![]() |
|














Bağçalarda yer çatışmazlığının həll yolunu necə tapaq? - Açıqlama
Tarix 04.09.25, 10:40 |
|

Demək olar ki, hər il bu aylarda uşaq bağçalarında yerlərin az olması, uşaqların bağçalarda yer ala bilməməsi valideynlərin narazılığına səbəb olur.
Bağçalarda yer çatışmazlığının səbəb nədir? Qarşısının alınması istiqamərində hansı işlər görülməlidir?
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) Trend-in sorğusuna cavab olaraq bildirilib ki, hazırda ölkəmizdə bağçayaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunma göstəricisi 38% təşkil edir.
"Məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi qarşıya qoyulan əsas hədəflərdəndir. "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda məktəbəqədər təhsilə cəlb olunmuş uşaqların 1-5 yaşlılara nisbətinin 50 faizə çatdırılması nəzərdə tutulub. Hazırda ölkə ərazisində 1669 dövlət, 177 – özəl məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Dövlət bağçalarının tutumu təxminən 119 min nəfərlikdir.
Məktəbəqədər təhsil müəssisələrinin Elm və Təhsil Nazirliyinin tabeliyinə verildiyi tarixdən indiyədək 18 yeni bağça istifadəyə verilib. Mövcud müəssisələrin 334-ü Bakıda fəaliyyət göstərir, digərləri regionların payına düşür. Paytaxtda əhalinin məskunlaşma səviyyəsi yüksək olduğundan bağçalara qəbul zamanı müəyyən sıxlıq müşahidə olunur. Bunu aradan qaldırmaq üçün alternativ təhsil modellərindən uğurla istifadə olunur (icma əsaslı məktəbəqədər təhsil qrupları, özəl-dövlət tərəfdaşlığı ilə bağlı qrant layihəsi, ailə tipli təlim qrupları).
Alternativ modellərlə yanaşı, bağça infrastrukturunun genişləndirilməsi də diqqət mərkəzində saxlanılır. Növbəlilik və prioritetlik prinsipi əsasında məktəbəqədər təhsil müəssisələri inşa edilir", - məlumatda deyilir.
Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli Trend-ə bildirib ki, bağçalarda yer çatışmazlığı probleminin kökündə bir neçə mühüm amil dayanır.
"İlk olaraq qeyd etmək lazımdır ki, demoqrafik artım, xüsusilə də paytaxt və iri şəhərlərdə əhalinin sıxlaşması mövcud infrastrukturun tələbatı qarşılaya bilməməsinə səbəb olur. Digər tərəfdən, bir çox hallarda yeni yaşayış massivləri sürətlə tikilsə də, paralel olaraq məktəbəqədər təhsil müəssisələrinin inşası həmin sürəti tutmur. Nəticədə yeni yaranmış məhəllələrdə ailələr bağça problemi ilə üz-üzə qalır. Mövcud bağçalarda isə qrup sayı və pedaqoji heyətin çatışmazlığı yerlərin məhdud olmasına gətirib çıxarır.
Bu məsələnin qarşısını almaq üçün bir neçə istiqamətdə addımlar atılmalıdır. İlk növbədə, dövlət investisiyalarının yönəldildiyi layihələrdə hər yeni yaşayış kompleksinə paralel bağça və ibtidai məktəb tikintisinin məcburi şərt kimi tətbiq olunması vacibdir. Bununla yanaşı, özəl sektorun prosesə daha çox cəlb olunması zəruridir. Xarici təcrübədə gördüyümüz kimi, bağçaların bir hissəsi özəl müəssisələrin, bələdiyyələrin və hətta işəgötürənlərin üzərinə götürülür. Bu, dövlət yükünü azaldır və valideynlərin seçim imkanlarını genişləndirir”, - deyə ekspert əlavə edib.
Onun sözlərinə görə, daha bir vacib istiqamət isə modul tipli bağça modellərinin tətbiqidir:
"Dünyada uğurla işləyən bu sistemdə mobil, sürətlə quraşdırılan və az xərcli bağçalar xüsusi ilə əhali sıx olan ərazilərdə müvəqqəti çıxış yolu kimi istifadə edilir. Eyni zamanda, ev əsaslı məktəbəqədər təhsil proqramlarının inkişaf etdirilməsi də mühüm addım ola bilər. Məsələn, Skandinaviya ölkələrində və Kanadada müəllimlərin nəzarətində kiçik qruplar ev şəraitində tədris alır, bu da həm uşaqların sosial adaptasiyasına, həm də valideynlərin rahatlığına xidmət edir”.
"Statistikaya gəlincə, hər il minlərlə uşaq bağçaya qəbul ola bilmir və bu, təbii olaraq valideynlərdə narazılıq yaradır. Rəsmi rəqəmlərə görə, məktəbəqədər yaşlı uşaqların yalnız bir hissəsi dövlət bağçaları ilə əhatə olunur. Nəticədə, bir tərəfdən uşaqlar erkən sosiallaşma və təhsil imkanlarından məhrum qalır, digər tərəfdən valideynlər, xüsusilə işləyən analar üçün ciddi sosial çətinliklər yaranır.
Xarici praktikadan öyrənə biləcəyimiz əsas məqam ondan ibarətdir ki, bu problem yalnız dövlətin üzərinə qoyulmamalı, həm özəl sektor, həm də yerli icra strukturları məsuliyyət daşımalıdır. Azərbaycanda da belə bir model tətbiq olunarsa, həm valideyn narazılığı azalacaq, həm də məktəbəqədər təhsilin keyfiyyəti yüksələcək”,- deyə Ə.Həsənli vurğulayıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin rəhbəri Kamran Əsədov isə Trend-ə bildirib ki, Azərbaycanda məktəbəqədər təhsil sahəsində ən ciddi problemlərdən biri bağçalarda yer çatışmazlığıdır:
"Bu məsələ valideynlərin hər il kütləvi şəkildə narazılığına səbəb olur, uşaqların sosiallaşma imkanlarını məhdudlaşdırır və nəticədə cəmiyyətin gələcək inkişafına mənfi təsir göstərir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ölkədə məktəbəqədər yaşda olan uşaqların sayı 600 minə yaxındır, amma onların yalnız 150–160 mini bağçaya cəlb olunur. Bu, o deməkdir ki, hər il 400 minə yaxın uşaq bağça xidmətindən kənarda qalır. Bu qədər böyük boşluğun yaranması isə həm infrastruktur, həm idarəetmə, həm də sosial siyasətin zəifliyi ilə bağlıdır. Mövcud qanunvericilik də problemin həllinə real zəmin yaratmır.
"Təhsil haqqında” Qanunun 23-cü maddəsində məktəbəqədər təhsilin uşaqların fiziki və psixoloji inkişafında mühüm rol oynadığı qeyd olunsa da, burada dövlətin hər bir uşağa bağça yeri təmin etmək öhdəliyi açıq şəkildə ifadə olunmur. Halbuki Finlandiya, Almaniya, Cənubi Koreya kimi ölkələrin qanunlarında məktəbəqədər təhsilin universallığı konstitusion hüquq kimi təsbit olunub.
Məsələn, Almaniyada "Kindergarten” sistemi dövlət və bələdiyyələrin birbaşa məsuliyyəti altında fəaliyyət göstərir, valideynlərin ödəniş yükü isə dövlət tərəfindən kompensasiya edilir. Bizdə isə bağçaların böyük qismi hələ də sovet dövründən qalan binalarda fəaliyyət göstərir, özəl bağçalar isə çox az sayda ailənin ödəmə imkanına uyğundur”.
K.Əsədov vurğulayıb ki, problemin müsbət tərəfi kimi son illərdə yeni bağçaların tikilməsini göstərmək olar.
"Amma bu, çox kiçik miqyasda həyata keçirilir və tələbatın artım sürətinə cavab vermir. Məsələn, son beş ildə Bakıda 50-yə yaxın yeni bağça istifadəyə verilsə də, təkcə paytaxtda hər il orta hesabla 15–20 min uşaq bağça sırasına qəbul ola bilmir. Regionlarda vəziyyət daha da acınacaqlıdır. Kənd yerlərində yüzlərlə kənd məktəbi olsa da, bir çoxunda məktəbəqədər qruplar təşkil olunmur, halbuki "Məktəbəqədər təhsil haqqında əsasnamə”nin 4.3 bəndində icma bağçalarının yaradılması nəzərdə tutulub. Təəssüf ki, bu norma kağız üzərində qalır. Elm və Təhsil Nazirliyinin bu istiqamətdə fəaliyyəti çox zəifdir.
Nazirlik yalnız tikinti proqramları barədə hesabatlar verir, amma strateji yanaşma, uzunmüddətli proqnozlar və alternativ həll yolları yoxdur. Hər il valideynlər uşaqlarını bağçaya qəbul etdirmək üçün uzun növbələrdə qalır, sosial şəbəkələrdə narazılıqlar artır, amma Nazirlik yalnız formal izahatlarla kifayətlənir. Marifləndirmə işi aparılmır, valideynlərə alternativ məktəbəqədər təhsil formaları barədə məlumat verilmir, özəl sektorla əməkdaşlıq zəifdir. Nəticədə, minlərlə ailə övladını ya evdə saxlamağa, ya da fərdi baxıcıya həvalə etməyə məcbur olur. Bu isə həm sosial bərabərsizliyi artırır, həm də uşaqların inkişaf imkanlarını məhdudlaşdırır”, - deyə o əlavə edib.
K.Əsədovun sözlərinə görə, dünya təcrübəsi göstərir ki, bu problemin həlli yalnız dövlətin məsuliyyəti ilə mümkün deyil:
"Türkiyə son on ildə "100 bin yeni anaokulu” proqramı ilə sürətli tikinti siyasəti həyata keçirərək bağça yerlərinin sayını iki dəfə artırıb. Estoniyada isə bağçaların böyük hissəsi özəl sektor tərəfindən idarə olunur, amma dövlət subsidiyaları hesabına ödənişlər minimuma endirilib.
Cənubi Koreyada hər uşağa məktəbəqədər təhsil haqqı dövlət tərəfindən ödənilir və beləliklə, heç bir valideyn bağça üçün əlavə xərc çəkmir. Azərbaycan isə hələ də hansı modelin tətbiq olunacağına qərar verə bilməyib. Bəzən dövlət özəlləşməyə üstünlük verir, bəzən isə yalnız tikinti yolu ilə problemi həll etməyə çalışır. Bu isə təhsil siyasətində pərakəndəliyin və proqnozsuzluğun bariz nümunəsidir”.
"Əgər ölkəmizdə real islahatlar aparılmasa, hər il on minlərlə uşaq məktəbəqədər təhsil imkanından məhrum olacaq. Bu isə bir tərəfdən valideynlərin işgüzar fəaliyyətini məhdudlaşdıracaq, digər tərəfdən məktəblərdə hazırlıq səviyyəsinin zəifliyinə gətirib çıxaracaq. Nə dəyişməlidir? İlk növbədə, dövlət "hər bir uşağın bağça hüququ var” prinsipini qanunvericilikdə təsbit etməli, bələdiyyələrin məsuliyyəti artırılmalı, özəl sektor üçün vergi və subsidiyalar tətbiq olunmalı, alternativ təhsil formaları (yarımştat qruplar, icma bağçaları, ailə bağçaları) genişləndirilməlidir.
Əks halda, Elm və Təhsil Nazirliyi yalnız tikinti planları ilə kifayətləndiyi üçün bu problem heç vaxt həll olunmayacaq”, - deyə K.Əsədov fikirlərini tamamlayıb.
Xəbərin oxunma sayı : 424
Sosial
Xəbərlər
-
Binəqədidə bu ərazinin satışa çıxarılması sakinlərin etirazına səbəb olub - VİDEO
-
Nəsrin Cavadzadənin qarın və sinə dekolteli libası - FOTOLAR
-
“Çinar“ MTK-dan mənzil almaq üçün 30 min manat ödəyən şəxs aldadıldığını iddia edir - VİDEO
-
“Hacı xanım” məhlədə hamını şantaj edir” - Qonşuları danışdı
-
Babayan Xocalı soyqırımı zamanı qəddarlığı ilə seçilən ermənilərin adlarını açıqladı - FOTOLAR
-
“Avropa Rusiyadan neft almağı dayandırmalıdır” - Tramp
-
Ən çox dövriyyəsi olan investisiya şirkəti hansıdır? - SİYAHI
-
Rusiya XİN AZAL təyyarəsi ilə bağlı məlumat yaydı - Bu qədər təzminat ödənilib
-
Ağdərədə yanğın törədən şəxslər saxlanıldı - Cinayət işi açıldı
-
26 ölkə Ukraynaya qoşun göndərməyə hazırdır - Makron
-
Dələduzluğa məruz qalan vətəndaşdan Vilayət Eyvazova - MÜRACİƏT
-
“ABŞ-dan siqnal gözləyirik“ - Volodimir Zelenski
-
Əri ilə dalaşandan sonra zəhər içib... - Rəsmi açıqlama
-
Sabah Bakının bu ərazilərində qaz olmayacaq - Xəbərdarlıq
-
Putin və Si Cinpin arasında maraqlı dialoq - VİDEO
-
Bakı məktəblərində YENİLİK: Sentyabrın 15-dən ləğv olunur
-
Ağdərənin dağlıq ərazisində yanğın olub - VİDEO
-
Şəkini üfunət bürüdü: turistlər şəhəri tərk edirlər - VİDEO
-
“İnterekonomServis“ MTK binanın zirzəmisini qaraj adı ilə satır - ŞİKAYƏT
-
Bu avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmalıdır - Paytaxtın tıxac problemi
-
Tülin Ələkbərova restoranda qadını niyə döyüb? - TƏFƏRRÜAT
-
Geri çağırılan səfir kimdir? - Leyla Abdullayevanın yoldaşı...
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Adam baltalamaq istəyən Ağadadaşı heç bu qədər məhkəməyə çağırmayıblar” - Şərurlu İsfəndiyar
-
Son 30 ildə keçmiş SSRİ ölkələrinin iqtisadiyyatı necə inkişaf edib? - Tam siyahı
-
Kirayə mənzil bazarında artımlar ilboyu davam edir - Ekspert səbəbləri izah edir
-
Prezident bu ölkədəki səfiri geri çağırdı - Sərəncam
-
Tələbə kreditləri bu şəxslərə verilməyəcək - RƏSMİ
-
Xəzərdə əməliyyat keçirildi, iki iranlı saxlanıldı - Video
-
23 aptekdə yoxlama - Pozuntular aşkarlandı
-
Nazir Vilayət Eyvazov Naftalanda vətəndaş qəbulu keçirdi - VİDEO
-
Medvedevdən Avropaya şok hədə: “Qarşılıq torpaqla olacaq”
-
Yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
“1992-ci il fevralın 26-dan martın 8-dək Xocalıda talanlar davam edib“ - Təqsirəndirilən şəxsin etirafı
-
Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd ediləcək - SƏRƏNCAM
-
Azərbaycanda əhali ildə nə qədər ət yeyir? - Rəsmi statistika açıqlandı
-
İş adamı Zöhrab Qəribova cinayət işi açıldı - 100-dən çox yulğun ağacını qırıb
-
Gecə muzeylərindən sualtı macəralara:Türkiyənin ən yaxşı “Noctourism” təcrübələri
-
Azərbaycanda regionun ən iri Batareya Saxlanc Sistemləri qurulur - Video
-
“Putin və Zelenski hələ danışıqlara hazır deyillər“ - Tramp
-
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi - 3 aylıq həbs
-
Büdcəyə quyu qazanlar - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...
-
Telefonda icra başçısını təhqir etdi - Cərimələndi
-
Dələduzların “telegram“da istifadə etdiyi yeni üsul - VİDEO
-
Məhərəmlik ayından sonra şadlıq evlərində qiymətlər bahalaşıb? - VİDEO
-
Yarım milyon mənimsəyən bacısını xilas etmək istədi - Öz 80 minindən oldu
-
Bağçalarda yer çatışmazlığının həll yolunu necə tapaq? - Açıqlama
-
“Nobel Sülh mükafatına iddia eləmirəm“ - Tramp
-
Azərbaycanda investisiya şirkətlərinin dövriyyəsi: 60 milyardı ötüb
-
Rusiya Minsk qrupunun buraxılmasını əsaslı hesab edir - Zaxarova
-
Direktordan şikayət etdilər, işdən çıxarıldılar - VİDEO
-
Makler evləri alanları bu təhlükə gözləyə bilər - XƏBƏRDARLIQ
-
Narkotik təsiri altında maşın idarə edib əmrə tabe olmadı - Saxlanıldı
-
İsrail ordusu Qəzzada azı 21 min uşağı əlil edib - BMT açıqladı
-
Fermerlər qarğıdalı biçinini niyə dayandırıblar? - VİDEO
-
Görədil qəsəbəsində tullantı problemi - VİDEO
-
Məhkəmə işində adı keçən direktordan müəllimlərə qarşı yeni addım - VİDEO
-
“Putin qəbuledilməz təkliflərlə manipulyasiya edir“ - Ukrayna XİN
-
“Formula 1” yarışlarında yollar neçə gün bağlı olacaq? - VİDEO
-
Kim Çen In 12 yaşlı vəliəhdini dünyaya belə təqdim etdi - VİDEO
-
Sevindik Hətəmovun oğlunun şirkəti iflas ərəfəsində - Gəlir 5.2 milyon manat azalıb (FOTO)
-
“Əgər bu toy baş tutsaydı, həbslər olacaqdı“ - Elşad Hacıyev
-
“Rusiya ərazilər uğrunda mübarizə aparmır“ - Putin
-
Startaplara yatırılan 1 dollar 5 000 dollar gəlir gətirə bilər - KOBİA
-
Prezident İlham Əliyev Çinə səfəri başa çatdı - FOTOLAR
-
Taksilərin hava limanına girişi qadağan olunacaq? - Açıqlama
-
“İlham Əliyevlə bu gün salamlaşdıq” - Vladimir Putin
-
Qədim Ədilov məhkəmə qarşısında: 17 nəfərə qarşı milyonlarla manat dələduzluq...
-
Azərbaycanda hər ailənin neçə avtomobili var? - Rayonlar üzrə tam siyahı
-
“Zelenski hazırdırsa, Moskvaya gəlsin” - Putin
-
Gədəbəy rayonunda dağlıq ərazidə yanğın olub - VİDEO
-
Sabah Bakının bu ərazisində qaz olmayacaq - XƏBƏRDARLIQ
-
“Rusiya oğurlanmış ukraynalı uşaqlardan əsgər hazırlayır“ - Britaniya kəşfiyyatı
-
Deputatın təsis etdiyi şirkətin 972 min vergi borcu var - 70 minlik tender udub
-
Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var
-
Bu klinika tibb təhsili olmayan həkimlər çalışdırır - Məhkəmə
-
“Tik-Tok” və “Instagram”da qadınların səhifələrinə kiberhücumlar edən şəxs saxlanılıb - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
65 yaşlı direktora “stop“ qoyuldu - Sığorta pullarını ödəməyib...
-
Bəzi yerlərdə leysan yağacaq - XƏBƏRDARLIQ
-
Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb-Şok görüntülər
-
Azərbaycan radiosunun binası söküləcək - Əməkdaşlar AzTV-yə köçürülür
-
Fındıq bahalaşdı, badamın qiyməti də artacaq - Ekspert səbəbləri açıqlayır
-
Prezidentlə xanımının paraddan maraqlı - FOTOLAR
-
Azərbaycanda ən yüksək təhsil haqqı olan universitetlər - ADLARI
-
“Qarabağ“ ÇL-də bu heyətlə çıxış edəcək - SİYAHI
-
Rusiya və Azərbaycan liderlərinin Pekində heç bir əsaslı ünsiyyəti olmayıb - Dmitri Peskov
-
Azərbaycanda avtomobillərin ən çox və ən az olduğu rayonlar - Siyahı
-
Mesajlar 1 saat ərzində də silinəcək - Vatsapda yenilik
-
Dollar əmanətinə hansı bank daha çox faiz verir? - SİYAHI
-
Türkiyəli iş adamları Naxçıvanı tərk edirlər? - Təfərrüat
-
“15 sentyabrdan sonra daha ağır vəziyyətlə üz-üzə qalacağıq” - Deputat
-
Azərbaycanda müğənni həbs edildi - Narkotikə görə
-
“Telegram“ üzərindən yeni dələduzluq halları müşahidə olunur - XƏBƏRDARLIQ
-
Bu universitetə rektor təyin edildi - Raziyə İsayeva kimdir? + FOTO
-
“Holcim Azərbaycan” ASC-də təyinat - Yeni əcnəbi baş direktor kimdir?
-
Ali Məhkəmə ad, soyad və ata adının dəyişilməsi ilə bağlı vahid qərar verdi - DETALLAR
-
CHP-nin daha iki bələdiyyəsində əməliyyat - Saxlanılanlar var
-
İctimai nəqliyyatda güzəştlər tətbiq oluna bilər? - VİDEO
-
Bakı Sağlamlıq Mərkəzində nə baş verir? - Pasiyentlər işçilərdən, onlar isə rəhbərlikdən narazıdır
-
Mancuriyanın azad edilməsində misilsiz rol oynayıblar... - FOTOLAR
-
Pakistanda kamikadze hücumu - 11 ölü, 30 yaralı
-
Qızıl almaq istəyənlərə xəbərdarlıq - VİDEO
-
“ABŞ Venesuelaya hücum edərək ölkənin resurslarını ələ keçirmək istəyir“ - Maduro
-
İlham Əliyev ilə Putin arasında qısa salamlaşma olub - VİDEO
-
Prezident xanımı ilə Pekində parada qatıldı - VİDEO
-
Hansı universitetin tələbə yataqxanası var və qiymətlər necədir? - VİDEO
-
Paytaxtın bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ
-
Zərərçəkənlər danışdı - Vardanyanın məhkəməsi+Fotolar
-
“Rusiyanı Belarus üçün heç kim əvəz edə bilməz” - Lukaşenko
-
Prezident Çin səfərindən paylaşım etdi - VİDEO
-
Türkiyə futbolunda son 24 saat: Rekord transferlər və sürpriz keçidlər
-
Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq - Xəbərdarlıq
-
Ukraynada iki min KXDR əsgəri öldürülüb - kəşfiyyat məlumatı
-
Elm Və Təhsil Nazirliyindən kütləvi narazılıq - Apelyasiya nəticələri niyə açıqlanmır?
-
Bakının daşınmaz əmlak bazarında vəziyyət: Qiymətlər nə qədər artıb?
-
Yeniyetməyə qarşı zorakılığa görə xalası saxlanıldı - RƏSMİ
-
Mal ətinin kilosu 20 manata qədər qalxacaq? - İDDİA
-
Zakir Fərəcova yaxın kadrın ölkədən çıxışına “stop“ qoyuldu - Vergi borcuna görə
-
“ABŞ qəbuledilməz tələblər irəli sürür“ - Laricani
TOP 10
ARXİV