“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Azərbaycanda ilk dəfə olaraq hava yastığı üzərində hərəkət edən barj tikilib - VİDEO

Tarix 28.06.22, 8:32

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda ilk dəfə olaraq hava yastığı üzərində həm quruda, həm də suda hərəkət edəcək barj tikilib.

"Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən verilən məlumata görə, yükdaşıyan barj "Zığ" Gəmi Təmiri və Tikintisi Zavoduna aid tərsanədə inşa edilib.

Xezerxeber.az-ın məlumatına görə, layihənin koordinatoru Vüsal Musayev deyib ki, barjın tikintisinə 2019-cu ildə Şotlandiyanın "Qlazqo" Gəmiqayırma Zavodunda başlanıb. Amma sonradan şirkətin müflis olması səbəbindən işlər yarımçıq saxlanıb. Daha sonra danışıqlar əsasında barjın Qlazqoda hazırlanmış korpusu iki hissəyə bölünüb və Bakıya gətirilib.

Vüsal Musayev əlavə edib ki, özü hərəkət edən barjda iki ədəd su və iki ədəd hava pəri quraşdırılıb. Bu da onun buzlu sularda belə istismarını mümkün edir. Gələcəkdə bu təcrübə əsasında bənzər layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, barj tam hazırdır və bütün sənədləşmə işləri də yekunlaşıb. Hava şəraiti əlverişli olan kimi barj yola düşəcək və 4 gün müddətinə Qazaxıstana çatması planlaşdırılır.


 



Xəbərin oxunma sayı : 754




Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap