“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Təqsirləndirilən şəxsin qohumu mənə pul təklif edib” – Tovuzda qətlə yetirilən azyaşlının məhkəməsi

Tarix 01.06.21, 17:43

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün, iyunun 1-də Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə 10-yaşlı Nərmin Quliyevanı öldürməkdə ittiham olunan İlkin Süleymanovun məhkəməsi başlayıb.

Vəkilləri İ.Süleymanovun həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatət veriblər. Lakin bu vəsatət da təmin olunmayıb.

Vəkillərin digər vəsatəti şahidlər siyahısına 10 şahidin əlavə olunması ilə bağlı olub. Dövlət ittihamçısı həmin şahidlərdən birinə etiraz edərək məsələni məhkəmənin öhdəliyinə buraxdığını söyləyib. Məhkəmə isə bu vəsatəti baxılmamış saxlayıb.

Zərərçəkmişin hüquqi varisi kimi tanınan Nərmin Quliyevanın atası Şərif Quliyev isə bildirib ki, 2019-cu il noyabrın 21-də məktəbdən gələndən Nərminə əmisigildən gödəkcəsini gətirməyini tapşırıb: "Dedim ki, gözlə bacın məktəbdən qayıtsın, bir yerdə gedərsiniz. Nərmin isə tək getdi".

Atasının sözlərinə görə, bir saat keçib, Nərmin gəlməyib, digər qızını onun dalınca göndərib, həmin qızı gödəkcəni gətirib, amma Nərmini görmədiyini söyləyib: "Elə bildim ki, digər nənəsigildədir".

O deyib ki, axşam saat 7-də qardaşı qızının xeyir işi ilə əlaqədar qonşu kəndə gedib: "Axşam 9-dan sonra qaynanamgilə gəldim, Nərmini axtardıq, amma o tapılmadı. Saat 10-dan sonra 102 Xidmətinə zəng etdim".

Ş.Quliyev məhkəmə ifadəsində təqsirləndirilən şəxsin qohumlarından birinin ona pul təklif etdiyini, amma götürmədiyini söyləyib.

İ.Rüstəmovun qohumlarından buna münasibət almaq, hələlik, mümkün olmayıb. Məhkəmə prosesi iyunun 16-a təxirə salınıb.



Xəbərin oxunma sayı : 949




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap