Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

“Putini yaxşı tanıyıram, hərəkətə keçməyin vaxtıdır” - Tramp

Tarix 08.12.24, 14:20

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukraynanın münaqişənin həlli üçün Rusiya ilə saziş bağlamaq istədiyini bildirib.

Yeniavaz.com xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb.
“Əsəd (Suriya Prezidenti Bəşər Əsəd – red.) getdi. O, ölkəsindən qaçıb. Vladimir Putin başda olmaqla, onun himayədarı olan Rusiya daha onu qorumaqda maraqlı deyil. İlk növbədə Rusiyanın orada olması üçün heç bir səbəb yox idi. Ukraynada heç vaxt başlamamalı olan və əbədi davam edə biləcək müharibədə 600 minə yaxın rus əsgərinin ölməsinə görə Suriyaya maraqlarını itirdilər. Rusiya və İran hazırda zəifləmiş vəziyyətdədir, biri Ukraynadakı müharibə və pis iqtisadiyyata görə, digəri İsrail və onun döyüş uğurlarına görə. Eynilə, Zelenski (Ukrayna Prezidenti Volodimir Zelenski – red.) və Ukrayna da razılaşmaq və bu çılğınlığı dayandırmaq istəyirlər. Onlar gülünc şəkildə 400 min əsgər və daha çox mülki vətəndaşı itiriblər. Dərhal atəşkəs əldə olunmalı və danışıqlar başlamalıdır. Həddindən artıq çox insanın həyatı heç bir səbəb olmadan sona çatır, ailələr məhv edilir və bu, davam edərsə, daha böyük və daha pis bir şeyə çevrilə bilər. Mən Vladimiri (Ruisya Prezidenti Vladimir Putin) yaxşı tanıyıram. Hərəkətə keçməyin vaxtıdır. Çin kömək edə bilər. Dünya gözləyir!” – Tramp qeyd edib.a



Xəbərin oxunma sayı : 787




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap