İlham Əliyev Donald Trampı təbrik etdi - MƏTN
-
Selin dağıtdığı körpü kəndləri çətin vəziyyətdə qoyub - VİDEO
-
Mark Zukerberq süni intellektə yatırımları artırır - “Reuters“
-
Rusiya Sumı şəhərini bombalayıb - Ölənlər var
-
Azərbaycanda ucuz qiymətə idxal ət satılır? - VİDEO
-
Sığorta ödənişi ilə bağlı yenilik - VİDEO
-
Biləcəridə avtobus dayanacağı zəbt olunub - VİDEO
-
Argentina və Kolumbiya 1/8 finalda - İCMAL
-
Leysan yağacaq, dolu düşəcək - Xəbərdarlıq
-
“Qarabağ“ daha bir transferi açıqladı - VİDEO
-
Həmin şəxs barəsində araşdırma aparılır - Dövlət İmtahan Mərkəzi
-
Dənizdə 2 nəfər batdı - Biri xilas edildi, digərinin meyiti tapıldı
-
Azərbaycandan ən çox hansı ölkədən gələn turistlər narazı qalıb? - Siyahı
-
Magistraturada yenə 99 bal topladı: “Bu nəticəni gözləyirdim“
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Almaniya sosial mediaya yaş həddi tətbiqini müzakirə edir - “Deutsche Welle”
-
Türkiyədə hansı peşə sahibləri nə qədər maaş alacaq? - SİYAHI
-
Özəl klinikalarda yoxlama aparılıb - 14 tibb müəssisəsi cərimələnib
-
Azərbaycan nümayəndə heyəti Xamenei ilə vida mərasimində - VİDEO
-
Konqoda Eboladan ölənlərin sayı artdı: Virusa qarşı dərman sınaqlarına başlanıldı
-
Son 10 ildə özəl banklara kredit qoyuluşu necə dəyişib? - CƏDVƏL
-
Azərbaycanda cinayətlə gündəmə gələn qadınlar - SİYAHI
-
“Dayı”ya hökm oxundu - 3 aya azadlığa çıxır
-
İsrail Əraqçi və Qalibafı öldürməsin deyə ABŞ İrana məlumat ötürüb - “The Washington Post”
-
“Nar” Gəncədə tələbələr üçün təlimlər təşkil etdi - Fotolar
-
Sabah 36 dərəcə isti olacaq - PROQNOZ
-
Deputatlar bu tarixdə toplanacaq: hansı qanunlar dəyişir?
-
İtkin şəhidlərimiz dəfn olundu - FOTOLAR
-
Azərbaycanda ən az rast gəlinən 5 yoluxucu xəstəlik - RƏSMİ
-
“Sabah“ transferlərə nə qədər pul xərcləyib? - Britaniya mətbuatı açıqladı
-
Hikmət Hacıyev Ceffri Saks ilə görüşdü - FOTO
-
Prezident “Qaz təchizatı haqqında“ fərman imzaladı - DETALLAR
-
Bakıda marşrut avtobusu ağaca çırpıldı - Çox sayda xəsarət alan var
-
“Azenco”da 3 milyon manatlıq qalmaqal - Keçmiş direktor həbs edildi
-
Tibb Universiteti bu şirkətlə sövdələşdi - 2 845 160 manatlıq alqı-satqı olacaq
-
Qatar bərpa edilidi - Gürcüstana gedənlərin sayı artdı?
-
Nazir bir generalı təqaüdə göndərdi, digərinə vəzifə verdi - FOTO
-
Prezident İlham Əliyev Lukaşenkoya məktub göndərdi - MƏTN
-
Bakıda dövlətə məxsus 25 hektar torpağı satıblar - 11 nəfər ittiham edilir
-
“Nuka“ MTK yaşayış binasını sökür, sakinlər isə narazıdır - VİDEO
-
Səfərbərlik Xidmətinin 75 əməkdaşı cəzalandırılıb - 42-si rəhbər şəxsdir
-
Ləman Ələşrəfqızının pulu qaytarıldı - Dələduz saxlanıldı
-
Xamenei ilə Tehranda vida mərasimi keçirilir - FOTOLAR
-
“Arzum“ ləqəbli tiktoker məhkəmə zalında niyə həbs edildi? - Məhkəmə açıqlama yaydı
-
Hadisə analıq arzusundan danışdı - “Hazıram”
-
Venesuelada zəlzələdə ölənlərin sayı 3 minə çatıb - Fotolar
-
Portuqaliya Xorvatiyanı, İsveçrə Əlcəzairi yendi - VİDEO
-
Silahlılar Mərkəzi Afrikada sərhəd şəhərini ələ keçirdi - 28 ölü
-
500 nömrəli avtobuslarda kondisioner niyə işləmir? - VİDEO
-
Xərçəngə qarşı güclü qoruyucu təsirə malik - Qidalar
-
Bakının dörd rayonunda işıq olmayacaq - Xəbərdarlıq
-
“Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
-
“Argentinaya qalib gəlmək şansımız 100 faizdir“ - Kabo Verde prezidenti
-
“Xarici mənbələrdən səhv tərcümə edilib” - Sertifikasiya suallarına etiraz +Video
-
Suriyada şok təyinat: aktrisa parlamentə düşdü, mühafizəkarlar ayağa qalxdı
-
Avtomobillərin intensiv hərəkət etdiyi yolda piyada keçidi yoxdur - VİDEO
-
Közərmə lampalarının dövriyyədən çıxarılması prosesi davam edir - VİDEO
-
Sabiq idarə rəisi 600 minlik mənimsəmədə ittiham olunur - Cinayət işi açılıb
-
Azərbaycanlı gəncin böyrəyi qanunsuz transplantasiyada istifadə olunub - Hökm elan olundu
-
“Rusiya Kiyevə son hücumuna görə cavabını alacaq“ - Zelenski
-
Son 5 ilin ən böyük avtomobil istehsalçıları - SİYAHI
-
Abşeronda yüzminlərlə manatlıq mənzil mübahisəsi: Evlərini ala bilmirlər (VİDEO)
-
Paşinyan Koçaryandan danışıb - “Hamısı həbs olunacaq“
-
Sabah maqnit qasırğası olacaq - Xəbərdarlıq
-
Milli Məclisdə yeni təyinat - Spikerə köməkçi təyin edildi + FOTO
-
İran-ABŞ danışıqlarının növbəti mərhələsi 18 iyulda keçiriləcək - “Al Hadath”
-
Azərbaycan Ordusunun sülhməramlı bölmələri hansı ölkələrdə fəaliyyət göstərib? - HESABAT
-
“Bank of Baku“nun kredit portfeli 21% artıb, avtokreditlər isə azalıb - Rəqəmlər
-
281 milyon manata yaxın azalma - Azərbaycana gələn turistlərlə bağlı STATİSTİKA
-
Avropanın ABŞ-dan asılılığı azalır, Türkiyənin NATO-dakı rolu artır - “Bloomberg“
-
“Bu şəxslər universitetdən xaric oluna bilərlər” - XƏBƏRDARLIQ
-
Netanyahudan ABŞ-ı sarsıdan qərar: “Amerikanın maliyyə yardımından imtina edirik“
-
Simonyan Paşinyandan ayrıldı - “Mandatı götürməyəcəm, prezidentliyə isə...”
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
5 nəqliyyat vasitəsi 25% endirimlə təkrar hərraca çıxarılır - QİYMƏTLƏR
-
Səhiyyə nazirinin müavinlərinin sayı artırıldı - FƏRMAN
-
Cəlilabad Peşə Təhsil Mərkəzində birmənbə üsulu ilə tender - 72 min manat bu şirkətə verildi
-
“Lazım gələrsə, SEPAH-a 100 milyon barel neft ayırarıq” - Pezeşkian
-
AAYDA-ya məxsus idarələr ləğv olundu - SİYAHI
-
“Toyuq kəsimi sexlərindəki vəziyyət ürəkaçan deyil” - Açıqlama
-
Bəzi dərmanlar satışdan kənarlaşdırıldı - SƏBƏB
-
Sabah bəzi rayonlarda hava qeyri-sabit olacaq: Dolu və şimşək xəbərdarlığı
-
Məktəbəqədər təhsil müəssisələrinə qəbul başlayır - Bu tarixdən
-
Beyləqanda Polis Günü qeyd edildi - FOTOLAR
-
Agentlikdən xəbərdarlıq - Bu marşrutların hərəkəti müvəqqəti dəyişdirilir
-
Xamenei ilə vida mərasiminə bu ölkələrin nümayəndələri qatılacaq - Azərbaycandan isə...
-
ETN məktəblərə internet xətti çəkir: 1.79 milyon xərcləyəcək
-
Gənclərin ən çox və ən az yaşadığı rayonlar - TAM SİYAHI
-
“Müqaviləmi yeniləyəndə gördüm ki, müəllim yerinə metallurq yazılıb“ - VİDEO
-
Xalqa və dövlətə xidmət təntənəsi - VİDEO+FOTOLAR
-
Alyona Əliyeva moda nümayişini izlədi - FOTOLAR
-
Sabah Bakının 4 rayonunun bu ərazilərində su olmayacaq - Xəbərdarlıq
-
Bu şirkət ancaq Elm və Təhsil Nazirliyinin tenderlərini udur - 4 ildə 44 milyon manat...
-
“Arzum 9999“a hökm oxundu - Məhkəmə zalında həbs olundu
-
Xüsusi şərtlərlə pensiya alanların sayı artdı - DSMF-dən yeni statistika
-
Tbilisidə 21 yaşlı Fatimənin dəhşətli qətli - TƏFƏRRÜAT
-
Qazaxıstandan Rusiyaya humanitar yardım - 50 min ton benzin göndəriləcək
-
Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini təbrik etdi - MƏTN
-
Prezident Türkiyənin ədliyyə nazirini qəbul etdi - Fotolar
-
Nəsimi rayonunda minib-düşmə yeri zəbt edilib - VİDEO
-
Azərbaycanda ət bahalaşa bilər... - Heyvan idxalında yeni qaydalar
-
Lyayenin Azərbaycana səfəri başa çatdı - FOTOLAR
-
Sabunçuda yaşayış kompleksinin həyətində yanğın: Avtomobillərə ziyan dəydi - FOTO
-
Belçikadan inanılmaz geridönüş, ABŞ-dan növbəti qələbə - İcmallar
-
Xaricdən idxal edilən toyuq ətinə tələb artıb - VİDEO
-
Azərbaycanda işlənmiş avtomobil ehtiyat hissələri kəskin bahalaşıb - VİDEO
-
Bu gün instaqramda diqqət çəkənlər - FOTOLAR
-
İngiltərə çətin qələbə ilə 1/8 finalda - VİDEO
-
Ağ Ev İran məsələsində Avropa müttəfiqlərindən məyusdur - Rutte
-
“Ləman xanım, xəstəxanadayam, 2-3 saata...“ - İqbal Ağazadənin adı ilə aldadıldı
-
“Ah-uh etməyin!” - Matviyenko rusları yanacaq böhranına dözməyə çağırır
-
Gəncə Regional Kollecinin müəllimləri direktordan şikayətçidirlər - VİDEO
-
İlham Əliyev və Lyayen mətbuata bəyanatlarla çıxış etdilər - FOTOLAR
-
NATO-nun Ankara sammitində Ukraynaya uzunmüddətli dəstək məsələsi müzakirə olunacaq - Rütte
-
Bakıda körpünün dirəklərinin ətrafında asfalt çöküb - VİDEO
TOP 10
ARXİV






