Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

İranda azərbaycanlı fəallar həbs edilir: beynəlxalq təşkilatlara çağırış

Tarix 18.10.21, 16:18

Font ölçüsü : - / +
bitmap-img6


“Biz hüquq müdafiəçiləri olaraq İran İslam Respublikasında azərbaycanlı fəalların həbsləri ilə bağlı beynəlxalq təşkilatlara müraciət etmişik. Beynəlxalq təşkilatlar mütləq bu müraciəti nəzərə almalıdır”.

AzFakt.com xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında hüquq müdafiəçisi Səidə Qocamanlı deyib.
44 gün ərzində davam edən İkinci Qarabağ müharibəsi və Azərbaycanın Ermənistan üzərindəki qələbəsi İranda yaşayan azərbaycanlılar tərəfindən rəğbətlə qarşılanıb.
Azərbaycanın 30 ildən sonra öz torpaqlarını azad etməsinə səs verən 12 nəfər fəal 2020-ci ilin sentyabrın 29-da Azərbaycan Ordusuna dəstək və İranın Ermənistana yardımlarına etiraz olaraq Ərdəbil şəhərinin Ciral parkında aksiya keçirib.
Aksiya zamanı İran təhlükəsizlik qüvvələri tərəfindən döyülərək həbs edilən fəallara 2021-ci il 9 oktyabr tarixində Ərdəbil şəhəri məhkəməsi tərəfindən 180 ay həbs və 888 qamçı cəzası hökmü çıxarılıb.
Bir neçə gün öncə Azərbaycanda fəaliyyət göstərən bir qrup hüquq müdafiəçisi İran İslam Respublikasında fəalların həbsi ilə bağlı BMT-nin İnsan Hüquqları Komitəsinə və “Amnesty İnternational” təşkilatına müraciət etmişdi.
Müraciət edənlər sırasında Səidə Qocamanlı da var.
Səidə Qocamanlı hesab edir ki, İrandakı həbslər beynəlxalq cəmiyyətdə böyük narahatlıq yaradır.
“İranda azərbaycanlıların həbsi ilə bağlı müraciəti kiminsə təzyiqi və sifarişi ilə qəbul etməmişik. İndi sosial şəbəkələrdə bəziləri bizi qınayır ki, niyə indi bu müraciəti ünvanlayırıq? Halbuki biz illərdir ki, İranda soydaşlarımıza qarşı olan qeyri-insani rəftara qarşı öz səsimizi qaldırmışıq”,-deyə Səidə Qocamanlı əlavə edib.
Onun sözlərinə görə, İrandakı azərbaycanlıların həbsinin qınanması Azərbaycandakı hüquq müdafiəçilərinin vicdan işidir.
“Biz bu vicdan səsini çıxardıq və soydaşlarımızın müdafiəsinə qalxdıq. Yəqin ki, beynəlxalq təşkilatlar da müraciətimizi diqqətdən kənarda saxlamayacaq. Artıq “Amnesty İnternational” İrandakı həbslərlə əlaqədar narahatlığını bildirib”, - deyə Səidə Qocamanlı fikrini yekunlaşdırıb.



Xəbərin oxunma sayı : 355




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap