“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Akardan Yunanıstana xəbərdarlıq: “Oradakı haqlarımızı müdafiə edirik”

Tarix 22.11.21, 21:41

Font ölçüsü : - / +
bitmap-img6


“Biz heç bir halda hücum mövqeyində deyilik, oradakı haqlarımızı müdafiə edirik”.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ege və Aralıq dənizindəki vəziyyət barədə danışarkən deyib.

O, Türkiyənin bütün addımlarının məntiqli və soyuqqanlı olduğunu nəzərə çatdırıb: “Biz belə davranarkən Yunanıstan təxribatçı hərəkətlər edir. Yunanıstan rəsmiləri sanki Türkiyənin Yunanıstana qarşı bir həmləsi var imiş kimi ifadələr işlədirlər, Türkiyənin işğalçı olması barədə rəy formalaşdırmağa çalışırlar. Ancaq əslində tarix də, indi baş verənlər də təcavüzkarın kim olduğunu aydın şəkildə göstərir”.

H.Akar Yunanıstan rəsmilərinin fikirlərinə sərt reaksiya verib: “Yunanıstan rəsmiləri tarixə, hüquqa və gündəlik həyata zidd olan fikirlər ortaya atırlar. Onlar insan haqlarından danışırlar. Ancaq Yunanıstan sahil mühafizəçilərinin müdafiəsiz mülki şəxslərin qayıqlarını dənizin ortasında batırmağa çalışmaları, atəş açmaları insanlıq əleyhinə böyük cinayət və vicdansızlıqdır. Belə bir mühitdə hadisələrin Türkiyəyə qarşı yönəldilməsi başa düşülən olsa da, bu, əxlaqi, hüquqi və real məsələ deyil. Bu, sırf ikiüzlülük və riyakarlıqdır”.

Qeyd edək ki, noyabrın 22-də H.Akar Türkiyə ordusunun rəhbərliyi ilə viodeokonfrans formatında müşavirə keçirib. Toplantıda Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər, Quru Qoşunlarının komandanı, ordu generalı Musa Avsever, Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Adnan Özbal, Hərbi Hava Qüvvələrinin komandanı, ordu generalı Hasan Küçükakyüz və milli müdafiə naziri müavini Yunus Emre Karaosmanoğlu iştirak edib/Report.



Xəbərin oxunma sayı : 379




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap