Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar Günelin təsbehi türk mediasının gündəmində - FOTO Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

  • / Maqazin / — 21 Oktyabr 2024

    Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO

  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

“Relax” istirahət mərkəzi deputat İqbal Məmmədovdan alındı – VDİEO

Tarix 18.11.19, 12:32

Font ölçüsü : - / +
bitmap-img6


İstirahət mərkəzinin işlədilməsi SOCAR rəhbərliyində vəzifə tutan məmurlardan birinin qohumuna tapşırılıb

Lerik rayonunda fəaliyyət göstərən "Relax" İstirahət və Turizm Mərkəzi deputat İqbal Məmmədovdan alınıb. AzFakt.com-a daxil olan məlumata görə bir neçə gün öncə deputatın yaxın adamlarının iştirakı ilə adı çəkilən istirahət mərkəzində təhvil - təslim işləri həyata keçirilib. Hazırda "Relax" İstirahət və Turizm Mərkəzinə SOCAR rəhbərliyində vəzifə tutan məmurlardan birinin yaxın qohumunun nəzarət etdiyi bildirilir.  

Qeyd edək ki, “"Relax" İstirahət və Turizm Mərkəzi ilə bağlı bu ilin avqust ayında ciddi qalmaqal yaranıb. Belə ki, “Relax” istirahət mərkəzini idarə edən deputat İqbal Məmmədovun oğlu və yaxın qohumları mərkəzi yoxlamağa gələn vergi işçilərini təhqir edərək döyüblər. 
Vergi işçilərinin "Relax" İstirahət və Turizm Mərkəzində döyülməsi videosunun yayılmasından sonra deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı və digər 5 nəfər barəsində Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini ağır nəticələrə səbəb olmaqla aşma) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Vergilər Nazirliyinin "Relax" İstirahət və Turizm Mərkəzində apardığı yoxlama nəticəsində məlum olmuşdu ki, faktiki sahəsi 14 hektardan çox olan və qonaqların qalması üçün 142 nömrədən ibarət istirahət mərkəzində müxtəlif təyinatlı 20 obyektin fəaliyyət göstərməsinə baxmayaraq, 2018-ci ildə cəmi 10 min 726 manat, 2019-cu ilin ötən dövrü ərzində isə 972 manat məbləğində vergi ödənilmişdir.


(Mirhəmid Nərimanlı)








Xəbərin oxunma sayı : 4324




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap