Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO Nigar çimərlik geyimində poz verdi - Fotolar
Axtar
 
  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

  • / Maqazin / — 23 İyul 2024

    Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO

Avropanı mat qoyan Ənvər Paşanı Bakıda niyə qətlə yetirmək istədilər? - VİDEO

Tarix 23.07.24, 23:30

Font ölçüsü : - / +
bitmap-img6


Onun haqqında həm sağlığında, həm də şəhid olandan sonra çox müzakirələr aparıldı.

Söhbət bəzilərinin cəsur hərbçi, şanlı komandan, bəzilərinin isə xəyalpərəst, macəra ardından qaçan general hesab etdiyi Ənvər Paşadan gedir. O, Sultan II Əbdülhəmidin devrilməsi ilə "hürriyyət qəhrəmanı" kimi ad qazanır. Daha sonra İkinci Balkan müharibəsi dövründə Ənvər Paşanın komandanlığı ilə süvari qüvvələri 22 iyul 1913-cü ildə dörd aya yaxın düşmən istilası altında qalan Ədirnəni azad edir və bununla da "Ədirnənin qurtarıcısı" adını qazanır.

Dramaturq Cəfər Cabbarlı "Ədirnə fəthi" əsərini məhz Ənvər Paşaya həsr etmişdi. Ənvər Bəyin 4 yanvar 1914-cü ildə üç rütbə birdən yüksəldilərək "Paşa", yəni general kimi müdafiə naziri təyin edilməsindən sonra Türkiyədə ordunun dəstəyi ilə "İttihad və Tərəqqi Cəmiyyəti" siyasi məsuliyyəti üzərinə alır. Onun keçirdiyi bir sıra islahatlar nəticəsində əvvəllər fransız hərb sistemi ilə idarə olunan Osmanlı ordusu alman hərb sisteminə keçid edir.

Ənvər Paşa tərəfindən bütün ordu başçıları gəncləşdirilir, gənc zabitlər milli - türk, turan ruhunda yetişdirilməyə başlanır. Ənvər Paşanın şəxsində bu üç cərəyan - türkçülük, islamçılıq və müasirlik bir vəhdət təşkil edirdi. Azərbaycanlı ittihadçı, Cümhuriyyət bayrağımızın ideya müəllifi Əli bəy Hüseynzadə bayrağımızın üç rəngini məhz Ənvər Paşanın bu ideyasından təsirlənərək təklif edib. Türkiyəni ağır şərtlər altında öz taleyinə buraxması Ənvər Paşanın yüksəklikdən enməsidir ki, bu eniş onun taleyini müvəqqəti olaraq bolşeviklərə bağladı. Ağır məğlubiyyətdən sonra alman sualtı qayığında Odessaya, oradan Berlinə gələn Ənvər Paşa bir müddətdən sonra Moskvaya gəldi.

Uçduğu təyyarə yolda qəzaya uğrasa belə, Paşa salamat qaldı, gənc rus dövləti üçün təhlükəli olsa belə bütün qadağaları aradan qaldırıb, Kremldə Leninlə görüşdü, aralarında anlaşma oldu. Atatürkə də eyni "səmimiyyət" göstərən Lenin bu iki türk sərkərdəsini üz-üzə qoymaq, maraqlarının ödənilməsində yararlanmaq istəyirdi.

Ətraflı Baku TV-nin süjetində:





Xəbərin oxunma sayı : 1075




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap