![]() |
|














“Tik-tok”er qızın qətlində şok detal - Anası qatilə kömək edib?
Tarix 09.12.21, 15:35 |
|

Göyçayda bacısı qızını boğaraq öldürən şəxsin cinayət işi üzrə təfərrüatlar məlum olub. Qətli törədən Vüqar Bədəlova ağır cəza verilib.
AzFakt.com Musavat.com-a istinadən xəbər verir ki, qətl hadisəsi bu ilin may ayında Göyçay rayonu, Bığır kəndində baş verib. Kənd sakini, 18 yaşlı Məmmədova Fatma Murtuz qızı 32 yaşlı dayısı Bədəlov Vüqar Məhəmməd oğlu tərəfindən qətlə yetirilib.
Vüqar Bədəlov qətli namus üstdə törtədiyini deyib. Fatma Məmmədovanın həmçinin “Tik-tok” sosial şəbəkələrində bir çox videogörüntülərinin yayıldığını deyən V.Bədəlov əməlinə haqq qazandırmağa çalışıb.
Qətl hadisəsi törədilən zaman mərhumun anası Gülnarə Məmmədova övladının meyidini görərək komaya düşüb.
Vüqar Bədəlov hər iki şəxsin dəm qazından zəhərlənməsi barədə təcili tibbi yardıma məlumat verib.
Cinayət işi materiallarında göstərilir ki, hadisə günü Vüqar Fatmanı yastıqla boğan zaman anası Gülnarə otağa daxil olub və ona mane olmağa çalışıb. Vüqarın ayağından tutaraq onu çəkməyə çalışsa da, buna nail ola bilməyib. Bundan sonra halı pisləşib və yerə yıxılıb.
Vüqar məhkəmə ifadə verən zaman deyib ki, Fatmanı əxlaqsız həyat tərzi sürdüyü üçün öldürüb.
Özünü qismən təqsirli bilən Vüqar ona qarşı Cinayət Məcəlləsinin xüsusi amansızlıqla və köməksiz vəziyyətdə olan şəxsi öldürməsi maddələri ilə irəli sürülən ittihamları qəbul etməyib.
Bildirib ki, Fatma hadisə vaxtı oyaq olub və onu yatan yerdə öldürməyib və həmin vaxt bacısı Gülnarə otaqda olmayıb. Buna görə də ona qəsdən adam öldürmə maddəsi ilə yüngül cəza təyin edilməlidir.
“Fatma özünü apara bilmirdi. Məni və ailə üzvlərini söyüb təhqir edirdi. Yad oğlanlarla danışırdı. Bütün ailə üzvlərimiz ona dəfələrlə məsləhət verib. Amma hamını söyüşlə təhqir edirdi. Nişanlı olanda başqa bir adamla qaçdı. 4 ay sonra da həmin evdən qaçdı. Atası gedib onu tapdı, amma yenə də düzəlmədi. Bizə qarşı saymazyana davranırdı, deyirdi ki, nə istəsə edəcək. Gecə də bir oğlanla danışırdı. Ona deyirdi ki, səhər gəlib onu aparsın. Bacım otağa girib ona xəbərdarlıq etdi. Amma yenə də saymadı. Mən də bütün kənddə biabır olduğum üçün onu öldürmək qərarına gəldim. Onu yastıqla boğdum. Tam xırıltısı kəsiləndən sonra buraxdım. Əyninə paltar geyindirərək sobanın yanına apardım və evdəkilərə də tapşırdım ki, polisə onun dəm qazından boğulduğunu desinlər”- deyən Vüqar etiraf edib ki, hadisədən sonra bacısının və qızının dəm qazından zəhərlənməsi ilə bağlı yalan məlumat verib.
Vüqar əməlindən peşman olduğunu, 3 uşağının olduğunu və mərhumun hüquqi varisi ilə barışdığını deyərək məhkəmədən yüngül cəza verilməsini xahiş edib.
Məhkəmədə mərhumun anası Gülnarə Məmmədova ifadə verən zaman ilginc bir detal üzə çıxıb. Belə ki, Vüqar ifadəsində Fatmanı boğan zaman anasının da qızının ayaqlarından tutaraq onun müqavimət göstərməsinin qarşısını aldığını deyib. İstintaq zamanı mərhumun anası da bunu təsdiqləyib. Amma sonrakı ifadələrində bunu inkar edib və hadisənin şokunda olduğu üçün belə danışdığını, qətli əvvəlcədən planlaşdırmadıqlarını deyib.
Gülnarə Məmmədova həmçinin qardaşı Vüqarın qızı haqda dediklərini təsdiqləyib. O bildirib ki, qızı onları və dayısını saymayıb, davranışlarına fikir verməyib. Onun sözlərinə görə, qızı həmin gecə başqa şəxslə telefonda danışıb, nalayiq ifadələr işlədib. Dayısının da xəbərdarlığına baxmayaraq öz bildiyini edib.
Gülnarə Məmmədova qızının ayaqlarından tutduğunu etiraf etsə də, bunun səbəbini belə izah edib: “Məqsədim onu dartaraq Vüqarın əlindən almaq olub”.
Məhkəmədə təqsirləndirilən Vüqarın həyat yoldaşı da ifadə verib. O da ifadəsində Fatmanın həyat trəzi ilə bağlı eyni sözləri danışıb.
Şahid əlavə edib ki, Fatma “Tik-tok"da onları biabır edən videolar paylaşıb. Buna görə də ona zəng edərək videoları silməsini xahiş edib. Fatma videoları silib və bir neçə gün sonra kəndə gəlib. Fatma kəndə başqa bir maşınla gəlib, gedəndə də başqa bir maşınla qayıdıb. Dayısı da onun bu davranışlarından utanıb.
“Fatma bir də kəndə gələndə Vüqar dedi ki, başqa maşınla gəlməsin. Avtovağzalda biz onu qarşılayarıq. Vüqarın Fatmadan xoşu gəlmirdi. Çünki Fatma çox sərbəst hərəkətlər edirdi, heç kimi vecinə almırdı.
Bir gün də Fatma ilə rayona getdik. Bizdən ayrılıb harasa getdi. Gec qayıtdı. Harda olduğunu soruşanda dedi ki, boş ver.
Hadisə günü gecə kimləsə danışırdı. Həmin şəxsə “gecəni Lahıcda qalarıq, sonra məni Razinə apararsan” deyirdi. Evdə hamam xalatı ilə gəzirdi. Vüqar da əsəbləşdi. Fatmaya “bu saat sənin ağzını yumacam” dedi. Fatma da “dayı, səndə o ürək yoxdur” deyə cavab verdi”- deyə şahid qeyd edib.
Şahidin sözlərinə görə, əri Fatmanı boğduqdan sonra bacısı Gülnarəyə “ərinə zəng elə, denən ki, gəlsin qızını basdırsın. O bacarmadı, ancaq mən onun namusunu təmizlədim” deyib. Bu zaman Gülnarə ağlayıb, qışqırmağa başlayıb.
Məhkəmə araşdırması zamanı məlum olub ki, Fatmanın dəm qazından boğulması planını Vüqarın həyat yoldaşı təklif edib. Fatmaya paltar geyindirərək sobanın yanına aparıblar. Amma Vüqar polis əməkdaşları gələndə hər şeyin üstünün açılacağını bildiyi üçün əməlini etiraf edib.
Qeyd edək ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüqar Bədəlov 14 il 6 ay azadlıqdan məhrum edilib.
Xəbərin oxunma sayı : 460
Kriminal
Xəbərlər
-
Abşeronda şok hadisə:Oğul anasını yandıraraq öldürdü - VİDEO
-
“İplik“ fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı
-
Sabah bu ərazilərdə 4 saat işıq olmayacaq - Xəbərdarlıq
-
“Bu müharibədə diplomatiya tükənib” - Merts məyusdur
-
Azərbaycanda neçə nikah müqaviləsi bağlanıb?
-
Usta Natiq birdən-birə necə “vəzifəli şəxs” olub? - TƏFƏRRÜAT
-
Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq
-
“Türkiyədə prezident seçkiləri 2028-ci ildə keçiriləcək“ - Ərdoğan
-
Bakıda ŞOK cinayət - 13 yaşlı qızın intim videolarını yaydı, həbs edildi
-
Prezident İlham Əliyev BƏƏ lideri ilə görüşdü - Fotolar
-
Avropada on gündə 2300 nəfər dünyasını dəyişib - İstilərə görə
-
Bu kəndlərdəki evlər təmir olunacaq - 30 milyona yaxın vəsait ayrıldı
-
Ərdoğandan İmamoğlu ilə bağlı təklifə reaksiya - “Xeyirli olar...”
-
Xətai MKTB-nin rəisi Fəxrəddin Məmmədov xidmətçilərin maaşını kəsir? - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Bu şəhərin bir hissəsi qazsız qalacaq - XƏBƏRDARLIQ
-
Həmin mikroavtobus qeyri-qanuni sərnişindaşıma ilə məşğul olub - AYNA
-
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir - FOTOLAR
-
Bakıda kuryerlər qiymətlərdən narazıdır - VİDEO
-
“Saxlanılan Rusiya vətəndaşları ilə bağlı Bakı ilə təmasdayıq“ - Zaxarova
-
“Pakistan Hindistan Hərbi Hava Qüvvələrinin imicini məhv edib“ - HHQ komandanı
-
“Mado”da uşağıma yemək aldım, içindən çıxana baxın” - FOTO
-
Sabah dəhşətli isti olacaq - XƏBƏRDARLIQ
-
İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başladı - FOTO
-
Beyləqanda müasir ət kəsim məntəqəsinin açılışı oldu - Fotolar
-
“Öz tantuni”də hadisə - Xadimə aşpazın qızılını oğurladı
-
AzTV-nin tender ləğv olundu - 440 min manatlıq...
-
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə sərt CAVAB
-
Qazax İcra Hakimiyyətində yoxlama: Pozuntular aşkarlandı
-
Tramp Moskva və Pekini bomalaqla hədələyib - Səs yazısı yayılıb + VİDEO
-
Azərbaycanda ən çox boşanma halları bu rayondadır - STATİSTİKA
-
İstehlak kreditləri bazarı - böyük məbləğlər, yüksək faizlər
-
Öcalandan 26 il sonra ilk videomüraciət: “Silahı yerə qoyun“
-
Azərbaycanda yeni SES-lər tikiləcək - 55,2 milyon xərclənəcək
-
“Bu, qiymət artımı deyil, xərcləri əhali arasında düzgün bölməkdir” - VİDEO
-
Sabah İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək - Əbu-Dabidə
-
Yol polisi bu sürücülərə xəbərdarlıq etdi - VİDEO
-
Pensiyalar ayın neçəsi veriləcək? - DSMF-dən açıqlama
-
Azərbaycanla Qazaxıstan birgə PUA təlimi keçir - VİDEO
-
Əczaçılıq məhsulları üzrə xərclərimizdə kəskin artım nə ilə bağlıdır? - Açıqlama
-
Mərkəzdən kənarda 1400 manata kirayə mənzillər... - Qiymətlər niyə bahadır?
-
Azərbaycanda onkoloji xəstələrinin sayı kəskin artıb - RƏSMİ
-
Torpaq üzərindəki hüquqların qeydiyyat qaydaları DƏYİŞİR
-
Skuter, moped və velosiped sürücülərinə xəbərdarlıq
-
Milli Məclisin növbəti iclasının gündəliyi: 13 məsələ müzakirə olunacaq
-
Daha 28 azərbaycanlı Almaniyadan geri qaytarıldı - Açıqlama
-
Paraşütlə qayaya çırpılaraq həlak olan Nuranə ilə bağlı daha bir fakt - VİDEO
-
Ağdam-Füzuli yolunda mikroavtobus aşdı - 20 yaralı var
-
Qarpızlar sahələrdə qaldı - Yerində 5- 10 qəpiyə təklif olunur (VİDEO)
-
ABŞ Ukraynaya dəstəyini davam etdirəcək - Dövlət Departamenti
-
Çempionlar Liqasında yeni mövsüm başladı - NƏTİCƏLƏR
-
Nizami rayonunda uşaqların oyun meydançasını parkinqə çeviriblər - VİDEO
-
Monika Belluççi məşhur jurnalın üz qabığında - Fotolar
-
Azərbaycan klublarının yay transferləri: Kim gəlir, kim gedir?
-
Ceyhun Bayramovla Pakistanlı həmkarı arasında telefonla danışığı olub - Müzakirə
-
“Demişdi ki, şah damarıma bıçaq soxaraq məni öldürəcək” - Namus, yoxsa mülk davası?
-
Həbsxanada atalığının zorladığı azyaşlı sığınacağa yerləşdirilib - Dövlət Komitəsi
-
Avropa 1940-cı illərdən bəri ən böyük təhdidlərlə üz-üzədir - Danimarka Baş naziri
-
Sabiq deputat Fəzail Ağamalı dələduzluqda ittiham olunur - Özü isə deyir ki...
-
Boşananlar niyə sistemdə evli kimi görünür? - AÇIQLAMA
-
Azərbaycan və Rusiya Fövqəladə Hallar nazirlikləri arasında fəaliyyət planı imzalanıb - FOTO
-
Zərərçəkənlər danışdı - Vardanyanın məhkəməsi
-
Pərvin barmağındakı üzükdən danışdı: “Bitən bitdi, gedən getdi”
-
Əli Əsədov Pakistan Milli Assambleyasının sədri ilə görüşdü - FOTO
-
Bakıda qadının evindən 10 kq narkotik aşkarlandı - VİDEO
-
“Xəbər bizi son dərəcə sarsıtdı“ - İlham Əliyev Trampa başsağlığı verdi
-
Nəsimi rayonu “Köhnə Təzə Bazar” da qanunsuz tikinti aparılır? - VİDEO
-
Müharibə vaxtı qonşu ölkələrin İsraillə hərbi əməkdaşlığı təsdiqlənməyib - Pezeşkian
-
Prezident İldırım Vəliyevə ali xüsusi rütbə verdi - Sərəncam
-
Ərdoğan Nəriman Cəlal və ailəsi ilə görüşdü - Fotolar
-
Bu şəxslərə diplomatik rütbələr verildi - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Əməliyyat zamanı canlı yayım açan həkim barəsində araşdırma başlanılacaq - RƏSMİ
-
Bu rayonda 20 mindən artıq abonent qazsız qalacaq - Xəbərdarlıq
-
“Qapalı Mədəniyyət Evi, açıq bazar: Fəridə Babayeva işəgötürmə adıyla kimləri aldadıb?
-
Azərbaycanda suçiçəyinə yoluxma sayı artıb - RƏSMİ
-
14 il “iş“ almış şəxsi “azad etdirmək“ istədi, özü 2 il “iş“ aldı - Dələduzluq
-
Borclunun qazı nə vaxt dayandırıla bilər? - Yeni qanun hazırlanır
-
“Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı konfrans keçirilib - FOTOLAR
-
Yuyucu toz yerinə duz satılır? - Azad İstehlakçılar Birliyi araşdırma tələb edir
-
Trampdan Almaniyaya təklif: “Ukraynaya “Patriot” göndərin“
-
Bu şagirdlərə pulsuz məktəbli formaları veriləcək - Müqavilə
-
“Eurohome”da yerləşən “Keşlə” bazarında yararsız balıq məhsulları satılırmış - FOTOLAR
-
“Rusiya hazırdır, Ukraynanın cavabını gözləyirik” - Hakan Fidan
-
Vaxtından əvvəl pensiyaya çıxmaq istəyən rəisin başına iş gəldi - 14 300 manat vermişdi
-
Qarabağa səfərlərlə bağlı icazə prosedurları sadələşdirilir - Müddət 5 gün oldu
-
Texasda ştatında daşqın - Ölənlərin sayı 100-ü ötüb
-
Yeni şəxsiyyət vəsiqəsini almaq məcburidir? - Deputatlar açıqladı
-
Sabah yağış yağacaq - Çimərliklərdə temperatur necə olacaq?
-
Evimiz və ofislərimiz xaricdən izlənirmiş - DTX mühüm əməliyyat keçirdi
-
“Mən ləyaqətli ölümdən və ya şəhidlikdən qorxmuram“ - Məsud Pezeşkian
-
Azərbaycanda qaz və işıqla bağlı aylıq sabit tariflər - 1 manatı aşmayacaq
-
Bakıda magistral kəmər yenilənir - Su kəsiləcək
-
Parlament Naxçıvan Konstitusiyasına dəyişiklikləri QƏBUL EDİB
-
Tanınmış azərbaycanlı bəstəkar Türkiyədə buna görə ölübmüş - TƏFƏRRÜAT
-
Erməni kilsəsinin “azad edilməsinə“ şəxsən rəhbərlik edəcəm - Paşinyan
-
“Kiyevə silah tədarükünün dayandırılmasına görə məsuliyyət daşımıram“ - Tramp
-
Milli Məclisin iclası keçirilir - Gündəlikdə 15 məsələ var
-
“Bəzən diplomatik şəkildə və zarafatla deyirik ki...“ - Hikmət Hacıyev
-
Tanınmış iş adamının oğlu binadan yıxılaraq öldü - FOTO
-
Kredit faizləri bahalaşıb - Səbəb nədir? VİDEO
-
Hamilə qadınlar bu xidmətlərdən pulsuz yararlana bilərlər - TƏBİB
-
Albalı və gilas paytaxtda bahalaşıb - Qiymətlər
-
Bakıda avtobusla yük maşını toqquşub - VİDEO
-
Kəlbəcərdə hərbçilər qəzaya düşdü - Yaralılar var
-
“İranla bağlı sanksiyaları ləğv etmək istəyərdim” - Tramp
-
Bakının kirayə mənzil bazarında vəziyyət necədir? - VİDEO
-
Ebrunun mahnısının Nuridən oğurlandığı iddia edildi - VİDEO
-
Bakıda qadını öldürüb gölün sahilinə atdılar - Əri saxlanıldı
-
Hakan Fidan Lavrovla görüşdü - BRİCS sammitində
-
“İşğaldan əvvəl zəng vurub bizi təhqir edirdilər” - Məhkəmə+Fotolar
-
“MedEra Hospital”da falçı otağı: Elnur Əli həkimdirmi?
-
Abşeronda yaşayış binasında partlayış, xəsarət alanlar var - VİDEO
-
Rektor təyin olunan Nazim Pənahov kmdir? - DOSYE
-
Sabah bu ərazidə qaz təchizatı müvəqqəti dayandırılacaq - Xəbərdarlıq
-
`“Aztelekom“un sabiq sədrinin oğlu Alışanovun səsini gizli yazıbmış - Məhkəmədə üzə çıxdı
-
Ərdoğan DEM Partiyasının nümayəndələri ilə görüşdü - FOTO
-
“Xamenei inanır ki, amerikalı investorlar İrana gələ bilər“ - Pezeşkian
-
Deputata məxsus olduğu deyilən şirkətə 124 minlik sifariş - TENDER
-
Bəzi rayonlara leysan yağacaq - XƏBƏRDARLIQ
TOP 10
ARXİV