Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Avtomobili olanlara da sosial yardım verilsin - Deputat

Tarix 01.04.24, 18:26

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yekunlarına əsasən 64 min ailənin 272 min 300 üzvü ünvanlı sosial yardım alıb. Statistik təhlil göstərir ki, ötən il ünvanlı sosial yardım alanların sayı əvvəlki il ilə müqayisədə 18 min 500 nəfər azalıb. Bu eyni zamanda, 2023-cü ildə yardım alan ailələrin sayında da azalmanın olması deməkdir.

AzFakt.com xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, ötən il bu sosial yardımı alan ailələrin sayı əvvəlki il ilə müqayisədə 1500 daha az olub: "Bütün bunlar ilə yanaşı, 2023-cü ilin yekunlarında bir nəfərə düşən orta aylıq məbləğ 88,09 manatdan 114,3 manatadək yüksəlib. Bu daha çox ötən il ehtiyac meyarı həddinin 2022-ci illə müqayisədə 23% artırılaraq 246 manat müəyyənləşdirilməsi ilə bağlı olub".

Millət vəkilinin sözlərinə görə, ünvanlı sosial yardım alanların sayındakı azalma bu istiqamətdə şərtlərə yenidən baxılmasını daha da aktuallaşdırır: "Məsələn, ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda o yardıma müraciət etmək hüququna malik olmur. Halbuki, daha məqsədəuyğun olardı ki, bu tələb istehsal ili çox köhnə olan avtomobillərə şamil edilməsin. Aydındır ki, buraxılış ili çox köhnə olan avtomobil nə dəyər baxımdan, nə də ailənin gəlir mənbəyi baxımdan xüsusi paya malik ola bilmir".

"Bütövlükdə, son statistika ünvanlı sosial yardım proqramı ilə bağlı mövcud fiskal imkanlar çərçivəsində təkmilləşdirilmələrin aparılmasını daha da prioritetləşdirir", - deyə V. Bayramov əlavə edib.



Xəbərin oxunma sayı : 541




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap