“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

“Real Madrid”dən qovulsam...” - Ançelotti

Tarix 09.11.24, 8:00

Font ölçüsü : - / +
bitmap-img6


“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti karyerasını nə vaxt bitirəcəyini açıqlayıb.

Bu barədə “L’Équipe” məlumat yayıb.

“Futbola 48 il əvvəl başlamışam, ona görə də artıq təqaüdə çıxacağım günü düşünürəm. Məni təqaüdə çıxmağa nə vadar edə bilər? Deyərdim ki, “Real Madrid”dən qovulmaq. Ailəmə gəlincə, həyat yoldaşım davam etməyimi istəyir”, - italiyalı mütəxəssis bildirib.

Daha sonra Ançelotti karyerasının ən böyük səhvini etiraf edib: “Mənim ən böyük səhvim 2014-cü ildə “Real”da daha yüksək maaş tələb etməyim idi. Onlar məni saxlamaq və müqaviləni uzatmaq istədilər, lakin sonra danışıqları dayandırdılar. Mən bundan dərs aldım”.

Qeyd edək ki, “El Klasiko”da “Barselona”dan 4 cavabsız top buraxan Madrid klubu Çempionlar Liqasında “Milan”a 1:3 hesabı ilə məğlub olub. Bu məğlubiyyətlərdən sonra onun klubdan göndərilməsi ilə bağlı şaiyələr yayılıb.

Xatırladaq ki, Ançelottinin məşqçi kimi karyerası1996-cı ildə, “Parma”ya rəhbərlik etdiyi vaxt başlayıb. 2013-2015-ci illərdə “Real Madrid”ə rəhbərlik edən mütəxəssis  2021-ci ildə yenidən “Real”ın “sükanı arxası”na keçib. Onun klubla müqaviləsi 2026-cı ilədək nəzərdə tutulub. Madrid klubundan əvvəl o, “Yuventus”, “Milan”, “Çelsi”, “Bavariya”, “Everton” və PSJ kimi klubları çalışdırıb.

Ançelotti məşqçi kimi karyerasında 5 dəfə Çempionlar Liqasının qalibi olub.

 Bizi Telegramda izləyin



Xəbərin oxunma sayı : 847




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap